Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

XARİCƏ VALYUTA ÇIXARILMASINA MƏHDUDİYYƏTLƏR GÖTÜRÜLÜR

01.12.07 - 9:00663 baxılıb

DÜNYA TİCARƏT TƏŞKİLATI AZƏRBAYCANDAN BUNU TƏLƏB EDİB

Dünya Ticarət Təşkilatı Azərbaycanın bu qurumun sıralarına daxil olması üçün hökumət qarşısında bir sıra şərtlər qoyub. Təşkilatın Cenevredə yerləşən katibliyi respublikamızın DTT-yə üzv olmasına hazırlıq üzrə İşçi Qrupuna tövsiyə edib ki, qanunvericilikdə bir sıra dəyişikliklər yaxın zamanlarda öz həllini tapmalıdır.
Həmin tövsiyələrin əsas detallarından biri Azərbaycanın hüdudlarından kənara çıxarılan valyuta sərvətlərinə tətbiq olunan gömrük rüsumlarının ləğv edilməsidir. İşçi Qrupunun rəhbəri Mahmud Məmmədquliyev bildirib ki, xarici valyutaya görə tutulan rüsumu ləğv etmək üçün qanunvericiliyə dəyişiklik olunmalıdır. Bu məsələnin Milli Bank və parlament səviyyəsində həlli vacibdir. Artıq Nazirlər Kabineti iki gün əvvəl imzaladığı sərəncamla DTT-nin tələblərinin bir qismini nəzərə alıb. Amma valyuta sərvətləri ilə bağlı şərtlər, demək olar ki, yeni qərarda öz əksini tapmayıb.
Milli Bankdan verilən məlumata görə, DTT-nin irəli sürdüyü bu element monetar siyasət üçün çox həssas nöqtələrdən biridir. İş ondadır ki, valyutanın ölkədən kənara çıxarılmasını tamamilə sərbəstləşdirmək düzgün deyil. Burada müəyyən mexanizmlər qorunub saxlanmalıdır. Hazırda valyuta sərvətlərinin qorunması və ixraca nəzarət xüsusi qaydalar əsasında nizamlanır. Ölkənin monetar siyasətinin başlıca istiqamətlərindən biri olan "Valyuta tənzimi haqqında" Qanuna görə, yerli və əcnəbi vətəndaşların Azərbaycandan kənara valyutanın nağd şəkildə çıxarmaları üçün müəyyən kvota qoyulub. Valyuta sərvətlərinin köçürülməsinə və respublika ərazisinə gətirilməsinə, ümumilikdə valyuta bazarının bütün ssenarilərinin "izlənməsinə" birbaşa Milli Bank nəzarət edir. Mərkəzi Bankda hesab edirlər ki, qaydalara əsasən, ölkənin hüdudlarından kənara 10 min dollardan artıq nağd şəkildə pul çıxarmaq qadağandır. Həmin məbləğə görə həm Azərbaycan vətəndaşları, həm də qeyri-rezidentlər (xaricilər) 1 faiz gömrük rüsumu ödəyirlər. Amma iki il əvvəl tətbiq olunan qaydalara əsasən, Azərbaycana xarici ölkələrdən 50 min dollaradək valyuta gətirilməsinə razılıq verib. İstənilən şəxs nağd şəkildə 50 min dolların gətirilməsini təsdiqləyən gömrük sənədlərini təqdim etməklə buna nail ola bilər. Amma bu proses də asan başa gəlmir, bunun üçün həmin məbləğin gətirilmə tarixi, gətirən şəxsin kimliyi və s. məlumatları əks etdirən arayışlar Gömrük Komitəsi tərəfindən əldə olunmalı və 7 gün müddətində mərkəzi banka təqdim olunmalıdır. Əcnəbilərə isə başqa bir hüquq verilib, belə ki, onlar Azərbaycana əvvəllər nağd şəkildə gətirdikləri 50 min dolları təsdiqləyən sənədləri MB-ya təqdim etməklə həmin pulları ölkə hüdudlarından kənara çıxara bilərlər. Bu məsələ dövlət siyasətinin strateji istiqamətlərindən biri olduğu üçün ölkəyə daxil olan və çıxarılan pulların hesabatının aparılması həmişə diqqətdə saxlanmalıdır. Bu gün dünya ölkələri " çirkli pulların yuyulmasına qarşı" effektiv mübarizəni sərtləşdirdiyi dövrdə pul əməliyyatlarına nəzarəti heç də yumşaltmağa ehtiyac yoxdur.
Məsələ bundadır ki, Beynəlxalq Volsberq sazişinə və Cenevrə konvensiyasına qoşulan Azərbaycan bütün bank və pul əməliyyatlarının aparılmasını daim nəzarətdə saxlamağa məcburdur. 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-ın təşəbbüsü ilə bütün dövlətlərin mərkəzi banklarına göndərilmiş müraciətə əsasən banklardakı hesabları və pul yerləşdirən, əməliyyatlar aparan şəxslərin kimliyini, pulların mənbəyini əks etdirən sorğular hazırlanır. Bu , terror şəbəkəsinə aid olan və yaxud həmin qrupla müəyyən yaxınlığı olan şəxslərin bank hesablarına pul köçürmələrinin qarşısını almaq məqsədi daşıyır. Amerika narahatdır ki, həmin vəsaitlər terrorun maliyyələşdirilməsinə yönəldilə bilər.
Azərbaycanın ən nəhəng bank qurumu olan Beynəlxalq Bankda isə hesab edirlər ki, DTT-nin gömrük rüsumlarının ləğv edilməsi ilə bağlı təkidi elə bir əhəmiyyət daşımır. Çünki artıq bank sistemi o qədər inkişaf edib ki, vətəndaşlar ciblərində xaricə pul daşımır, onlar pullarını köçürmə yolu ilə ölkə hüdudlarından kənara çıxarırlar. Ən əsası isə odur ki, banklar vasitəsilə pul köçürmələrində xarici valyutanın məbləğinə məhdudiyyət qoyulmur. Amma bunun üçün də müəyyən şərtlərə əməl etmək gərəkdir. Böyük məbləğdə vəsaiti xarici dövlətlərə köçürmək istəyənlər ilk növbədə bank akreditivləri və yaxud kontrakt layihələri üzrə hərəkət edə bilərlər. Yəni köçürmələrdə böyük məbləğin tutumunu əks etdirən hansısa bir iş və ya xidmət icra olunmalıdır.
İndi böyük məbləğdə pulları olan şəxslər plastik kartlardan istifadə edir. Artıq inkişaf etmiş dövlətlərdə ölkədən kənara nağd pul çıxarmaq ənənəsi, demək olar ki, sıfra bərabərdir. Avropada bu gün vətəndaşlar pullarını plastik kartlarda yerləşdirib və həmin məbləğ 100 min dollardan 1 milyon dollara kimi ola bilər. Plastik kartlarla həm də dünyanın istənilən ölkəsinə sərbəst getmək mümkündür. Yəni sərhəddə heç kəs hansı məbləğdə pul aparılmasını və rüsum tələb etmir. Bundan əlavə, xaricilər korporativ çeklərdən istifadə edir ki, bu kağızlarda da 100-200 min dollar yerləşdirilir. Dünya Ticarət Təşkilatının da Azərbaycana tövsiyəsi bir növ bu siyasətə əsaslanır.
Təşkilatın ekspertlərinin qənaətinə görə, Azərbaycan bu qurumun sıralarında olarkən ölkədə bank-maliyyə sistemi elə bir vəziyyətə çatmalıdır ki, vətəndaşların əksəriyyətində pullar kartlar və korporativ kağızlarla idarə olunacaq. Belə bir məqamda ölkə hüdudlarından kənara nağd pul çıxarmağa ehtiyac da qalmayacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.