Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
NƏQLİYYATIN İNTELLEKTUAL İDARƏETMƏ SİSTEMİ BİR ÇOX PROBLEMLƏRİ HƏLL ETMƏK İQTİDARINDA OLACAQ
Nəqliyyat Nazirliyi 2008-ci il yanvar ayının sonunda Bakı şəhərində "Nəqliyyatın İntellektual İdarəetmə Sistemi"nin yaradılması ilə bağlı tender elan edəcək. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib. Azərbaycan və Koreya mütəxəssisləri sistemin yaradılması ilə bağlı cari ilin yanvar ayından başlayaraq aparılan araşdırmaları yekunlaşdırıblar və sistemin layihəsi artıq hazırdır. "Nəqliyyatın İntellektual İdarəetmə Sistemi"nin yaradılması layihəsi iki mərhələdə həyata keçiriləcək. İlk olaraq bu sistem Bakının mərkəzində, daha sonra isə ətraf yaşayış məntəqələrində qurulacaq. Layihə çərçivəsində avtobuslarda xüsusi qurğular quraşdırılacaq ki, həmin qurğular avtomatik idarəetməyə nəzarət edəcək. Beləliklə də, avtobuslar arasında yaradılan interval pozulacağı təqdirdə avtomobildə quraşdırılmış prosessor sürücüyə xəbərdarlıq edərək göstəriş verəcək. Dayanacaqlarda qurulacaq xüsusi monitorlar isə avtobusların dayanacağa yaxınlaşmasına 5 dəqiqə qalmış sərnişinlərə bu barədə məlumat verəcək. Onu da qeyd edək ki, Bakıda tətbiq olunacaq intellektual idarəetmə sistemi inkişaf etmiş ölkələrin əksəriyyətində mövcuddur. İdarəetmə sistemi tətbiq ediləndən sonra marşrutlarda kart sistemi və nağd ödəmə sistemi də yaradılacaq. Qeyd edək ki, "Nəqliyyatın İntellektual İdarəetmə Sistemi" vasitəsilə Bakı şəhəri və Abşeron yarımadasının bir hissəsində avtonəqliyyat vasitələrinin, marşrutlarda avtobusların hərəkətinin idarə olunması və s. həyata keçiriləcək. İdarəetmə Mərkəzində hər marşruta gündəlik nə qədər avtobusun çıxarılması, avtobuslar arasındakı məsafələr, dayanma və hərəkət qrafiklərinə, avtobuslarda sərnişinlərin sayına və s. nəzarət olunacaq. Bu sistemin məlumatları həm TV, həm də radionun imkanlarından istifadə olunmaqla yayımlanacaq. Bunun üçün ayrıca radiokanal və telekanal tezlikləri alınacaq. Həmçinin mobil telefonlar vasitəsilə də şəhərin küçələrində vəziyyəti öyrənmək mümkün olacaq. Xatırladaq ki, Azərbaycan Nəqliyyat Nazirliyi ilə Cənubi Koreyanın Tikinti və Nəqliyyat Nazirliyi arasında intellektual nəqliyyat sistemi sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu cari ilin aprel ayında imzalanıb. Bu sənəd çərçivəsində Cənubi Koreya Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılmasında Azərbaycana kömək edəcək. Layihənin ilkin dəyəri 50-55 mln. ABŞ dolları həcmində qiymətləndirilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.