Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ƏCZAÇILIQ BAZARINDA NİZAM-İNTİZAM YARADILIR

15.12.07 - 9:02689 baxılıb

BİR ÇOX TİBB MÜƏSSİSƏLƏRİNİN LİSENZİYALARI LƏĞV EDİLDİ

Səhiyyə Nazirliyi Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları ilə birgə əczaçılıq bazarında nizam-intizam yaratmaq məqsədi ilə apteklərdə baxış keçirir. Məqsəd qeyri-qanuni fəaliyyət göstərən tibb və əczaçılıq müəssisələrində vergi siyasətinin pozulmasının qarşısını almaqdan ibarətdir. Nazirlikdən verilən məlumata görə, son 3 ay ərzində lisenziyası olmayan tibb və əczaçılıq fəaliyyəti ilə qeyri-qanuni məşğul olan fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 75 protokol tərtib edilib. Həmin müəssisələrə qarşı cərimələr tətbiq olunub. Lisenziyanın şərtlərinə riayət etmədiklərinə görə isə 3 aptekə verilmiş xüsusi razılıq sənədi ləğv edilib.Qeyri-qanuni xalq təbabəti ilə məşğul olan 1 tibb müəssisəsinin fəaliyyəti dayandırılıb.
Səhiyyə Nazirliyinin mütəxəssisləri həmçinin Bakı şəhərində yerləşən cərrahi profilli xidməti göstərən özəl tibb müəssisələrində də baxışları davam etdirir. Yoxlamalar zamanı tibb müəssisələrindəki xidmətin təşkili, ixtisaslaşdırılmış kadr seçimi, standartlara uyğun tibb avadanlıqları və dərman vasitələri ilə təchizat, tibbi sənədləşmənin düzgün aparılması, sanitar-epidemioloji normativlərə riayət edilməsi nəzərdən keçirilib. Monitorinqlər zamanı özəl tibb müəssisələrində vəziyyət müsbət qiymətləndirilib. Belə ki, müasir diaqnostik-müalicəvi avadanlıqları ilə təchizat, peşə hazırlıqlı ixtisas həkimlərin fəaliyyəti SN tərəfindən razılıqla qarşılanıb. Amma bununla yanaşı, baxış keçirilərkən Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən bir sıra ciddi nöqsan və çatışmazlıqlar da aşkar edilib. Belə ki, bəzi özəl tibb müəssisələrinin müalicə və müayinə kabinetlərinin quruluşuna və təchizatına görə sanitariya-gigiyena normalarına cavab vermədiyi aşkar olunub.
İş ondadır ki, özəl tibb müəssisələrinin bəzilərində QİÇS-lə mübarizə tədbirlərinin profilaktikasında da qanunsuzluqlar üzə çıxıb. Bu, yoluxucu xəstəliklərin, QİÇS-in və hepatitlərin əhali arasında yayılmasına şərait yaradılan amil kimi qiymətləndirilib. Monitorinqlər zamanı həm də tibb personalının sanitar-gigiyena qaydalarına əməl etməməsi nəticəsində tibbi ləvazimatlardan və cərrahi əməliyyata gedən tibb personalından götürülən yaxma nümunələrində bağırsaq çöplərinin, həmçinin müayinə zamanı işçilərin bəzilərinin qızılı stafilokokk daşıyıcıları olması aşkar edilib. Acınacaqlı hal odur ki, bu xəstəliyin daşıyıcılarının arasında həkim-otolarinqoloq və yeni doğulmuşlara qulluq göstərən həkim və orta tibb işçilərinə də rast gəlinib. Bu fakt bir daha onu təsdiq edir ki, bəzi özəl tibb müəssisələrində cərrahi, doğuşa yardım, yenidoğulmuşlar şöbələrində çalışan tibb işçilərinin dövri tibbi müayinədən keçirilməsi düzgün aparılmır. Müəssisələrin birində baxış keçirən mütəxəssislər belə bir acınacaqlı faktla rastlaşıblar. Belə ki, qadınlarda hamiləliyin "süni pozulması" əməliyyatı aparılsa da, bu faktlar müəssisə tərəfindən gizlədilərək heç bir tibbi sənədləşmədə qeydə alınmayıb. Lisenziyalaşdırılan tibb müəssisələrinə konkret fəaliyyət növləri üzrə icazə verildiyi halda, həmin müəssisələr qeyri-qanuni profilinə uyğun olmayan digər cərrahi əməliyyatlar da həyata keçirib. Ən acınacaqlısı budur ki, bu əməliyyatları həyata keçirən həkimlər barədə həmin müəssisələrdə onların işə qəbul edilməsi haqqında əmr verilməyib və onlarla əmək müqavilələri bağlanmayıb. Hətta həmin şəxslərdən tibbi təhsilini təsdiq edən diplom və digər sənədlər tələb edilməyib.
Səhiyyə Nazirliyinin məlumatına görə, bəzi özəl tibb müəssisələrində psixotrop dərman preparatlarının alınması, saxlanılması, buraxılması və istifadə edilməsi qaydalarına da riayət edilməyib. Aşkar olunmuş ciddi nöqsan və çatışmazlıqlar ilə əlaqədar nazirlik 2 müəssisəyə - "ABU Göz" və "ABU Endo" tibb müəssisələrinə verilmiş lisenziyaları ləğv edib, 1 müəssisənin- "OFKO" Oftalmoloji Kompleksin isə lisenziyasının fəaliyyəti dayandırılıb. "Ortoped" MMC,"City Hospital" və "Kəbirə Tibb Mərkəzi"nin isə fəaliyyəti təmir-yenidənqurma işlərinin aparılması və nöqsanların aradan götürülməsi məqsədi ilə müvəqqəti dayandırılıb. SN "Leyla Şıxlinskaya" Klinikasına nöqsanları aradan götürmək barədə xəbərdarlıq edib. Nazirlik özəl tibb müəssisələrinə baxışları davam etdirdiyini bəyan edib.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.