Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

2008-Cİ İLDƏ BÜDCƏ 10 MİLYARD DOLLARI ÖTƏCƏK

10.11.07 - 9:01677 baxılıb

GƏLƏN İL BÜTÜN SAHƏLƏRDƏ MAAŞ VƏ PENSİYALAR ARTIRILACAQ

2008-ci ilin dövlət büdcə layihəsi gələn həftə parlamentin komissiyalarından birbaşa geniş tərkibdə hökumət qurumlarının iştirakı ilə iclasda müzakirə olunacaq. Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, artıq layihə üzərində bir çox təkliflər nəzərə alınıb və bu ayın sonuna kimi qəbul edilməsi nəzərdə tutulub. Artıq büdcənin bütün parametrləri də məlumdur. Azərbaycanın sosial-iqtisadi həyatında mühüm keyfiyyət dəyişiklikləri dövlətin ali maliyyə sənədində tam təfərrüatı ilə öz əksini tapıb. Büdcənin makroiqtisadi göstəriciləri Azərbaycanın dünyada lider mövqeyə sahib olduğunu bir daha təsdiqləyir. Digər tərəfdən, gələn il dinamik inkişaf tempinin və iqtisadiyyatda müsbət meyillərin daha da güclənəcəyini maliyyə paketi ehtiva edir.
Artıq tam əminliklə demək olar ki, 2007-ci ilin makroiqtisadi tempi 2008-ci ildə iqtisadi və sosial inkişafın dinamikliyi üçün etibarlı bünövrə qoyur. Maliyyə naziri Samir Şərifov bildirib ki, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi gələn ilin büdcəsinin gəlir və xərclər hissəsinin formalaşmasına baza yaradıb. 2008-ci ildə dövlət büdcəsinin gəlirləri ÜDM-in 23,5 faizi həcmində olacaq. Yəni büdcənin gəlirləri 7 milyard 383 milyon manat təşkil edəcək. Bu, 2007-ci ilin proqnozuna görə, 1 milyard 612 milyon manat və ya 27.9 faiz çoxdur. Gəlirlər əsasən vergi və gömrük rüsumları, həmçinin Dövlət Neft Fondundan transferi hesabına olacaq. Gələn ilin dövlət büdcəsinin xərcləri isə 8 milyard 509 milyon manat təşkil edəcək. Bu, dollarla 10 milyard deməkdir. Bu, 2007-ci illə müqayisədə 2 milyard 194 milyon manat və ya 34,7 faiz çoxdur.
2008-ci ilin dövlət büdcəsinin xərclər hissəsində cari xərclər 4 milyard 734 milyon manat, əsaslı xərclər 3 milyard 691 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin tərtibi zamanı dövlət əsaslı vəsait qoyuluşu xərcləri 48,3 faiz, təhsil xərcləri 28,5 faiz, müdafiə xərcləri 25,4 faiz, mənzil-kommunal təsərrüfat xərcləri 21,5 faiz, sosial müdafiə və sosial təminat xərcləri 21,2 faiz, səhyiyə xərcləri 18,5 faiz, nəqliyyat və rabitə xərcləri 9,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 3,6 faiz artımla proqnozlaşdırılıb. 2008-ci ildə büdcədə sosialyönümlü xərclərin çəkisi 32,8 faiz olmaqla 2 milyard 800 milyon manat nəzərdə tutulur. Bu, 2007-ci illə müqayisədə 584 milyon manat və ya 26,5 faiz çoxdur. Beləliklə, 2008-ci ildə də vətəndaşların sosial təminatlarının gücləndirilməsi, o cümlədən minimum əməkhaqqı və sosial müavinətlərin həcminin artırılması, pensiyaların baza hissəsinin yaşayış minimumuna yaxınlaşdırılması prioritet məsələlər olacaq. "Gələn il əmək pensiyalarının baza hissəsinin artımı üçün 140 milyon manat, ehtiyac meyarının təklif olunmuş artımı ilə əlaqədar ünvanlı dövlət sosial yardımının tətbiqi üçün 12,8 milyon manat, məcburi köçkünlərə verilən yemək xərcinin artımı üçün 9,5 milyon manat, sosial müavinətlərin artımı üçün 27,8 milyon manat yönəldiləcək. Maaşları vahid tarif cədvəli ilə tənzimlənən vəzifələr üzrə minimum əməkhaqlarının artımı üçün 184 milyon manat vəsait ayrılacaq ki, bu da büdcədən maliyyələşən təşkilatlarda işləyən 630 minə yaxın insanın maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək" - deyə S.Şərifov vurğulayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsi isə 1 milyard 200 milyon manat civarında olacaq. Onu da xatırladaq ki, büdcə tərtib olunarkən bir barel neftin qiyməti 50 dollardan götürülüb.
2008-ci ildə hökuməti əsas qayğılandıran elementlərdən biri inflyasiya ilə bağlıdır. İqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, növbəti ildə inflyasiya 12 faiz həcmində proqnozlaşdırılır. Nazirin fikrincə, təbii amillər qiymət artımına daha çox təsir göstərir və bu amilin gələn il necə olacağını proqnozlaşdırmaq çox çətindir. İnflyasiyanın yüksəlməsi dünyada neftin qiymətinin qalxması ilə əlaqədardır.
Əgər gələn il neft ucuzlaşsa qiymət indeksi də aşağa düşə bilər. Nazir deyib ki, dövlət başçısının tapşırıqları və görülən işlərin nəticəsində qarşıdakı illərdə inflyasiyanın birrəqəmli olması təmin edilə bilər. Qarşıdakı illərdə inflyasiyanın aşağı düşməsi ilə daha yüksək iqtisadi inkişaf müşahidə edəcəyik. Növbəti il əhalinin adambaşına düşən gəlirlərinin 4550, 2011-ci ildə isə 6750 ABŞ dolları olacağı proqnozlaşdırılır. Əhalinin gəlirlərinin isə gələn il 29,4 faiz artaraq 16,7 milyard manata çatacağı gözlənilir. 2008-ci ildə ölkədə 52 milyon ton, 2011-ci ildə isə 63 milyon ton neft hasil olunacaq. Bu dövrdə hasil olunacaq neftin 35 milyon tonu ARDNŞ-in, 205 milyon tonu isə neft konsorsiumunun payına düşəcək. İqtisadiyyatda qeyri-dövlət sektorunun çəkisi isə 89 faizə yüksələcək.
Parlamentin Sosial Siyasət Komissiyasının sədri Hadi Rəcəbli 2008-ci ilin büdcəsinin sosial xərclərinin əhəmiyyətindən danışarkən deyib ki, büdcə həm pensiyaların və təqaüdlərin, həm də bütün sahələrdə maaşların artmasına imkan verəcək. Gələn il pensiya və müavinətlər, eləcə də minimum əməkhaqları 70 manat təşkil edəcək. Bunula yanaşı, əhaliyə verilən ünvanlı sosial yardımların da artırılması nəzərdə tutulub.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.