Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Dünya Bankı Azərbaycanda pensiya islahatlarının davam etdirilməsinə 10 milyon dollar vəsait ayıracaq. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri zamanı Azərbaycandakı sosial islahatlarla əlaqədar bankın Direktorlar Şurasının müzakirələri aparıldıqdan sonra bu qərar qəbul edilib. Fondun sədri Səlim Müslümov bildirib ki, kreditin 5 milyon dolları sosial müavinətlərin ödənilməsi strategiyasının həyata keçirilməsinə, 5 milyon dolları isə sosial sığorta sisteminin təkmilləşdirilməsi layihəsinin başa çatdırılmasına sərf olunacaq. Səlim Müslümov əmin edir ki, Azərbaycan hökumətinin və Dünya Bankının bu sahədə maliyyələşdirməni davam etdirməsi respublikamızda sosial sığortanın yeni modelinin uğurla başa çatdırılmasına imkan verəcək.
Dünən keçirilən mətbuat konfransında DSMF sədri pensiya və sosial sığorta islahatlarının inkişafı ilə əlaqədar dövlət proqramında nəzərdə tutulan tədbirlər barədə danışıb. S.Müslümov bildirib ki, sənəd yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq. Proqramda öz əksini tapan mühüm detalların işlənməsində beynəlxalq ekspertlərin də təcrübəsindən istifadə olunub. İş ondadır ki, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı bu strategiyanın qarşıda duran elementlərinin gerçəkləşməsində öz təkliflərini irəli sürüb. Məsələn, Dünya Bankı Azərbaycanda müavinətlərin və pensiyaların verilməsində Dövlət Sosial Müdafiə Fondu ilə bərabər, qeyri-dövlət pensiya fondlarının prosesə qatılmasını məqsədəuyğun sayır. Səlim Müslümov bu təklifin hökumət tərəfindən dəstəkləndiyini və sığorta yığımlarına digər fondların cəlb edilməsinin mümkünlüyünü xatırladıb. Əhalinin vəsaitlərinin sərbəst şəkildə maliyyə bazarına yerləşdirilməsində fondla yanaşı, qeyri-dövlət pensiya təşkilatlarına səlahiyyətlərin verilməsi ümumilikdə bu sistemin inkişafına səbəb ola bilər. Fond bu prosesi 2008-2013-cü illəri əhatə edən proqram çərçivəsində reallaşdırmaq istəyir. Dünya Bankının başqa bir təklifi isə bundan ibarətdir ki, Azərbaycanda pensiyaların maliyyələşdirilməsinin baza hissəsinin 40 faizini dövlət, 60 faizini isə DSMF sosial sığorta haqlarından əldə etdiyi vəsait hesabına həyata keçirsin. Səlim Müslümov bunu real sayır, hətta 2015-ci ilədək pensiyaların dövlətin maliyyə yardımı olmadan birbaşa fondun öz gəlirləri hesabına maliyyələşdirilməsinin hədəf seçildiyini bəyan edib. Fond bu müddətə kimi sosial sığorta yığımlarının səviyyəsini elə həddə çatdırmaq istəyir ki, dövlətin büdcədən əlavə vəsaitlər ayrılmasına ehtiyac qalmasın. Təbii ki, bu zaman ölkədə qeydiyyatda olan bütün sosial sığorta ödəyiciləri fonda sığorta haqlarını keçirməlidir. Səlim Müslümov hesab edir ki, hazırda qeydiyyata düşməyən minlərlə ödəyici var ki, bu problemin həllinə Dövlət Əmək Müfəttişliyi, Ədliyyə Nazirliyi və digər orqanlar kömək göstərməlidir. Ölkədə bu günədək 1 milyon 580 min nəfər işləyən vətəndaşın 1 milyon 350 mini qeydiyyat üçün fonda müraciət edib. Onların 1 milyon 202 mininə sosial sığorta şəhadətnaməsi verilib. Fond rəhbərinin fikrincə, beynəlxalq təcrübədə pensiyaların tam maliyyələşdirilməsini gerçəkləşdirmək üçün bir pensiyaçıya ən azı 2 nəfər işləyən vətəndaş düşür. Respublikamızda isə bu göstəriciyə çatmaq üçün hələ bir neçə il gərəkdir. Məsələn, Azərbaycanda 4 pensiyaçıya 5 işləyən vətəndaş düşür. Səlim Müslümov bir neçə ildən sonra 1 pensiyaçı - 3 işləyən şəxs prinsipinin tətbiq olunacağına əminliyini söyləyib. Bu prinsipin reallaşması yığımın bir neçə dəfə artmasına və pensiyaların birbaşa büdcədən ayırmalar olmadan DSMF-nin sosial sığorta vəsaitləri hesabına təmin etməsinə imkan verəcək.
FOND SINAQ MƏQSƏDİ İLƏ PİLOT LAYİHƏ HƏYATA KEÇİRİB
Səlim Müslümov 2006-cı ildən tətbiq edilən fərdi uçot sisteminin ilkin nəticələrinin təhlil edildiyini və prosesin gedişində müsbət dinamikanın müşahidə olunduğunu xatırladıb. Məsələ bundadır ki, fond sınaq məqsədi ilə pilot layihə həyata keçirib. Fərdi uçota cəlb olunan vətəndaşların ötən bir il ərzində öz hesablarına ödədikləri sosial sığorta yığımlarının ən yuxarı və aşağı hədləri müəyyənləşib. Təhlil zamanı məlum olub ki, fərdi uçot sistemində ən yüksək pensiya yığımına neft şirkətlərində çalışan işçilər malikdir. Onların fərdi uçot hesabında nəzərdə tutulan aylıq vəsaitləri təxminən 800 manat təşkil edir. Bu prinsipin reallaşmasında işçilərin özləri daha maraqlı olmalıdır. Çünki onlar işlədiyi müəssisədə hər ay maaş cədvəlinə uyğun olaraq sığorta haqları ödəyirlər. İş ondadır ki, bəzi müəssisələrdə işçilər daha yüksək maaş alsalar da, onlar aşağı əməkhaqqı göstərilən rəsmi maaş cədvəlinə qol çəkirlər. Səlim Müslümov deyir ki, bu, onların gələcək pensiya təminatı üçün problem yaradacaq. Çünki bu şəxslərin real gəlirlərini gizlətməsi fərdi hesablarında daha aşağı vəsaitlərin yığılmasına səbəb olur. Gələcəkdə pensiyaların həcmi də az olacaq. Buna görə də işçilər çalışdıqları təşkilatın mühasibatlığından əməkhaqqının rəsmi şəkildə düzgün göstərilməsini tələb etməlidirlər. Artıq fond bu məqsədlə ilin sonunda bütün sosial sığorta şəhadətnaməsi almış vətəndaşlara işlədikləri təşkilatda bir il ərzində ödənişləri əks etdirən sənəd təqdim etməyi düşünür. Həmin şəxs fondun hesabatı ilə tanış olduqdan sonra çalışdığı müəssisənin mühasibatlığı tərəfindən aldadılıb-aldadılmadığının şahidi olacaq. Bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən əcnəbi şirkətlərin nümayəndələri qeydiyyata düşməkdən yayınırdılarsa, hazırda bu sahədə əhəmiyyətli dərəcədə dönüş yaranıb. Səlim Müslümov bildirib ki, bu müddətə kimi 3368 nəfər xarici vətəndaş sosial sığorta şəhadətnaməsi almaq üçün Fonda müraciət edib. Onların 2221 nəfəri Türkiyə, 566-sı Gürcüstan, 296-sı Rusiya, 114-ü İran, 96-sı Hindistan, 58-i Çin vətəndaşıdır. Bundan başqa, 39 nəfər Böyük Britaniya, 37 Ukrayna, 31 Pakistan, 14 ABŞ vətəndaşı şəhadətnamə ilə təmin edilib.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.