Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

XƏZƏRDƏ SONA DOĞRU...

20.10.07 - 9:00710 baxılıb

TEHRAN BƏYANNAMƏSİ DÜYÜNÜN AÇILMASINA YAXINLAŞDIRDI

Xəzər düyününün Tehran sammitində açılacağına göz dikənlərin bu dəfə də ümidləri doğrulmadı. Sahilyanı dövlətlər dənizin hüquqi statusu ilə bağlı həddindən artıq səmimi məcrada keçən danışıqlar aparsa da, mövqelərdə sıx yaxınlaşmalar hiss olunsa da 17 ilə yaxın tarixə malik problemə birdəfəlik nöqtə qoymaq mümkün olmadı. Doğrudur, bu sammit əvvəlkilərlə müqayisədə irəliyə doğru daha bir addım kimi qiymətləndirilə bilər. Tərəflərin hamısı əksər detallarla razı olduqlarını bildirib. Əsas məqam kimi dənizdən birgə istifadə ilə bağlı bir çox elementlər razılaşdırılıb. İş ondadır ki, statusla bağlı məsələnin bir neçə addımlığında dövr edən ölkələr növbəti sammitdə yekun konsensusa gələ bilər.

XƏZƏR AZAD TİCARƏT ZONASINA ÇEVRİLİR

Xatırladaq ki, sonuncu dəfə sammit 5 il əvvəl keçirilib və dənizin istər nəqliyyat marşrutlarının hərəkəti, istərsə də təbii ehtiyatların istifadəsində hər ölkənin öz maraqlarından çıxış etməsi vəziyyəti çətinləşdirib. Amma Tehran sammitində imzalanan bəyannamə balıqçılıq, gəmiçilik, ekoloji və bioloji resursların istifadəsində yeni imkanlar açır. Elə Azərbaycan da bu elementin qüvvəyə minməsi ilə əhəmiyyətli marşrut əldə edir. İndiyədək Azərbaycan gəmiləri Xəzərin Rusiya hissəsində üzərkən müəyyən kvotalar əsasında sərhədi keçirdi.
Amma indi sahilyanı dövlətlərin bayrağı altında üzən hər bir gəminin hərəkəti sərbəst olacaq. Bu razılaşmadan sonra Xəzər hövzəsini azad iqtisadi inteqrasiya zonası kimi şərh etmək də olar. Xəzər dənizinin sahibi olan xalqlar əmindirlər ki, bu addım dənizin hüquqi status məsələsinin müsbət nəticələnməsinə səbəb olacaq. Maraqlıdır ki, indiyədək ən prinsipial mövqe nümayiş etdirən İran bir çox prinsiplər üzrə razılaşmanın əldə olunmasının və tərəflərin ciddi iradəsi və pozitiv yanaşmalarının birgə konsensusa böyük ümid yaratdığını bəyan edib. Hətta prezident M. Əhmədinejad Xəzərdə Şimal-Cənub dəhlizinin mövcudluğunu xatırladaraq gələcəkdə hövzənin hamı üçün açıq olmasını təklif edib.

ABŞ-A MESAJ: DƏNİZ HƏRBİ MƏQSƏDLƏR ÜÇÜN QAPALIDIR

Bu cür yanaşmalardan sonra sual olunur, tərəflərin hər birinin mövqeyi qarşılıqlı əməkdaşlıq üçün geniş baza yaradırsa, niyə dənizin hüquqi statusuna dair konvensiyaya imza atılmır? Elə diqqət çəkən məqamları da burada axtarmaq gərəkdir. İlk öncə dənizin təhlükəsizliyi məsələsi bəzi fikir ayrılıqları yaradır. İran birmənalı şəkildə Xəzərdə hərbi kontingentin hərəkətini qəbul etmir. Xəzərdə hərbi qarşıdurmaların qarşısının alınması, kənar müdaxilələrə yol verilməməsi, dənizin müxtəlif cinayətlərin və trafiklərin məskəninə çevrilməməsi bu ölkənin başlıca hədəfləridir. Təbii ki, bu siyasət birbaşa ABŞ-ın Xəzərdəki planlarına hesablanıb. İran Amerikanın Xəzərdə hərbi təlimlər keçirməsini və hər hansı hərbi baza yerləşdirməsinə yol verməyəcəyini, üzərində dayandığı həmin prinsiplər qəbul edildiyi təqdirdə dənizin hüquqi statusuna imza atacağını bəyan edir. Rusiya da həmin mövqedədir.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Xəzər dənizi dövlət sərhədləri ilə inhisara alınmamalıdır.Ümumi istifadə əməkdaşlıq üçün bir o qədər əlverişli imkanlar yaradır. "Biz digər dövlətlərin Xəzəryanı ölkələrin ziyanına işləyən hərəkətlərə yol verməsinə razı ola bilmərik". Bu mesaj Birləşmiş Ştatlara ünvanlanıb. Xüsusilə də ABŞ-ın İrana daxil olmaq planlarının tərkib hissəsi kimi Xəzərdə hərbi kontingent yerləşdirməsinə "YOX" cavabı kimi. İş ondadır ki, Rusiya təhlükəsizliyin təminatı üçün birgə sürhməramlı qrupun yaradılmasını təklif edir. Çox güman ki, bu məsələyə tərəflər razı olmayacaq. Çünki bu plan rusların dənizdə hərbi hegemonluğu demək olardı. Nursultan Nazarbayev də Xəzərdə hərbi fəaliyyətlərin sahilyanı ölkələrin sərhədləri çərçivəsində məhdudlaşdırılmasının tərəfdarı olmasını bildirməklə İran və Rusiya ilə həmrəy olduğunu nümayiş etdirib. Azərbaycanın dövlət başçısı İlham Əliyev bildirib ki, Xəzər əsrlərdən bəri dostluq və əməkdaşlıq dənizi olub və yalnız dinc məqsədlər üçün istifadə olunması , silahsızlaşdırma, təhlükəsizlik prinsiplərinə xidmət etməlidir. Kurbanqulu Berdumaxeddovun fikrincə, dənizin hüquqi statusu beştərəfli razılaşma əsasında həll olunmalıdır.
Xəzərdə enerji resurslarından istifadə üçün dənizin yeni statusunun müəyyən edilməsini gözləmək lazımdır. Bu onu göstərir ki, Türkmənistan prezidenti beynəlxalq prinsiplərə yaxınlaşmağa meyl edir. Orta xətt prinsipinin mahiyyəti budur ki, hər sahilyanı dövlətin konkret sərhədləri müəyyən edilir və bu sərhədlər daxilində enerji-yanacaq ehtiyatları və bioloji sərvətlər , nəqliyyat vasitələrinin marşrutları üzrə hər ölkənin payı məlum olur. Bu prinsiplər bütün ölkələrin tətbiq etdiyi ölçülərdir. Amma iş ondadır ki, Xəzərdə bəzi yataqlar İran, Türkmənistan və Azərbaycanla sərhəddin ortaq nöqtəsinə düşür. Həmin "həssas nöqtələri" həll etmək üçün təbii ki, tərəflər güzəştə getməlidir. Hələlik Türkmənistan bu güzəştlərə hazır deyil. Xəzər düyünün açılmamasının səbəbi də məhz bu faktorla, bir də hərbi məqsəd daşıyan dənizdəki nüfuz savaşı ilə bağlıdır.

AZƏRBAYCAN "KƏPƏZ" ZİRVƏSİNƏ DOĞRU…

Sammitdə imzalanan bəyannamənin əsas elementlərindən biri də dənizin ölkələr üzrə sərhəd xəttinin müəyyənləşməsinə qədər enerji-yanacaq ehtiyatlarından birgə istifadəsi ilə əlaqədardır. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov belə bir fikirlə çıxış edib ki, rəsmi Aşqabad Xəzərin mübahisəli yataqları üzrə danışıqları intensivləşdirməyə hazırdır . Söhbət Azərbaycanla Türkmənistan arasında mübahisəli "Kəpəz" yatağından gedir. Bu yataq Türkmənbaşı Saparmurad Niyazovun dövründə onun şərəfinə "Sərdar" yatağı adlandırılıb. Hazırda Berdiməhəmmədov indiyədək davam edən məntiqsiz siyasətə son qoyaraq enerji əməkdaşlığına meyl edir. Qurbanqulu Berdiməhəmmədov bu bəyanatı Xəzərin indiyədək mübahisə predmeti olan neft və qaz yataqlarının işlənməsində Türkmənistanla Azərbaycanın ortaq məxrəcə gəlməsində mühüm rol oynaya bilər. Bu yataq keçmiş SSRİ dövründə, 1970-ci illərdə Azərbaycanın neftçiləri tərəfindən kəşf olunub. 1990 - cı illərin əvvəllərindən mübahisələrə səbəb olduğundan "Kəpəz"də neft hasilatı da dayandırılıb. Bu yataq, ehtiyatlarının həcminə görə, Xəzərin ən zəngin hissələrindən hesab olunur. Dövlət Neft Şirkətinin mütəxəssisləri hələ bir neçə il əvvəl "Kəpəz"dəki ehtiyatların həcminin ən azı 80 milyon tona bərabər olmasını müəyyən ediblər.Ötən əsrin sonlarına kimi bu strukturda kəşfiyyat işləri apararaq neft ehtiyatlarının bir neçə dəfə artacağı barədə ürəkaçan proqnozlar irəli sürüblər. Neftçilərimizin apardığı geoloji kəşfiyyat işləri sonradan bir qədər də genişləndirilib. Azərbaycan "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra xarici neft kompaniyalarının Xəzərin təkindəki karbohidrogen ehtiyatlarına marağı daha da artıb və "Kəpəz"in istismarı ilə bağlı Dövlət Neft Şirkəti ilə müzakirələr aparılıb. Hazırda bu yatağa ABŞ-ın "Şevron" və Almaniyanın "Wintersall" , Böyük Britaniya, Yaponiya və digər dövlətlərin iri şirkətləri maraq göstərirlər.
Hər iki ölkənin iddiaları bu vaxtadək "Kəpəz"də neft hasilatına başlamağa mane olub. Azərbaycan bir neçə dəfə Aşqabadı konsensusa gəlməyə dəvət etsə də buna nail olunmayıb. Əgər razılıq əldə olunarsa bundan hər iki tərəf fayda götürəcək. Bu, ona imkan verəcək ki, tərəflər ehtiyatları birgə istismar etsin. Türkmənistan bundan daha böyük fayda götürə bilər. Çünki Xəzərin Türkmənistan sektorunda indiyədək xarici investorlar cəlb olunmayıb. "Kəpəz" probleminin öz həllini tapması ilə əcnəbi neft sərmayəçilərinin bu ölkəyə böyük axını başlaya bilər. Bu isə son nəticədə türkmən neftinin xarici bazarlara çıxarılmasına səbəb olacaq. "Kəpəz"in işlənməsinə Azərbaycan xarici neft korporasiyalarını cəlb etdiyindən Türkmənistan da həmin şirkətlərlə əməkdaşlığa can atacaq. Belə vəziyyətdə neftin ixracı üçün marşrut kimi Bakı-Tbilisi-Ceyhan kəmərindən istifadə olunması realdır. Türkmən neftinin nəqli BTC vasitəsilə daha sərfəlidir. Həm də xarici şirkətlərin ixrac marşrutu kimi Rusiyanın maraqlarına xidmət edən kəmərə üstünlük verməsi mümkün deyil. Təbii ki, bu vəziyyətdə yeganə kəmər BTC olmalıdır. Boru kəmərinin nə qədər çox güclə işləməsi Azərbaycana əlavə qazanc əldə etməsi deməkdir. Bu faktor siyasi əhəmiyyət kəsb etməsi ilə də diqqəti cəlb edir. "Birgə əməkdaşlıq Xəzərin statusunun həll olunmasına doğru əlavə təkan verə bilər. Digər tərəfdən, "TransXəzər" qaz kəmərinin çəkilişi üçün qapı açılır. Türkmənistan qazını Xəzərin dibi ilə keçən qaz kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən Avropaya nəqlinə nail olacaq. Bu təşəbbüsü Avropa Birliyi və ABŞ-ın dəstəkləyəcəyinə şübhə yoxdur. Türkmənistan Azərbaycanla birgə yataqda istismar işlərinə başlasa ölkəmizin neft-qaz komleksindəki infrastrukturun gücündən də yararlanmağa çalışacaq. Azərbaycanda dənizdə tikinti və nəqliyyat işləri ilə əlaqədar çox güclü infrastuktur mövcuddur. "Azəri-Çıraq-Günəşli" , "Şahdəniz" yataqlarının istismarı və digər layihələr çərçivəsində ən modern dəniz platformaları tikilib. Türkmənistanda isə belə infrastruktur olmadığından, Azərbaycanın gücünə bel bağlaya bilər.

ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.