Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ƏRZAQ MƏHSULLARI NİYƏ BAHALAŞIR?

24.11.07 - 9:00677 baxılıb

QİYMƏTLƏRİ ARTIRMAQ ÜÇÜN İNHİSARÇILARIN ƏLİNƏ FÜRSƏT DÜŞÜB

Azərbaycan dünyada baş verən kəskin iqtisadi böhran meyillərinin acı fəsadlarını yaşamaqdadır. Tələbat mallarının qiymətləri demək olar ki, hər gün artır. Ərzaq məhsullarının bahalaşması özü ilə bərabər inflyasiya alovunu da sürətləndirir. Azərbaycan ərzaq məhsullarının 70 faizini xarici dövlətlərdən gətirdiyindən inflyasiya idxalının qarşısında acizdir.
Ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmiş ölkələr bu proseslərin axarında o qədər də narahatçılıq keçirmir. Məsələn, Qazaxıstan, İran, Belarus, bəzi ərəb dövlətləri çörək, süd, yağ və başqa ərzaq malları ilə tələbatı ödəmək iqtidarında olduğundan qiymət sıçrayışları bu ölkələrə az təsir göstərir. Azərbaycanda isə son bir ayda ərzaq mallarının əksəriyyəti 40-50 faiz bahalaşıb. Çörəyin qiyməti 5-10 qəpik bahalaşmaqla bərabər, çəkisi aşağı düşməkdədir. 25 qəpiyə satılan çörəyin çəkisi 390 qram, 30 qəpiklik çörək 450 qrama bərabərdir. 1 kq-lıq çörək demək olar ki, yoxdur, varsa 50 qəpikdən aşağı deyil.
Qida rasionumuzda birinci yeri tutan çörəklə bərabər, yağ, pendir, süd, qatıq, kolbasa və sosiska məmulatları, balıq, mal və qoyun əti bahalaşıb. Hətta yerli istehsal olan 800-900 qramlıq bitki yağları 1 manat 55 qəpikdən 2 manat 40 qəpiyədək artıb. Kərə yağı (Avstraliya, Almaniya, Danimarka) 4 manatdan 7 manat 70 qəpiyə, 8 manata kimi yüksəlib. İki ay əvvəl 5 manata satılan Almaniyanın " Meqle" kərə yağı indi 9 manatadır. Bahalaşma yağ məhsullarında 40-45 faiz nəzərə çarpır. Şəkər tozu, qənd, bir sözlə, bir çox malların qiyməti artmaqda davam edir. Bu prosesin qarşılığında ortaya bir neçə sual çıxır. Azərbaycan özünü həmin məhsullarla, yəni kənd təsərrüfatı malları ilə niyə təmin edə bilmir? Kənd Təsərrüfatı Nazirliyi hər il ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təminatından danışır, inkişafın miqyasının artmasını əmin edir, bəs belədirsə, niyə bütün qida malları xarici dövlətlərdən gətirilir?
Niyə özümüz-özümüzü ərzaq məhsulları ilə təmin edə bilmirik?

KƏND TƏSƏRRÜFATINDA 2 FAİZLİK ARTIM, İNKİŞAF , YOXSA GERİLƏMƏ...

Bütün bu problemlərin kökündə yerli istehsalın , daha doğrusu, kənd təsərrüfatının inkişafının zəif olması dayanır. Bunu bir sıra məhsulların istehsal və istehlak nisbəti üzrə müəyyən etmək çətin deyil. Məsələn, ölkənin şəkərə olan tələbatı ildə təxminən 130-140 min tondur. Azərbaycan hər il xarici dövlətlərdən 120 min tona yaxın şəkər idxal edir. Halbuki şəkər çuğunduru istehsal etmək üçün münbit torpaq ehtiyatlarımız yetərincədir. Naxçıvan, İmişli, Mərkəzi Aran və digər rayonlarda bu məhsulun yetişdirilməsi üçün əlverişli imkanlar var.
Bu malların emalı və şəkər hazırlanması üçün bir neçə zavod tikmək olar. İran və Fransa sərmayəçiləri 5 ildən artıqdır zavod tikmək istəyir, amma layihələr reallaşmır. Ötən il İmişlidə istehsala başlayan zavod isə tələbatın hələlik 15 faizini ödəyir. Demək, ölkəmiz şəkəri xaricdən almağa məcburdur. Dünya bazarında isə şəkərin son iki ayda qiyməti 8 faiz bahalaşıb, amma respublikamızda qiymətlər 22 faiz artıb. Təbii ki, bu, inhisarçıların "zəhmətinin" nəticəsidir. Demək, ölkəmizdə şəkər zavodlarının olmaması bizi həmişə qiymət artımları ilə üz-üzə qoyacaq. Başqa bir məhsulun da ölkəmizin bazarında sıçrayış yaradacağı şəksizdir.
Bu , kərə yağıdır. Azərbaycanın bu məhsula olan tələbatı isə təxminən 250 min tona bərabərdir. Həmin malın 240 min tonu başqa dövlətlərdən -Almaniya, Yeni Zelandiya, Fransa, Baltikyanı dövlətlər, Hollandiya, Danimarka, Rusiya və digər dövlətlərdən gətirilir. Azərbaycanda yağ istehsal edən zavod demək olar ki, yoxdur."AİS", "Milk Pro" kimi müəssisələr çox az həcmdə məhsul buraxır. Bir neçə firmanın isə kustar yolla hazırladığı yağın tərkibi müxtəlif ərinti və qarışıqlardan, sudan ibarətdir. Həmin məhsulun istifadəsi məsləhət də deyil.
Əsl sənaye üsulu ilə yağ istehsalı müəssisəsini Dövlət İnvestisya Şirkəti Göyçay və Bakıda tikməyi planlaşdırır. Bu müəssisə istifadəyə verilsə belə, tələbatın 5-10 faizini ödəyəcək. Ölkəmizdə bu gün süd məhsullarının istehsalı 1 milyon 200 min tona yaxınlaşıb. Bu , yağ istehsalı üçün əsl baza yaradır. Amma KTN müəssisələrin təşkilini neçə ildir ki, gerçəkləşdirə bilmir. Bilmirsə , demək bu malın bahalaşması hələ çox davam edəcək.

ƏRZAQ MALLARININ 70 FAİZİ XARİCDƏN GƏTİRİLİR...

Eləcə də ət məhsullarının istehsalını artırmaqla yerli tələbatı tam ödəmək mümkündür. Azərbaycan 170 min ton ət istehsal edir, son 7 ildə bu rəqəm 65 min ton artıb. İndi xarici ölkələrdən 25 min ton ət məhsulları gətirir. Amma heyvandarlığı inkişaf etdirməklə idxalı tam dayandırmaq mümkündür. Məsələn, bu gün Azərbaycan bitki yağına olan ehtiyaclarını tam ödəməklə bərabər, xarici dövlətlərə yağ ixrac edir.
Azərbaycanın taxıla olan illik tələbatı isə 3 milyon ton təşkil edir. İstehsal bu il 1 milyon 850 min tona bərabər olub. Məhsulun 1 milyon 160 min tonu əhaliyə un kimi verilib. 700 min tona yaxın taxıl isə yem məqsədləri üçün istifadə edilir. İş ondadır ki, 1995-ci ildən bu yana Azərbaycanın fermerlərinin hasil etdiyi taxılın çəkisi ilbəil çörəkbişirmə üçün yönəldilməsi aşağı düşür, əksinə, yemçilik təsərrüfatlarına ayrılan taxılın həcmi artır. Məsələn, 1995-ci ildə cəmi 921 min ton taxıl istehsal olunmuşdu və onun 800 min tonu yeyintiyə sərf edilmişdi. Yəni istehsalın 90 faizi əhalinin tələbatının ödənilməsinə yönəlirdi. Bu , Dövlət Statistika Komitəsinin göstəriciləridir. Qəribə tendensiyadır, Kənd Təsərrüfatı Nazirliyi ölkədə taxılın az qala yarısının yem təsərrüfatlarına xərcləndiyini bildiyi halda, ölkənin ərzaq təhlükəsizliyinə yaranan problemlərdən narahatçılıq keçirmir.

İNHİSARÇILARLA RUSLAR KİMİ DAVRANMAĞIN VAXTI DEYİLMİ?

Reallıq bundan ibarətdir ki, Azərbaycan öz ərzaq təhlükəsizliyini tam təmin etmək üçün istehsalı və emalı bir neçə dəfə artırmalıdır. Kənd təsərrüfatında iri emal və tədarük müəssisələri yaradılmalıdır. Taxıl və digər məhsulların istehsalını artırmaq üçün fermerlərə güzəştli şərtlərlə toxum və mineral gübrələr, yanacaq verilməlidir. Vergi dərəcələri, xüsusilə də istehsala tətbiq olunan ƏDV bir neçə illiyinə ləğv edilməlidir. Subsidiyaların verilməsinin təkmilləşdirilməsinə ehtiyac var, indiki şərtlərlə verilən subsidiyalar fermerin ehtiyaclarını ödəyə bilməz, necə ki, yayda bu, özünü göstərdi. Kənd təsərrüfatı bu gün qeyri-neft sektorunda yeganə sahədir ki, ölkənin iqtisadi inkişafını təmin edə bilər. Amma bu sahəyə yatırılan sərmayələr və subsidiyalar həddindən azdır. Bu gün ölkə iqtisadiyyatının neftdən asılılığını nəzərə alsaq, iqtisadi tarazlığı bərpa etmək üçün aqrar bölmənin inkişafını artırmaq vacibdir. Bu gün kənd təsərrüfatının inkişaf tempi 2 faizdir. Həmin rəqəm heç də irəliləyişin göstəricisi sayıla bilməz. Bu sahəyə ildə ən azı 400-500 milyon dollar investisiya qoyulmalıdır.
Azərbaycan hökuməti hazırkı qiymət sıçrayışlarını nəzərə alaraq inhisarçılıq faktoruna qarşı mübarizəni sərtləşdirməlidir. Bunu dövlət başçısı hökumət üzvləri qarşısında irəli sürüb. Artıq bir sıra dövlətlər süni inhisarçılıq yaradan ticarət qurumlarına və sahibkarlara sanksiyalar tətbiq etməyə başlayıb. Məsələn, Rusiyanın Ticarətə Nəzarət Xidməti mağazaların rəhbərlərinə satış qiymətinin məhsulun maya dəyərindən 15-20 faiz artıq olmaması barədə xəbərdarlıq edib. Yəni əgər şəkərin maya dəyəri satıcıya 50 qəpiyə başa gəlirsə, onu 60 qəpikdən artıq satmaq olmaz. Bu, əsasən yağ, süd , qatıq və digər məhsullara şamil olunur. Azərbaycanda da bu sahədə vəziyyətin tənzimlənməsinə ehtiyac var. Məsələn, bizdə Almaniya yağı ticarətçiyə 4 manata başa gəlirsə, məhsulun üzərinə 70 faizdən də çox gəlir üçün tarif əlavə edir. Halbuki bu malı 25 faiz artırıb 5 manata satmaqla sahibkar yenə xeyli gəlir əldə edə bilər. Bu cür hallar bütün qiymətlərdə özünü göstərir. Ölkəmizdə qiymətlərin 40-50 faiz bahalaşmasına da məhz inhisarçılıq halları ciddi təsir göstərir. Əgər onlara qarşı sərt tədbirlər görülməsə, qiymətlərin dekabrın sonu və 2008-ci ildə kəskin artımının qarşısını almaq çətin olacaq.

ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.