Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ÇEKLƏRİN BAHALAŞACAĞI GÖZLƏNİLİR

15.12.07 - 9:00807 baxılıb

ƏMLAK KOMİTƏSİ STRATEJİ MÜƏSSİSƏLƏRİN ÖZƏLLƏŞDİRİLƏCƏYİNİ VƏD EDİR

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi özəlləşdirmə paylarının dövriyyə müddətinin artırılmasını nəzərə alaraq çeklərdən səmərəli istifadə üçün yeni təkliflər hazırlayıb. Komitə özəlləşdirmənin ilkin mərhələsində, yəni səhmdar cəmiyyətlərinin yaradılmasında istifadə olunan səhm paketinin formalaşmasında əhalinin əlində dəyərsiz kağıza çevrilmiş çeklərin leqallaşdırılmasını istəyir. Yəni “qara bazar”a çıxarılan çeklərin birbaşa investisiya fondlarına yönəldilməsi məqsədəuyğun sayılır.
Bu prosesin həyata keçirilməsi vətəndaşların çeklərini səhmlərə yerləşdirilməsinə təkan vermiş ola bilər. Yəni "qara bazar" olmadığı halda vətəndaş çeklərini satmaq üçün ya fonda müraciət etməli olacaq, yaxud da özəlləşdirmədə iştiraka qoşulacaq. Bu, hər iki halda onun xeyrinə işləyəcək. Ən əsası isə odur ki, özəlləşdirmə payları bir neçə dəfə bahalaşacaq. Təbii ki, investisiya fondları dövlətsizləşdirmə siyasətində aparıcı rol oynayaraq bu prosesin stimullaşdırılmasına dəstəyini artırmaq funksiyası daşıdığından, təbii ki, əhaliyə daha çox çeklərini səhmlərə yerləşdirmək siyasəti yürüdəcək. Bu da hər halda çeklərin " ölməsinin" qarşısının alınması üçün mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, ötən ay ölkə başçısı özəlləşdirmə çeklərinin dövriyyə müddətinin uzadılması barədə sərəncam imzalayıb, bununla da özəlləşdirmənin yeni fazasına start verilib. Yeni özəlləşdirmə proqramında nəzərdə tutulmuş layihələrin intensivləşdirilməsi məqsədi ilə gələn ildən etibarən investorların prosesə cəlb edilməsini sürətləndirmək nəzərdə tutulur. Yuxarıda xatırlatdığımız kimi, özəlləşmədə əhalinin fəallığını artırmaq və onların iştirakını təmin etmək məqsədi ilə çek-investisiya fondlarının yaradılmasına da xüsusi diqqətin artırması qərara alınıb. Açıq etiraf edək ki, çeklərin mütəşəkkil bazarının yaradılması ilə əlaqədar indiyədək müsbət dəyişikliklər nəzərə çarpmayıb və əhali özəlləşdirmə paylarını yalnız "qara bazar"da satıb. Bu isə çeklərin dəyərsizləşməsinə səbəb olub. Son 5 ildə ən yaxşı halda çeklər 20 manatdan yuxarı satılmayıb. Hələ iki il əvvəl də çek bazarının formalaşması istiqamətində əsas strukturlardan biri olan çek-investisiya fondlarının yaradılması nəzərdə tutulsa da , demək olar ki, belə bir qurum fəaliyyətə başlamayıb. Bu isə əhalinin özəlləşdirmədə iştirakının lazımınca təmin edilməməsinə ciddi təsir göstərib. Qeyri-leqal çek alverinin fəaliyyət göstərməsi məhz investisiya fondlarının olmaması ilə bağlıdır. Fond bazarının yaradılması "qara bazar"da çek alverinin qarşısını ala bilər. Bundan əlavə, çek-investisiya fondları özəlləşdirmə paylarının dəyərinin artmasında başlıca rol oynaya bilər. Bu gün fond bazarının fəaliyyət göstərməməsinin nəticəsidir ki, əhali çekləri "qara bazar"da dəyər-dəyməzinə satır. Bu sahədə nizam-intizamın yaradılmasına hətta vergi orqanlarının da cəlb edilməsi də zəruridir. Çünki alverçilər çek satışından dövlətə vergi ödəmir. Amma investisiya fondları birbaşa vergi və sosial ödənişləri həyata keçirməyə borcludur.
İndiyədək çeklərin təxminən 52 faizi dövriyyədən çıxarılıb. İqtisadçıların qənaətinə görə, bu rəqəm həddindən artıq aşağı göstəricidir. 11 ildən artıq vaxt keçməsinə baxmayaraq, özəlləşdirmədə əhalinin əlində olan çeklərin demək olar ki, yarısı istifadə olunmayıb. Hər ilə təqribən 5-6 faiz özəlləşdirmə payı istifadədən çıxarılır. Qarşıda isə 2 il vaxt var. İndiyədək olan prosesi təhlil edəndə belə qənaət yaranır ki, 2008-2009-cu illərdə çeklərin 10 faizi dövriyyədən silinə bilər. Yəni bu müddətdə 48 faizlik çek kütləsini dövriyyədən çıxarmaq çox çətindir. Amma hökumətdə belə düşünmürlər. Hökumətin mövqeyi belədir ki, qarşıdakı illərdə elə müəssisələr hərraca çıxarıla bilər ki, bir il ərzində çek kütləsinin böyük bir hissəsi səhmə çevrilər. Bu , xüsusilə də neft-kimya və iri sənaye müəssisələrinə, rabitə və enerji sektoruna aid ola bilər. Əgər hökumətin bəyan etdiyi kimi, həmin müəssisələr özəlləşməyə çıxarılsa, sözsüz ki, çeklərin qiyməti xeyli bahalaşacaq. Hətta neft kompleksinə aid bir neçə müəssisə dövlətsizləşdirilsə, özəlləşdirmə payının 200-500 manat arasında satılacağı istisna olunmur. Təbii ki, bu zaman yenə də əhali "qara bazar"a deyil, investisiya fondlarına etibar etməlidir. Ekspertlər hesab edirlər ki, çeklərin dövriyyəsinin artması həm də qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcək. Əhali çeklərini mütəşəkkil çek bazarına yönəltməklə səhmdarların rolunun güclənməsinə stimul verə bilər. Bu isə inflyasiyanın qarşısının alınması üçün kompleks tədbirlərin bir hissəsi sayılır. Digər tərəfdən, maliyyə bazarının inkişafı üçün lotereyaların da buraxılışında və təşkilində liberal prinsiplərə üstünlük verilməlidir. Yəni bu bazara bütün iştirakçılar, özəl şirkətlər cəlb olunmalıdır. Bu yolla respublikada dövriyyədə olan pulun bir hissəsinin lotereya bazarına daha da çox cəlb edilməsinə nail olmaq mümkündür. İnvestisiya fondları həm qiymətli kağızların, həm də çeklərin yerləşdirilməsi ilə məşğul olmaqla əhalinin birbaşa səhmdara çevrilməsinə yardım göstərmiş olur.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.