Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ÇÖRƏYİN BAHALAŞMASI DAVAM EDƏCƏK

17.11.07 - 9:01741 baxılıb

DÜNYA BAZARINDA TAXILIN QİYMƏTİNİN ARTMASI ÇÖRƏYİN BAHALAŞMASININ QARŞISINI ALMAĞA İMKAN VERMİR

Dünya taxıl bazarında davam edən gərginlik Azərbaycanın çörəklə təminatında da müəyyən problem yaratmaq üzrədir. Son iki ildə taxıl 3 dəfə bahalaşıb. Hazırda taxılın bir tonunun qiyməti 320 dollara çatmaqdadır. Ölkəmizə un idxalı ilə məşğul olan "Fatıoğlu", "Neon" , "Karat" və digər firmalar çörəyin qiymətini artırmaqdan başqa çıxış yolu olmadıqlarını bildiriblər. Bu firmalar artıq indiki qiymət silsiləsi ilə işləməyin çox çətin olduğunu söyləyirlər.
Un, makaron və çörək məmulatlarının istehsalı ilə məşğul olan "Neon" firmasının rəhbəri Arif Həsənov bildirir ki, 2007-ci ilin ortalarından dünya bazarında taxılın qiymətinin kəskin şəkildə artması onları qiymətləri artırmağa məcbur edir.
Taxıl idxalı ilə məşğul olan şirkətlər bildirir ki, son iki ayda qiymətlər 35 faizə yaxın bahalaşıb. Təkcə son bir həftə ərzində xaricdən alınan buğdanın qiyməti daha 20 faiz bahalaşıb. Taxıl satan dövlətlərin əksəriyyəti artıq yerli tələbatın ödənilməsinə və ehtiyat terminallara məhsul yığılmasına başlayıb. Məsələ ondadır ki, qiymətlərin bahalaşması bir yana, istehsalçı ölkələr ənənəvi partnyoru olan dövlətlərə məhsul satmaq istəmir. İdxalçı şirkətin rəhbəri deyir ki, sentyabr ayından başlayaraq Rusiyanın satdığı taxılın qiyməti 300 dollara çatıb. Rusiya bununla bərabər, taxıl satışını qadağan edib, çox az həcmdə mal satır, noyabr ayından isə bu ölkə hər tona əlavə 22 avro rüsum qoyub. İş ondadır ki, sentyabrın ortalarından Azərbaycanın əsas tərəfdaşı olan Qazaxıstanda da taxıl bahalaşaraq 315 dollara çatıb. Hazırda Azərbaycanı taxılla təmin edən əsas dövlət olan Qazaxıstan qiymətlərin bir qədər də bahalaşacağını bəyan edib.
"Neon" firmasının rəhbəri bildirib ki, artıq qiymətin 350 dollara çatacağı barədə onlara xəbərdarlıq olunub. Belə vəziyyətdə un emal edən, daha doğrusu, un dəyirmanları indiki qiymətlərlə çörək bişirib sata bilməyəcək. Sahibkar bildirir ki, bu halda çörəyin qiymətinin 15-20 faiz bahalaşması qaçılmazdır. Hazırda 50 kq-lıq unun kisəsi 22-25 manata satılırsa, müəssisələr yeni qiymət artımının qarşısında aciz qalaraq malı 25-30 manata çatdırmağa məcbur olacaq. Artıq bölgələrdə unun və çörəyin qiyməti demək olar ki, hər ay bahalaşır. "Karat"firmasına məxsus unun topdansatış qiyməti 25 manata bərabərdir.
Vəziyyətin bu həddə çatması hökuməti ciddi addımlar atmağa məcbur edir. Ya çörəkbişirmə müəssisələri subsidiya ilə işləməlidir, ya yerli istehsalın gücünü artırmaq üçün fermerlər də ƏDV-dən azad olunmalı və onlara hər hektara görə verilən 40 manat subsidiyanın məbləği iki dəfə artırılmalıdır. Əgər bunlar öz həllini tapmayacaqsa, çörəyin 50-70 qəpiyə kimi qalxmasını sakitcə seyr etməkdən başqa bir şey olmayacaq. Kənd Təsərrüfatı Nazirliyi bəyan edir ki, ölkədə ən azı 1 milyon ton taxıl ehtiyatı var. Halbuki həmin ehtiyatlar fermerlərin şəxsi məhsuludur və bunun dövlət ehtiyat fonduna aidiyyəti yoxdur. Çünki fermerlərə zorla demək olmaz ki, məhsulunu müəssisələrə sat, onlar bu məsələdə sərbəstdir. Çörəkbişirmə müəssisələrinin rəhbərləri deyirlər ki, emal müəssisələrinə daxil olan taxılın böyük hissəsi xaricdən alınan taxıldır. Bu isə o deməkdir ki, yerli taxıl emal müəssisələrinə daxil olmur. Ona görə də xaricdən taxıl idxalı dayanan kimi müəssisələrin fəaliyyəti də məhdud vəziyyətə düşəcək. Bunun isə nə demək olduğunu KTN düşünməlidir. Digər tərəfdən, KTN bəyan edir ki, ölkədə 2 milyon tona yaxın taxıl istehsal olunur. Həmin məhsulun 500-600 min tonu toxumçuluğa, yem hazırlanmasına və heyvandarlığın inkişafına yönəldilir. Bu hesabla 1,5 milyon tona yaxın məhsul yerli tələbata sərf edilir. Azərbaycanın una olan ehtiyacı 3 milyon ton təşkil edir. Xaricdən alınan taxıl isə 2 milyona bərabərdir. Onda ortaya qəribə sual çıxır, istehsal olunan 500 min ton məhsul hara gedir? Müəssisələrdə deyirlər ki, yerli istehsal rəqəmlərdə göstərilən kimi deyil.
Hazırda taxıl istehsalı ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Bunun isə səbəbi məlumdur. Çünki bu ilin yanvar ayında yanacağın bahalaşması fermerlərin xərclərinə təsir göstərib. Bu il onların xərcləri 200 manata yaxın çoxalıb. Fermerlərin təklif etdiyi qiymətlərlə razılaşmayan emal müəssisələri buna görə də idxala üstünlük verirlər. Nəticədə yerli istehsalçı ya məhsulu öz mayasına satmalı, yaxud da taxılçılıqdan imtina etməlidir. Bu il istehsalın faktiki olaraq xeyli azalmasına səbəb də fermerlərin taxıçılığa olan marağın azalması ilə bağlıdır. KTN-in məlumatına görə, bu il ötən illə müqayisədə taxıl əkini sahələri 70 min hektardan çox azalıb. Hökumətin yanacağa görə verdiyi hər hektara 80 manat subsidiya da onların artan xərcərini ödəmir. Bu vəsait həmin xərclərin yalnız 20-30 faizini qarşılayır. Taxılçılığa olan marağın azalması nəticədə ölkəmizin bu strateji məhsulun əldə edilməsində idxaldan asılılığa düşməsinə gətirib çıxara bilər. Dünya bazarındakı prosesləri isə proqnozlaşdırmaq mümkün deyil, hər an taxılın qiymətinin artması labüddür.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.