Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
HÖKUMƏT XARİCİ İNVESTORLARIN TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT VERİB
PKK terrorçularının BTC-nin Türkiyə hissəsində neft kəmərini partladacaqları barədə bəyanatı və ardınca vəhhabilik təriqəti altında gizlənmiş dini ekstremistlərin Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşları olan ABŞ və Böyük Britaniya vətəndaşlarına sui-qəsd planlarına dair xəbərdarlığı iqtisadi sabitliyin gücləndirilməsinin zəruriliyini ortaya çıxarıb. Azərbaycan regionda iqtisadi layihələrin strateji məkanı və xarici sərmayələrin ən çox yatırıldığı dövlət kimi əcnəbilərin nüfuz dairəsinə daxil olduğundan hər hansı əcnəbi iş adamına qarşı sui-qəsd, yaxud onun biznesinə təhlükə Azərbaycanın iqtisadi siyasətinə zərbə kimi də dəyərləndirilə bilər. Əcnəbi investor hansısa dövlətə sərmayə yatırmaq istəyərkən əvvəlcə oradakı sabitliyi əsas götürür, özünün təhlükəsizliyinə və investisiyasının qorunmasına təminat istəyir. ABŞ və Böyük Britaniyanın diplomatik korpuslarının fəaliyyətinin məhdudlaşdırılması da xatırlatdığımız qorxulu tendensiyanın yaranması üçün bəzi sərmayəçilərə stimul verə bilər.
AMERİKA VƏ İNGİLİS ŞİRKƏTLƏRİ BİZNESLƏRİNƏ TƏHLÜKƏ GÖRMÜR
Azərbaycanda ingilis və amerikan biznesinin dərin iqtisadi köklərə malik olması, ən nəhəng neft və qaz layihələrinin bu ölkənin şirkətləri tərəfindən həyata keçirilməsi həqiqətən də terrorçuların nəzərinə gələ bilər. Təbii ki, terror amili biznes üçün risk kateqoriyasına daxil olduğundan Azərbaycan həmin qruplaşmanı zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə etməlidir. Hər iki ölkənin səfirliyi ehtiyatlı davranmağa çalışsa da biznes qurumları əvvəlki günlərdəki kimi adi iş rejimində fəaliyyət göstərməkdədir. Bir məqam daha çox diqqəti cəlb edir, Amerikanın və İngiltərənin iqtisadi şəbəkəsi respublikamızda neft-qaz və bank sektorunu əhatə etdiyindən siyasi sabitliyin pozulmasına yönələn cəhd birbaşa bu şirkətlərin fəaliyyəninə də təsir edə bilər. Özü də həmin təşkilatların Azərbaycanda həyata keçirdiyi layihələrin dəyəri milyardlarla dollara bərabərdir, həmin kapitalın təhlükəsizliyinə zəmanət üçün təhlükəsizlik böyük önəm daşıyır. Xarici investorların bu gün tam sərbəst və öz ölkələrində olduğu kimi heç nədən ehtiyat etmədən çalışması Azərbaycanın bütün əcnəbi sərmayəçilərə təminat verməsidir, onların hüquqlarını qorumasıdır, siyasi və iqtisadi sabitliyin etibarlı qorunmasıdır. Məsələn, Böyük Britaniyanın "BP" şirkəti son hadisələrə baxmayaraq təhlükəsizliyin gücləndirilməsinə əsas görmür və fəaliyyətini məhdudlaşdırmaq barədə düşünmür. "BP"-nin əsas fəaliyyəti Bayıldakı ofislə bağlıdır və bu binaya əlavə olaraq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə hər hansı bir qüvvə cəlb edilməyib.
BP ŞİRKƏTİ, DÜNYA BANKI, VALYUTA FONDU VƏ AVROPA BANKI ƏVVƏLKİ İŞ REJİMİNDƏDİR
Böyük Britaniyanın başqa bir maliyyə strukturu olan Avropa Yenidənqurma və İnkişaf Bankı da əvvəlki iş rejimi ilə fəaliyyət göstərir. Bankın mətbuat xidmətinin rəhbəri Sona Abbasova bildirib ki, Böyük Britaniyaya məxsus kompaniyalara və ingilislərin çalışdığı ofislərə təhlükələrin olması barədə məlumatlar bankın iş qrafikinə təsir göstərə bilməz. Avropa Bankı Azərbaycanla sıx tərəfdaşlıq strategiyasına uyğun olaraq nəzərdə tutulmuş layihələrin reallaşmasına dəstəyini daha da artıracaq. Bankın vitse-prezidenti Bakıda hökumət üzvləri ilə görüşüb və səfər zamanı Azərbaycanın bank sektoruna növbəti maliyyə yardımlarının ayrılması məqsədilə bir neçə kommersiya bankı ilə memorandum imzalanıb. ABŞ-ın ən böyük maliyyə strukturlarından olan Dünya Bankı da hansısa təhlükənin olmasından ehtiyatlanmayaraq, Azərbaycanda biznes fəaliyyəti üçün normal şəraitindən razıdır. Terror təhlükəsi barədə məlumatlar narahatçılıq yaratmır, çünki Azərbaycanda təhlükəsizliyin hansı səviyyədə olması göz qabağındadır. Dünya Bankı Azərbaycanda iqtisadi azadlığın və rəqabət mühitinin olmasını əsas götürərək bütün layihələrin qrafik üzrə maliyyələşdiriləcəyini əmin edir. Mərkəzi ofisi Vaşinqtonda yerləşən və inkişaf etməkdə olan dövlətlərə maliyyə yardımları göstərən Beynəlxalq Valyuta Fondu da Azərbaycanın sərmayələr üçün əlverişli məkan olduğunu açıqlayıb. Bankın ölkəmizdəki nümayəndəliyində hesab edirlər ki, davamlı iqtisadi-siyasi sabitlik xarici investorların fəaliyyətinin daha da genişlənməsinə təkan verib. Azərbaycan bütün xarici sərmayəçilər üçün bərabər rəqabət prinsiplərinin yaradıldığı ölkələr sırasında əsas yerlərdən birini tutur. BVF ilə bərabər, Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanı sərmayələrin etibarlı şəkildə qorunduğu dövlətlərdən biri hesab edir.
İQTİSADİ-SİYASİ SABİTLİK XARİCİ İNVESTORLAR ÜÇÜN BAŞLICA ŞƏRTDİR
Hökumət iqtisadi fəallığın tempinin aşağı düşəcəyi barədə informasiyalardan qayğılanmır. İqtisadi İnkişaf Nazirliyi isə əmin edir ki, respublikamız dinamik inkişaf edən stabil dövlətlərdən biri olduğundan və bütün investorların hüquqları bərabər qaydada qorunduğundan dini ekstremizm və yaxud terror meyillərinə cəhdlər davamlı biznes erasının inkişafını əngəlləyə bilməz. Azərbaycan bütün xarici sərmayəçilər üçün açıq ölkədir və investisiyaların ilbəil artım tempi bir daha ölkəmizdə şəffaf biznes mühitinin təmin olunduğunu təsdiq edir. Buna isə başlıca səbəb dövlət başçısının xarici sərmayəçilərin hüquqlarının qorunması üçün mühüm addımlar atması və respublikamızdakı iqtisadi-siyasi sabitliyin təmin edilməsidir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.