Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

AVROPA BANKI AZƏRBAYCANI ƏN SÜRƏTLİ İNKİŞAFA MALİK ÖLKƏ SAYIR

10.11.07 - 9:00641 baxılıb

BANK MDB VƏ ŞƏRQİ AVROPADA İQTİSADİ VƏZİYYƏTƏ DAİR HESABATI AÇIQLAYIB

Avropa Yenidənqurma və İnkişaf Bankı keçid dövrünü yaşayan dövlətlərdə iqtisadi vəziyyətlə əlaqədar yeni hesabatını açıqlayıb. Mərkəzi və Şərqi Avropa dövlətlərini, eləcə də Şərqi Asiyanı əhatə edən sənəddə bildirilir ki, keçid regionunda müşahidə olunan iqtisadi artımın bu il rekord səviyyəyə çatacağı gözlənilsə də, qloballaşmanın təsirləri nəticəsində yay aylarında başlamış kredit məhdudiyyətləri bu artımın səngiməsi ilə nəticələnə bilər.
Xatırladaq ki, hesabatda AYİB-in fəaliyyət göstərdiyi bütün ölkələrdə 2006-cı il üzrə müşahidə olunan 6,9 faiz artımın 2007-ci ildə yüksələrək 7 faizə çatacağı proqnozlaşdırılır. Bankın ekspertərinin mövqeyinə görə, iqtisadi artıma bir çox faktorlar birbaşa təsir göstərib.
Belə ki, investisiya qoyuluşlarının artması, xüsusilə də birbaşa xarici sərmayələrin axını, xaricdə işləyən işçilər tərəfindən böyük həcmli pul köçürmələri və xarici bank kreditləri inkişaf dinamikasını sürətləndirib.
Hesabatda ölkəmizlə bağlı məqamlara yer ayıran Avropa Bankı Ümumi Daxili Məhsulun 2006-cı ildə 34,5 faizdən 2007-ci ildə 30 faizə bərabər olduğunu xatırladır. AYİB-in mövqeyinə görə, respublikamızda geniş iqtisadi perspektivlər səmərəli olaraq qalır. Regionda ən sürətlə inkişaf edən ölkə də məhz Azərbaycandır.
2007-ci ildə Azərbaycanda artımın rekord səviyyəyə çataraq 30 faiz olacağı proqnozlaşdırılır. Gələn il isə dinamik inkişaf stabil qaydada davam edərək 25 faizə bərabər olacaq. Ümumilikdə isə Azərbaycanın da daxil olduğu Cənub-Şərqi Avropa ölkələrində artımın 2007-ci ildə 6.1 faizə qədər artacağı, 2008-ci ildə eyni səviyyədə qalacağı proqnozlaşdırılır. Bu region üçün perspektivlər uzunmüddətli kontekstdə səmərəli olaraq qalacaq.
Avropa bankı Cənub-Şərqi Avropa ölkələrindən fərqli olaraq təbii sərvətləri ilə zəngin olan MDB-nin bir çox ölkələrində 2008-ci il üzrə artım səviyyəsinin bir az azalaraq orta hesabla 6,1 faizə bərabər olacağını proqnozlaşdırır.
Məsələn, Macarıstanda xarici valyuta borcunun və cari hesab defisitinin böyük həcmdə olması əsas problem kimi qalacaq. MDB və Monqolustanda neft və qazın qiymətlərinin yüksək olması 2007-ci il üzrə artımın orta hesabla 7,8 faiz, 2008-ci ildə isə 7 faizə bərabər olacağını proqnozlaşdırmağa əsas verir. Rusiyada isə artımın 2007-cı ildə 7, 2 faizə qədər artacağı, 2008-ci ildə isə 6.5 faizə qədər azalacağı proqnozlaşdırılır. Ukraynada bu göstərici bu il 6,8 , 2008-ci ildə isə 6 faiz təşkil edəcək.
Avropa və Baltik ölkələrində artımın 2006-cı il üzrə 6. 2 faiz göstəricidən 2007-ci ildə 6 faiz təşkil edəcək. 2008-ci ildə isə bu rəqəm bir qədər də azalaraq 5.2 faiz səviyyəsinə düşəcək. AYİB-in proqnozlarına görə, keçid ölkələrində tənzimlənməyən inflyasiya iqtisadiyyatın səngiməsini sürətləndirə bilər.
Bank 2008-ci ildə regionda inflyasiyanın stabil olacağını ehtimal edən arqumentlərlə çıxış edir, amma bəzi dövlətlərdə qiymət artımı yenə problem olaraq qalacaq. Xüsusilə Rusiya və Ukraynada inflyasiya səviyyəsi makroiqtisadi sahədə "gərginlik ocağı" kimi qalaraq iqtisadi perspektivin əsas probleminə çevriləcək. AYİB Azərbaycanda inflyasiyanın 2006-cı ildə 8.3 faiz olmasına baxmayaraq, bu göstəricinin 2007-ci ildə 16 faizə qalxacağını proqnozlaşdırır. İş ondadır ki, inflyasiyanın artmasına Avropanın müəyyən hissələrində quraqlıqdan sonra qida məhsullarının qiymətinin artması səbəb olacaq. Həmin ölkələrdə əmək qüvvəsinin dəyəri də yüksək olaraq qalacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.