Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

BAZARDA SATILAN DUZUN 90 FAİZİ SAXTADIR

06.10.07 - 9:00608 baxılıb

İNSANLARDA ƏN KƏSKİN XƏSTƏLİKLƏRİN YARANMASINA KEYFİYYƏTSİZ DUZLAR SƏBƏB OLUR

Azərbaycanda duz bazarının 90 faizini saxta məhsul istehsalçıları ələ keçirib. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəhbəri Xaliq Məmmədov bildirib ki, Azərbaycanda satışa çıxarılan duzun böyük bir hissəsi sanitar və gigiyenik normalara cavab vermir. Xidmətin əməkdaşlarının apardığı araşdırmalar zamanı respublikamızın əksər bölgələrindəki satış məntəqələrində duzun keyfiyyətsiz və saxta olması təsdiq edilib. X.Məmmədov bildirir ki, saxta duzların əksəriyyəti Abşeron və Qaradağ rayonları ərazisində yerləşən göllərdən yığılaraq hazırlanır. Lökbatandakı göllərdən yığılan duzlar gizli sexlərdə kustar üsulla hazırlanaraq əmtəə göstəriciləri qeyd olunmayan qutularda və sellofanlarda qablaşdırılır. Bu isə son dövrlər yod çatışmazlığı sindromunun kütləvi hal almasına səbəb olub.
Ölkə əhalisinin əksəriyyəti bu gün də yod çatışmazlığının hansı təhlükəli fəsadlar yaratmasından xəbərsizdir. Tibb alimlərinin bildirdiyinə görə, yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərin digər xəstəliklərlə müqayisədə daha çətin müalicə olunur. Çinlilər yod çatışmazlığı xəstəlikləri "gözəgörünməz ölüm" adlandırırlar. Tibb Universitetinin Qidalanma və Gigiyena şöbəsinin əməkdaşı İbrahim Əhmədov hesab edir ki, Azərbaycanın 30-dan çox rayonunda yod çatışmazlığı müşahidə edilir. Sumqayıt, Sabirabad, Quba, Xaçmaz, Şəki, Mingəçevir, Salyan, Balakən, Zaqatala, Qax, Qusar, Gədəbəy, Xanlar və digər bölgələrdə yod çatışmazlığı xəstəliyi daha geniş yayılıb. Son illərdə Abşeron rayonunda bu xəstəliyin intensivləşməsi qeydə alınıb.
Həkimin fikrincə, bu xəstəliyin yaranmasında Neftçaladakı və Sabunçudakı yod zavodları xüsusi rol oynayıb. Həmin zavodlar ətrafda, həm də radiasiya fonu yaratmaqla xəstəliyin aktivləşməsinə səbəb olub. Bunu nəzərə alaraq hökumət hər iki müəssisənin fəaliyyətini 90-cı ilin əvvəllərində dayandırıb. Həkimin qənaətinə görə, ərzaq məhsullarının tərkibində yod birləşmələrinin azalması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Respublika Endokroloji Mərkəzinin həkimi, endokroloq Rauf Cabbarov bildirib ki, yod çatışmazlığı insanlarda qalxanabənzər vəzidə iltihabların, zobun, hipotreozanın, sinir sistemi xəstəliklərinin, ürək-damar sistemi pozğunluğunun, mədə-bağırsaq xəstəliklərinin, dəri və tüklərdə fəsadların, sümük və əzələ ağrılarının yaranmasına gətirib çıxarır. Qidanın tərkibində yod birləşmələrinin azalması uzun müddət davam etdikdə həmin xəstəliklər əksər insanlarda meydana çıxır. Endokroloqun fikrincə, bu, daha çox hamilə qadınlarda və körpə uşaqlarda ağır fəsadlarla nəticələnə bilər.
Uşaqların ölü doğulması və yaxud anadan olarkən lal, kar və digər tibbi-bioloji çatışmazlıqların yaranmasında məhz yod çatışmazlığı başlıca faktorlardandır. Mütəxəssis hesab edir ki, anormal və əqli cəhətdən qüsurlu olan körpə uşaqların bu xəstəliklərlə üzləşməsi qadınların keyfiyyətli duzla qidalanmamasının nəticəsidir. Duzun tərkibində yodun olmaması insanlarda immun sistemini zəiflətməklə yanaşı, intellektin səviyyəsinin aşağı düşməsinə, maddələr mübadiləsinin pozulmasına və nəticədə orqanizmin tələb olunan mikroelementlərlə qidalanmasına mane olur. Bu isə yuxarıda qeyd olunan xəstəliklərin yaranmasında əsas rol oynayır. Həkim buna görə də hamilə qadınlara daha çox yod qəbul etməyi məsləhət bilir.
Xaliq Məmmədovun sözlərinə görə, duzun əsas hissəsi Masazır ərazisində yerləşən duz gölündən əldə olunur. Bu göldən əldə olunan duz bazarın tələbatının 20-30 faizini ödəyir. Həmin məhsulun 90 faizi isə keyfiyyətsizdir. Bundan başqa, Azərbaycana İrandan, Türkiyədən və digər dövlətlərdən duz idxal edilir. Həmin məhsulların da keyfiyyəti sanitar normalara cavab vermir.
X.Məmmədov bildirib ki, duz bazarında aparılan monitorinqlər zamanı götürülən 18 adda nümunənin laborator analizi nəticəsində həmin məhsulların 8-də yodun miqdarı normadan bir neçə dəfə aşağı olub. 5-də isə ümumiyyətlə, məhsulun mənşəyinin naməlum olması müəyyən edilib. Bazarda cəmi 5 adda duzun tərkibi normalara cavab verib. Monitorinqlər göstərir ki, saxta duzların əksəriyyətinin qablarının üzərinə başqa firmaların etiketləri vurulur. Duzun saxlama müddəti 9-12 ay nəzərdə tutulsa da, əksər hallarda bu göstərici 2-3 il qeyd olunur.
X.Məmmədovun fikrincə, duzun təmiz olub-olmamasını müəyyən etmək üçün ondan bir qaşıq qaba qoyub üzərinə reaktiv əlavə etmək lazımdır. Əgər məhsul bənövşəyi-göy rəng alırsa, demək, duz normaldır. Heç bir rəng almırsa, məhsulun saxta olmasını müəyyənləşdirmək olar. Ümumiyyətlə, duzda yodun miqdarı normalara görə 10-40 mikroqram olmalıdır. Nəmliyin miqdarı isə 1 faizdən çox olmamalıdır. Müayinələr zamanı məlum olub ki, duzların əksəriyyətində norma 10 mikroqram da deyil. Nəmlik isə 5-10 faizə çatır. Təbii ki, bu, xəstəliklərin yaranması üçün əsas vasitələr hesab olunur. Xaliq Məmmədov bildirib ki, bazarda satılan "Ekstra", "Ekstra emeli", "Hammer", "Salina", "Ekstra polesye", "Azəri-Şah" və digər duzları keyfiyyətli saymaq olar. "Tabl Solt", "Azər duz", "Şah", "Slavyanskaya", "F/O", "Sepid Delijan" və digər duzlarda yodluluq normalardan aşağıdır. İranın "Solt İran" duzu isə ümumiyyətlə, insan həyatı üçün daha təhlükəlidir.
Problemin ciddiliyini nəzərə alsaq hökumətin təxirəsalınmaz tədbirlər görməsi vacib məsələ kimi ortaya çıxır. İqtisadi inkişaf naziri Heydər Babayev də bu fikirlə razıdır. Nazir əmin edir ki, bu məqsədlə yeni proqram hazırlanıb. Dövlət İnvestisiya Şirkəti ilə "Azərsun" arasında yeni yod zavodunun tikilməsi barədə razılıq əldə olunub. Masazırda tikiləcək duz zavodu ölkənin bu məhsula olan tələbatının böyük bir hissəsini ödəyəcək.

ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.