Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

QURBAN BAYRAMINDA QİYMƏTLƏRİN YENİDƏN BAHALAŞMASI GÖZLƏNİLİR

08.12.07 - 9:01627 baxılıb

KƏND TƏSƏRRÜFATI VƏ İQTİSADİ İNKİŞAF NAZİRLİKLƏRİ İSƏ YARMARKALARDA MALIN HƏCMİNİ ARTIRMAQLA SÜNİ BAHALAŞMANIN QARŞISINI ALMAĞA ÇALIŞIR

Qurban və Yeni il bayramlarının yaxınlaşması bazarda süni qiymət artımına bir qədər də stimul verib. Satıcılar bayrama 10 gündən də çox qalmasına baxmayaraq, qiymətləri indidən qaldırıblar. Noyabrda müşahidə edilən bahalaşma son on gündə daha 5 faiz yüksəlib. Artıq bir həftədir ki, 25 qəpiyə satılan 390 qramlıq çörəyin çəkisi 30 qram da azalıb və bu, dolayısı ilə çörəyin 9 faiz də bahalaşdığını göstərir.
Eləcə də yağın, südün, süd məhsullarının qiymətləri 5-10 faiz arasında dəyişib. Sabun və digər yuyucu vasitələrinin qiymətləri isə 30 faiz bahalaşıb. Tikinti bazarında vəziyyət isə tənzimlənmir. Xüsusilə sement və qumun qiymətlərində artım bu sahəyə nəzarətin olmamasına sübutdur. Artıq rayonlardan qoyun gətirən işbazlar Qurban bayramında qiymətləri ən azı 25-40 faiz bahalaşdırmaq barədə düşünür. Başqa məhsullar, əsasən də bayramda tələbat artan malların qiymətləri hər gün dəyişməkdədir.
Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasını Kənd Təsərrüfatı Nazirliyində də gizlətmirlər. Nazirliyin şöbə müdiri Rafiq Məcidovun fikrincə, bazardakı piştaxtaları və yol kənarındakı sallaqxanaları zəbt edən alverçilərə təsir etmək imkanları məhduddur. Bu işlə digər orqanlar məşğul olmalıdır. R.Məcidov bayram günlərində qiymətlərə təsir etmək üçün yalnız yarmarkaların imkanlarının artırılacağını vəd edir. Qurban bayramında, həmçinin Yeni il ərəfəsində məhsulların çeşidinin və həcminin artırılması, əhaliyə keyfiyyətli və bazar qiymətlərindən xeyli aşağı qiymətlərə məhsullar satılması nəzərdə tutulur. Nazirlik dekabrın 17-18-i və son həftəsində paytaxtda keçirilən satış yarmarkalarına gətirilən məhsulların həcminin artırılması barədə rayon fermerlərinə və rayon icra hakimiyyətlərinin aqrar məsələlər üzrə şöbələrinə müraciət edib. Onlara Bakı şəhərinin müxtəlif ərazilərindəki yarmarkalardakı vəziyyətlə tanış olmaq, bayram günləri ərəfəsində çeşidinin artırılması üçün təcili tədbirlər görmək barədə tapşırıq verilib. Habelə rayonlardakı fermerlərlə işin gücləndirilməsini və qiymət artımının qarşısını almaq üçün onların maşın və digər lazım olan vasitələrlə təmin edilməsi üçün texniki imkanlar nəzərdən keçirilir.
KTN Qurban bayramında qoyun ətinə tələbatın daha çox artacağını nəzərə alaraq fermerlərdən alınan qoyunların indidən Bakı şəhərinin müxtəlif saxlama məntəqələrində yerləşdirilməsini də təklif edir. Nazirlik bu vasitə ilə həmin malların əhaliyə ucuz qiymətə satılmasına nail olmaq istəyir. KTN həmçinin quş ətinin və yumurtanın da ucuz qiymətə satılması üçün broyler təsərrüfatlarına müraciət edib. Bu məqsədlə dekabr ayından etibarən yarmarkalarda həmin məhsulların həcmi 3-4 dəfə artırılacaq. Rafiq Məcidov hesab edir ki, kənd təsərrüfatı məhsulları ilə yanaşı, bəzi ərzaq məhsullarının, xüsusilə də şirniyyat mallarının da yarmarkalarda satışının təşkil olunması gərəkdir. Kənd Təsərrüfatı Nazirliyi malların bahalaşmasına təsir göstərən digər bir amilin - küçə ticarətinin yığışdırılmasını da zəruri hesab edir. Bu halların qarşısını almaq üçün küçə ticarəti ilə məşğul olan şəxslərə himayədarlıq edən polis işçilərinin də fəaliyyətinə müvafiq qurumlar nəzarəti gücləndirməlidir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi bazarlarda inhisarçılar tərəfindən qiymətlərin kəskin şəkildə artırılmasını bildirərək, müvafiq orqanları həmin meyillərin qarşısını almağa çağırır. Onun qənaətinə görə, Dövlət Antiinhisar Xidməti əməkdaşları ciddi tədbirlər görməlidirlər.
İqtisadi İnkişaf Nazirliyinin Dövlət Antiinhisar Xidməti artıq həftənin əvvəllərindən başlayaraq, Qurban bayramı ilə əlaqədar bazarlarda ərzaq məhsullarına tələbatın artmasını nəzərə alaraq inhisarçılıq hallarının baş verməməsi üçün monitorinqləri gücləndirib. Nazirliyin mətbuat xidmətinin rəisi Abbas Əliyevin bildirdiyinə görə, dekabrın ilk həftəsindən bütün satış şəbəkələrində monitorinqlər həyata keçirilir. Yaxın günlərdə monitorinqlərin miqyası bir qədər də artırılacaq. Diri mal və qoyun satışı ilə məşğul olan obyektlərdə məhsulların keyfiyyətinə, ticarət qaydalarının aparılmasına və qiymət intizamına əməl olunmasına nəzarət gücləndirilib. Məqsəd qiymətlərin süni artımının qarşısını almaqdan ibarətdir. A.Əliyevin fikrincə, ötən ilki təcrübə onu deməyə əsas verir ki, bu il də bayram günlərində bahalaşma olmayacaq. Dövlət Antiinhisar Xidməti çalışacaq ki, qoyun ətinin 1 kq-nın qiyməti 5 manatdan da aşağı olsun. İİN həm də quşçuluq təsərrüfatlarını yarmarkalara cəlb etməklə, bu malların da ucuz satışına çalışacaq.
Milli Bankın da bayram günləri ilə bağlı mövqeyi maraq doğurmaya bilməz. Mərkəzi bankda hesab edirlər ki, Qurban və Yeni il bayramlarında bahalaşma gözlənilə bilər. Adətən hər il bu dövrlərdə qiymətlərdə bir neçə gün artım müşahidə olunur. Buna səbəb əhalinin həmin məhsullara tələbatının kəskin şəkildə artmasıdır. Amma MB bayramlardan sonra qiymətlərin yenidən aşağı düşəcəyinə ümidvardır. Milli Bank həm də bahalaşma zamanı inflyasiyanın səviyyəsinin yüksələcəyini də gizlətmir. Belə ki, inflyasiyanın dərinləşməsində qeyri-monetar (malların bahalaşması) amil başlıca təsir göstərəcək.
Ekspertlərin fikri isə belədir ki, ilin sonlarına doğru artan bahalaşma 2008-ci ilin yanvarında da davam edəcək. Millət vəkili Vahid Əhmədovun fikrincə, bazar qanunları demək olar ki, işləmir. Tələb və təklif pozulub, qiymət siyasəti süni inhisarçılar tərəfindən formalaşır və gəlirlərini daha da artırmaq istəyən qruplar malları dəyərindən bir neçə dəfə baha satırlar. İqtisadçı bildirir ki, gələn ilin əvvəllərində əhalinin maaş və pensiyalarnın artması yenidən bu işbazların bahalaşmaya yol verməsi üçün vasitə ola bilər. Bu amili nəzərə alan hökumət qurumları ən sərt cəza tədbirləri görməlidir.
İqtisadçı Zahid Məmmədovun qənaəti isə belədir ki, inhisarçıların əməllərinin qarşısını artıq inzibati yollarla almaq mümkün deyil. Onlar barəsində ciddi sanksiyalar tətbiq olunmalıdır, inhisarçılar Amerika və digər ölkələrdə olduğu kimi, cinayət məsuliyyətinə cəlb edilməlidir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.