Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
2008-Cİ İLDƏ ENERJİ İSTEHSALININ REKORD HƏDDƏ ÇATMASI İXRACA İMKAN VERƏCƏK
Azərbaycan hökuməti elektrik enerjisi idxal edən ölkədən ixracatçı dövlətə çevrilməyi planlaşdırır. Neft və qazdan sonra işıq ixracına başlanması Avropanın enerji konsepsiyasına Azərbaycanın yeni töhvə verməsi ola bilər. Artıq gələn ildən başlayaraq ölkənin işığa olan tələbatı tam ödəniləcək və xaricə "gözəgörünməz cərəyan" göndərmək mümkünləşəcək. "Azərenerji" Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev hesab edir ki, 2008-ci ilin enerji ehtiyatları Gürcüstan və Türkiyə vasitəsilə Avropaya işıq ixrac olunmasına imkan verəcək. Azərbaycanın Avropaya çıxışı üçün yeni enerji şəbəkəsi marşrutu yaradılacaq. Bu dəhlizin demək olar ki, bünövrəsi qoyulub, Gürcüstan və Azərbaycanın mövcud energetika infrastrukturu bu dəhlizin işə düşməsi üçün əsas həlqədir. İndi hər iki ölkə Türkiyə ərazisinə uzanan şəbəkəni yaratmalıdır. E.Pirverdiyev qardaş ölkə ilə həmin sistemin yaradılması üzrə işlərə start verildiyini xatırladıb. Bu sistemin ən mühüm elementləri kimi Gürcüstan və Azərbaycandakı infrastrukturun tamamilə yeniləşməsi nəzərdə tutulur.
TRANS-AVROPA ENERJİ DƏHLİZİ NƏ VƏD EDİR?
Azərbaycanın Türkiyə vasitəsilə Yunanıstana, Balkan yarımadası regionuna və Mərkəzi Avropaya işıq göndərməsini asanlaşdıracaq. Bu plan Avropa İttifaqının da marağına uyğundur və enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət daşıyır. Artıq Yunanıstan ölkəmizin bu təşəbbüsünü alqışlayır və enerjinin alıcıları sırasında ilk yerlərdə dayanacağını bəyan edib. Avropa Birliyində strateji mövqeyi olan Aİ-nin elektrik enerjisi ilə təminatının həllində bu layihənin dəyərini xüsusi qeyd edib. Yunanıstanın baş naziri bəyan edib ki, bu dəhliz Türkiyə ilə Afinanın iyulda imzaladığı enerji əməkdaşlığı siyasətinin tərkib hissəsinə çevrilə bilər. Beləliklə, Azərbaycan, Gürcüstan, Türkiyə və Yunanıstanın birgə ittifaqının yaradılması üçün əsil şərait yaranıb.Bu, təkcə iqtisadi əlaqələrin inkişafı üçün deyil, həm də geosiyasi-regional münasibətlərin möhkəmlənməsi baxımdan mühüm qiymətləndirilə bilər. Vahid enerji sisteminin yaradılması Mərkəzi Avropanın enerji xəritəsini də dəyişə bilər. Rusiyanın və İranın hegemon olduğu regionda tam başqa mənzərə yarana bilər ki, bu da Avropa Birliyinin məqsədlərindən biri olan TransAvropa Enerji Şəbəkəsinin yaradılmasını başa çatdıracaq. Yunanıstanın iqtisadiyyat naziri D.Syufas bu layihənin həm də İNOQEYT layihəsinin elementlərindən biri kimi səciyyələndirib. Bu digər tərəfdən, Azərbaycanın maraqlarına xidmət edən Trans-Xəzərin çəkilişinin gerçəkləşməsinə yol açır. Yunanıstanın marağı bu layihələrdə o qədər böyükdür ki, hökumət məşhur "Kantor Management Consultants" alyansının şəbəkələrin yaradılmasına maliyyə dəstəyi göstərməsini təklif edib.
KOREYA ƏN NƏHƏNG ELEKTRİK STANSİYASI TİKİR
Bu marşrutun rentabelli işləməsi üçün ilk növbədə kifayət qədər elektrik enerjisi tələb olunur. Çox maraqlıdır, Azərbaycan həmin həcmdə işığı əldə edib, göndərə biləcəkmi?! "Azərenerji"nin rəhbəri hesab edir ki, hökumətin enerji təsərrüfatına yatırdığı investisiyalar artıq gələn ildən öz səmərəsini verəcək. Belə ki, hökumətin elektrik enerjisi istehsalı üçün yeni stansiyaların istifadəyə verilməsi və ötən əsrin 70-ci illərində tikilən güc mərkəzlərinin işə salınması etibarlı enerji təminatı yaradır. Ölkənin işığa olan tələbatı 5500 meqavatt təşkil edir. İlin sonuna kimi bu rəqəm 6000 mv.t-yə çatacaq. Sumqayıtda və Əli-Bayramlıda müasir buxar-qaz tipli elektrik stansiyalarının, "Şimal" İstilik Elektrik Stansiyasında 2-ci enerji blokunun tikilib istifadəyə verilməsi, Azərbaycan İstilik Elektrik Stansiyasında enerji bloklarının və Mingəçevir SES-in əsaslı şəkildə yenidən qurulması, Naxçıvanda "Babək" stansiyasının enerji turbinlərinin qaz rejimində işləməyə keçirilməsinin başa çatdırılması və digər yeni elektrik verilişi xətlərinin və yarımstansiyaların enerji potensialını gücləndirəcək. 2008-2009-cu illərdə Azərbaycan rekord həcmdə enerji istehsal edəcək. Ölkəmiz bir neçə ildən sonra 7000 mVt-dən də artıq işıq istehsal edə biləcək. Bu isə ixrac üçün böyük rəqəm hesab olunur. E.Pirverdiyev yanacaq-energetika kompleksinin inkişafına dair Dövlət Proqramına əsasən, istilik və su elektrik stansiyaları ilə bərabər, alternativ enerji mənbələrindən istifadənin də nəzərdə tutulduğunu söyləyib. Dağ çaylarında kiçik SES-lərin, külək, günəş, termal sulardan işıq istehsal edən stansiyaların yaradılması nəzərdə tutulur. Bundan başqa, Yaşmada Koreya hökumətinin tikdiyi ən nəhəng elektrik stansiyası müstəqil enerji mərkəzi olduğundan yerli şirkətlərlə bərabər, xarici dövlətlərə də işıq ixrac etməyi planlaşdırır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.