Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Prezident özəlləşdirmə çeklərinin dövriyyə müddətinin uzadılması ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının qərarına əsasən, çeklərin "ömrü" daha iki il uzadılıb. Xatırladaq ki, özəlləşdirmə paylarının dövriyyə müddəti 2008-ci ilin yanvarında başa çatmalı idi. Hökumətin bu addımı atmasında əsas məqsəd əhalidə qalan çeklərin " batmasının" qarşısını almaq və qarşıdakı 2 il ərzində onların strateji müəssisələrin özəlləşdirilməsində iştirakına şərait yaratmaqdan ibarətdir. Əlavə edək ki, yerli vətəndaşlarla bərabər, əcnəbilərin də çek vasitəsilə aparılan özəlləşdirmədə iştirakı təmin olunacaq. Bu məqsədlə xarici vətəndaşlara məxsus opsionların da müddəti 2010-cu ilədək uzadılıb. Bir sözlə, hökumət dövlətsizləşdirmənin ən səmərəli variantlarından biri olan çek hərraclarına sadə vətəndaşları cəlb etmək üçün daha bir şans yaradıb. Amma görəsən, əhali çeklərini səhmə çevirmək üçün, daha doğrusu, potensial sərmayəçiyə çevrilmək üçün Auksion Mərkəzinin imkanlarından yararlana biləcəkmi?! Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən bildirirlər ki, özəlləşmə prosesi başlayandan indiyədək , yəni ötən 11 il ərzində dövlət müəssisələrinin xüsusi mülkiyyətə və səhmdar cəmiyyətlərə verilməsi nəticəsində özəl bölmədə 410 minə yaxın vətəndaş yeni iş yerləri ilə təmin olunub. Dövlətsizləşdirmə siyasətinin davam etdirilməsi 35 mindən çox kiçik müəssisənin özəlləşdirilməsinə səbəb olub. 1500-dən çox səhmdar cəmiyyəti yaradılıb və onların əksəriyyəti hazırda özəlləşdirmə ərəfəsindədir. Bu gün ölkədə 125 min səhmdar ordusu formalaşıb. 325 min mülkiyyətçi isə əmlak sahibinə çevrilib. 1996-cı ildən həyata keçirilən özəlləşdirmə siyasətindən əldə olunan 200 milyon manata yaxın vəsait büdcə kəsirinin örtülməsinə yönəldilib, daşınmaz əmlakın icarəyə verilməsindən daxil olan 22 milyon manatdan çox vəsait isə büdcəyə köçürülüb. Özəlləşdirmədə yerli vətəndaşlarla bərabər, xarici iş adamlarının iştirakına əlverişli şərait yaradılıb. "Bakı Tütün Kombinatı"nın, "Bakı-Pivə"nin, "Qaradağ Sement"in, "Bakı Mayesiz Transformatorlar Zavodu"nun, "Mərdəkan Broyler"in, "Baku Steel Company" və digər müəssisələrin özəlləşdirilməsində əcnəbi iş adamları potensial investorlara çevriliblər. İş ondadır ki, özəlləşdirmənin investisiya müsabiqəsi yolu ilə aparılmasında ən çox əcnəbilər iştirak edib. Bu yolla dövlətsizləşdirmə nəticəsində Azərbaycan iqtisadiyyatına 230 milyon dollar kapital yatırılıb. 2006-cı ildə hökumət özəlləşdirmənin sürətləndirilməsi, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, vətəndaşların müəssisələrin dövlətsizləşdirilməsində çek hərraclarında iştirakının artırılması, xarici investorların iri müəssisələrə cəlb olunmasının stimullaşdırılması, restrukturizasiya tədbirlərinin gücləndirilməsi, dövlətin strateji müəssisələrdə sanasiya məqsədi ilə yeni proqram hazırlayıb. Yeni proqramlarda bir sıra layihələr həyata keçirilməsi nəzərdə tutulur. Qarşıdakı illərdə neft və neft-kimya, nəqliyyat, rabitə və strateji sənaye obyektlərinin özəlləşməyə açılması planlaşdırılır. Sənəddə ən strateji neft və neft-kimya, metallurgiya və maşınqayırma müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutulur. Komitədə hesab edirlər ki, 2008-2010-cu illərdə özəlləşdirmənin yeni mərhələsinin həyata keçirilməsi nəticəsində həmin müəssisələrin çek vasitəsilə hərraca çıxarılmasına da üstünlük veriləcək. Bu is çeklərin qiymətinin artmasına səbəb olacaq. Artıq 2007-ci ildə özəlləşmənin daha bir istiqamət üzrə aparılması da müşahidə olunur. Belə ki, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin özəlləşdirilməsinə start verilib. Gələn il bu prosesin sürətləndirilməsi nəzərdə tutulur. Özəlləşməyə açılmış bu müəssisələrin dövlətsizləşdirilməsindən sonra onların fəaliyyətinin yenidən qurulması, beynəlxalq norma və standartlara cavab verən avadanlıq və texnologiyaların tətbiq olunması, yeni iş yerlərinin açılması əsas diqqət mərkəzində dayanır. Əmlak Komitəsi əmindir ki, təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin özəlləşdirilməsindən sonra sosial sahədə rəqabət mühiti güclənəcək və əhaliyə xidmətin keyfiyyəti xeyli yaxşılaşacaq. Bu tendensiya həm də xidmət sektorunda tariflərin tarazlaşdırılmasına və həmin sahədə çalışan işçilərin vəziyyətinin yaxşılaşmasına səbəb olacaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.