Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
DÖVLƏT BAŞÇISI HÖKUMƏT ÜZVLƏRİNƏ SÜNİ QİYMƏT ARTIMI YARADANLARIN CƏZALANDIRILMASINI TAPŞIRIB
Azərbaycan hökuməti ilin əvvəllərindən nə qədər çalışsa da qiymət artımının qarşısını arzuolunan səviyyədə saxlaya bilməyib. Hökumət əsas hədəf kimi inflyasiyanın birrəqəmli həddə saxlanmasına çalışsa da, qiymət indeksi ikirəqəmli çevrəyə " ayaq qoyub". Artıq inflyasiya 16 faiz səviyyəsindən aşağı düşmür. Qiymət alovunun söndürülməsinə cəhd göstərən dövlət strukturlarını qayğılandıran başlıca hədəf inflyasiyanın yaranmasında süni faktorların dərin rol oynamasıdır. Doğrudur, qiymətlərin artmasında təbii amillər, yəni dünya bazarındakı iqtisadi proseslər, neftin bahalaşması və digər tendensiyalar da səbəblər sırasındadır. Bunu dövlət başçısı İlham Əliyev də 2007-ci ilin üçüncü rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə xüsusi vurğulayıb. Prezident inflyasiyanın 16 faizə çatmasından narahatçılığını ifadə edərək bildirib ki, qiymət artımı hökuməti qayğılandıran başlıca məsələlərdəndir. "Ərzaq məhsullarının bahalaşması 15 faiz həddindədir. Əlbəttə, bu, bizi narahat edir və çalışacağıq ki, inflyasiyanın səviyyəsini maksimum dərəcədə aşağı salaq". Qiymət artımı təbii ki, təkcə Azərbaycanın problemi olmadığından bu tendensiyanın baş verməsində xarici faktorları nəzərə almaq lazımdır. Xüsusilə də neftin dünya bazarında bahalaşması bütün dövlətlərin istehsal etdiyi məhsulların qiymətlərinin artmasına təsir göstərib. Prezident bu məqamı təhlil edərək bəzi dövlətlərdə qiymət artımının daha yüksək olmasını bildirib. "Əgər MDB məkanına nəzər salsaq görərik ki, o ölkələrdə də inflyasiya çox sürətlə davam edir. hətta bəzi ölkələrdə son bir neçə ay ərzində ərzaq məhsulları 40-50 faiz bahalaşıbdır". Prezident qiymət artımına səbəb olan subyektiv amillərin daim nəzarətdə saxlanmasına və mübarizənin lazımi effekt verməsinə toxunaraq, bir sözlə, təbii meyillərin qarşısının alınmasında hökumətin ən qəti addımlar atmaq iqtidarında olduğunu söyləyib. "Biz təbii səbəblərə qarşı iqtisadi islahatlarla, makroiqtisadi addımlarla mübarizə apara bilərik". Amma dövlət başçısının məmurlara xəbərdarlığında daha çox inflyasiyanın yaranmasında daxili faktorlar, yəni süni qiymət artımı problemi diqqətdən yayınmadı. Çünki süni şəkildə yaradılan qiymət artımı təbii faktorlardan daha təhlükəlidir və hökumətin apardığı islahatların , sosial inkişaf tədbirlərinin gücünü aşağı salır. Bu məsələdə isə əsas günahkarlar inhisarçılar olduğundan iqtisadiyyatda sağlam biznes mühitinə vurulan zərərin miqyası daha da böyüyə bilər. Ölkə başçısı bu problemin meydana çıxmasında həm dövlət qurumlarının, həm də sahibkarların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq inhisarçılarla barışmayacağını bəyan edib. İnhisarçılıq, qeyri-sağlam rəqabət halları ümumi işin səmərəsinə zərər vurduğundan Prezident həmin halların yaranmasında bilavasitə iştirakçı olan şəxslərin cəzalandırılmasını xəbərdar edib. "Süni səbəblərə qarşı isə biz gərək çox ciddi siyasət aparaq. İnzibati addımlar atılmalıdır, bu problemləri yaradan şirkətlərə qarşı sanksiyalar tətbiq olunmalıdır. Onlar çox ciddi cəzalandırılmalıdır ki, Azərbaycanda sağlam rəqabət mühiti möhkəmlənsin, inhisarçılığa son qoyulsun. Əfsuslar olsun ki, həm idxalda, həm də yerli istehsalda inhisarçılıq meyilləri hələ də qalmaqdadır. Buna qarşı böyük mübarizə aparılmalıdır. Bu, öz növbəsində, inflyasiyanın birrəqəmli səviyyədə qalmasına kömək göstərəcəkdir". Hökumət həm təbii, həm də süni amillərin qarşısının alınmasında məqsədyönlü kompleks tədbirlər planı həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmək niyyətindədir. Başlıca məqsəd bundan ibarətdir ki, bu il inflyasiya birrəqəmli səviyyədə qorunub saxlansın. Prezident əmin olduğunu bildirib ki, 2008-ci ildə inflyasiya birrəqəmli səviyyədə olacaq. Çünki qiymət artımının baş verməsi üçün hər hansı bir obyektiv faktor olmayacaq. Daha doğrusu, hökumət enerji daşıyıcılarının və digər kommunal xidmət növlərinin artırılması barədə qərar qəbul etməyi planlaşdırmır. Bu isə bazarda qiymətləri artırmaq istəyən şəxslərin hansısa iqtisadi vasitələrdən istifadə etmək planlarının üstündən xətt çəkir. "2008-ci ildə heç bir kommunal ödənişlərin qaldırılması nəzərdə tutulmur. Bildiyiniz kimi, bu ilin əvvəlində elektrik enerjisi tariflərinin qaldırılması inflyasiyaya ən böyük təkan verən bir amil olmuşdur". Göründüyü kimi kommunal xidmət tariflərinin artırılmadığı təqdirdə inflyasiyanın səviyyəsinin artmasına heç bir səbəb yoxdur. Və ortaya real bir arqument çıxır, qiymət artımı birbaşa yerli inhisarçıların varlanmaq iştəhasının nəticəsidir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.