Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

BU GÜN ORTA MƏKTƏBLƏRƏ 1 MİLYON 517 MİNDƏN ÇOX ŞAGİRD GEDƏCƏK

15.09.07 - 9:04700 baxılıb

MİSİR MƏRDANOV: I VƏ XI SİNİF ŞAGİRDLƏRİNƏ BÜTÜN DƏRSLİKLƏR PULSUZ PAYLANACAQ

Bu gün yeni tədris ili başlayır və orta ümumtəhsil məktəblərinə 1 milyon 517 min 844 şagird yollanacaq. Təhsil naziri Misir Mərdanov bildirib ki, orta məktəblərə gedən birinci sinif şagirdlərinin sayı isə 120 min 309 nəfər olacaq. Məktəb partası arxasında ilk dəfə oturacaq birincilərin 1564 nəfəri gimnaziya və liseylərdə təhsil alacaq.
27 min 800 şagird isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərdə dərs keçəcək. 2007-2008-ci tədris ilində təhsil alan şagirdlər üçün 155 adda 5 milyon 185 min kitab çap olunub. Onların 60 faizi yeni orijinal dərs vəsaitləridir. Həmin dərsliklərin artıq orta məktəblərə çatdırılması təmin edilib.
Nazirlik bu il I və XI sinif şagirdləri üçün lazım olan bütün dərsliklərin pulsuz paylanılacağını əmin edib. Bu il ilk dəfə olaraq məktəblərə 19 adda 381 min ədəd xəritənin şagirdlərə verilməsi də nəzərdə tutulub.
Təhsil naziri bildirib ki, 2007-ci ilin sonuna kimi dövlət hesabına inşa edilən 200 yeni məktəb binası istifadəyə veriləcək, 50 məktəbin isə əsaslı təmiri başa çatdırılacaq. Son illərdə orta ümumtəhsil müəssisələrinin tədris korpuslarının və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlərin əhəmiyyətini vurğulayan Nazirliyin mətbuat xidməti 2003-cü ildən indiyədək 1200 məktəbin tikilib istifadəyə verildiyini xatırladır. Azərbaycanda təhsil sisteminin inkişafına öz töhfəsini verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana Yeni Məktəb" proqramının həyata keçirilməsi nəticəsində son üç ildə 184 məktəb inşa olunub. Həmin təhsil müəssisələrində 34 min 40 şagird təhsil alır. Yeni tədris korpuslarının tikilməsində Heydər Əliyev Fondu ilə bərabər ölkə başçısının şəxsi təşəbbüsü ilə məktəblərin təmir və bərpası həyata keçiriləcək.
Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan qəza vəziyyətində olan məktəblərin inşasına 21 milyon manat vəsait ayrılıb. Təhsil Nazirliyi qarşıdakı illər ərzində daha 600 məktəbin yeni korpusunun tikintisini və 1500-nün əsaslı təmir olunmasını həyata keçirəcək.
Orta məktəblərin 60 faizinin maddi-texniki bazasının yaxşılaşdırılması , o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi nəzərdə tutulur. 2010- cu ilədək 325 məktəbin ən müasir avadanlıqlarla təchiz edilməsi planlaşdırılır. 2008-ci il yanvarın 1-dək isə 3693 təhsil müəssisəsinə 31 min 677 ədəd kompyuter və digər İKT avadanlıqlarının verilməsi başa çatdırılacaq.
Nazir deyib ki, təhsil sektorunda çalışan 150 mindən artıq pedaqoji işçilərin maaşlarının artımı da yaxın vaxtlarda mümkün olacaq. Ümumiyyətlə, hökumətin apardığı məqsədyönlü siyasət nəticəsində təhsil işçilərinin əməkhaqlarının mərhələlərlə artırılması nəzərdə tutulub. Hazırda müəllimlərin orta aylıq əməkhaqqı 125 manat təşkil edir. Bir neçə il əvvəl isə bu göstərici 40 manatdan yuxarı olmayıb.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.