Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"İqtisadiyyatımızın sıçrayışlı inkişafı ölkənin bütün regionlarında, o cümlədən Bakının Nizami rayonunda da hiss olunmaqdadır". Bu sözlərin müəllifi - Rayon Statistika Komitəsinin müdiri Nəcəf İsmayılov fikrini konkret faktlarla əsaslandırdı. Onun dediyinə görə, 2007-ci ilin yanvar-iyun aylarında rayonda baş verən iqtisadi və sosial dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər ötən illə müqayisədə nəzərəçarpacaq qədər yaxşılaşmışdır. İlin əvvəlindən götürülmüş yüksək sürət ikinci rübdə də davam etmiş, məhsul istehsalı artmış, xidmətlərin çeşidi genişlənmiş, yeni iş yerləri yaradılmışdır. Yanvar-iyun aylarında fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 528333,5 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 41,2 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 8,5 faiz təşkil edir. Nəqliyyat sektorunun müəssisələri ötən ilin ilk iki ayına nisbətən 51,1 faiz çox-5408,0 min manatlıq xidmət göstərmişdir. Hesabat dövründə rabitəçilərin də uğurları diqqətəlayiq olmuşdur. Onların əhaliyə xidmətlərinin dəyəri 3804,9 manata çatmışdır. Sözügedən dövrdə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 25641,5 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 83,0 faiz çoxdur. İstifadə edilmiş investisiyanın 72,2 faizi istehsal təyinatlı obyektlərin inşaasına sərf edilmişdir. İlin ilk iki ayında Nizami rayonunda əhaliyə 158217,8 min manatlıq istehlak malları satılmış, 40650 min manatlıq pullu xidmətlər göstərilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən pərakəndə əmtəə dövriyyəsinin həcmi 11,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 48,0 faiz artmışdır. Ticarət şəbəkələrindən satılmış məhsulun 13,3 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən müəssisələr, 30,6 faizi yarmarkalar, 10,7 faizi bazarlar, 45,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2006-cı il yanvar-may ayları ilə müqayisədə 20,7 faiz çoxalaraq 183,2 manata çatmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən sənaye sahəsində çalışanların əməkhaqqı 28,6 faiz artaraq 199,3 manat, tikinti sahəsində 23,2 faiz artaraq 244,5 manat təşkil etmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.