Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

LOTEREYA MAXİNASİYASI

12.01.08 - 9:00650 baxılıb

İRİ ŞİRKƏTLƏR LOTEREYA KAMPANİYASI ADI ALTINDA MALLARINI ƏHALİYƏ SIRIMAĞA ÇALIŞIR

Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin və firmaların əksəriyyəti bu gün mallarını satmaq üçün müxtəlif reklam kampaniyalarından istifadə etməyə başlayıb.İndi ən asan və sərfəli yol bu metodla yüksək gəlir əldə etməkdən ibarətdir. Şirkətlər mallarını satmaq üçün reklam oyunları və yaxud endirim kampaniyaları keçirməyə çalışır, bəzən bu halları qanunları pozmaqla həyata keçirirlər.
Məsələ ondadır ki, Azərbaycanın reklam bazarında baş verən haqsız rəqabət hazırda ən çox lotereya bazarına sirayət etməkdədir. Bu, daha çox mal və xidmətlərin müşayiəti ilə keçirilən lotereya oyunlarında müşahidə olunur. İndiyədək Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bununla bağlı bir sıra bəyanatlar səsləndirsə də, həmin şirkətlərin əksəriyyəti yenə də qaydaları pozmaqla məşğuldur.
Əvvəlcə mal və xidmətlərin müşayiəti ilə keçirilən lotereya biznesi barədə mövcud vəziyyəti aydınlaşdırmağa çalışaq. Bu tipli oyunların mahiyyəti müxtəlif uduşlar vasitəsilə əhalini istehsal etdikləri məhsulun alışına, yaxud da xidmət sahəsinə cəlb etməkdir. Belə ki, firma məhsulunun üzərinə uduş seriyası yazır və həmin seriyalar lotereya oyununda oynanılır. Qalibləri isə müxtəlif qiymətli hədiyyələr, hətta avtomobillər də gözləyir. Əslində alıcılar ilk baxışdan, bunun adi qaydalar çərçivəsində keçirildiyini zənn edə bilərlər. Amma oyunda vəd edilən detallara diqqət yetirdikdə alıcıların aldadıldığı aydın şəkildə hiss oluna bilər. Məsələn, "Beta" şirkəti hər il yeni buraxılan çaylarını satmaq məqsədi ilə uduş kampaniyası keçirir. Adətən uduşa qoyulan hədiyyələr ümumi uduş fondunun 50 faizinə bərabər olmalıdır. Həmin şirkət təxminən 2 ay müddətində yeni məhsulun-"Brilliant" çayının satışından reklam kampaniyası çərçivəsində ən azı 50 min manat qazansa da, uduşa 10 min manatdan artıq pul xərcləməyib. Digər tərəfdən, yeni məhsul keyfiyyətinə görə əvvəlki çaylardan yaxşı olmalı idisə, qiyməti də baha olmalı idi. Amma bu, əksinə olub. Demək burada keyfiyyət arxa plana keçib. Eləcə də "Mərdəkan-Broyler"in keçirdiyi kampaniyalarda toyuqların satışı əsas məqsəd daşıyırdı. Müxtəlif məhsulların, geyim və məişət məhsullarının satışı da bu cür reklam kampaniyası altında keçirilməkdədir.
Artıq telefon satışı firmaları da bu metoddan istifadə etməyə başlayıb. Telefon firmaları guya ki, vətəndaşlara hədiyyə vermək, onları sevindirmək üçün reklama keçib. Məsələn, guya hər 100 alıcıya avtomobil, ən azı bahalı telefon verilir. Yaxud da iki telefon alana başqa birisi hədiyyə verilir. Diqqət edin, firma bir telefonun qiymətini bazar qiymətindən 50 faiz yuxarı təyin edir və satdığı 2 telefonun qiyməti birlikdə 3 telefonun qiymətinə bərabər olur. Beləliklə, guya ki, firma üçüncü telefonu hədiyyə verir, əslində həmin telefonun faktiki pulunu alır.
Eləcə də məişət əşyalarının satışını aparan firmalar, soyuducu. mebel, qaz plitəsi, paltaryuyan və digər texnika satılarkən üzərində əlavə olaraq hədiyyə, məsələn, tozsoran, qabyuyan, şirəçəkən maşın, ütü və sairə mallar vəd edir. Həmin məhsul elə qiymətə satılır ki, verilən hədiyyə ilə birlikdə ikisinin qiyməti bazar qiymətindən 20 faiz baha olur. Bu da reklam və hədiyyə kampaniyası.
"Ümid" lotereya oyunlarının təşkilatçılarından biri, reklam meneceri Nadir Bədəlovun fikrincə, mal və xidmətlərin müşayiəti ilə keçirilən lotereya oyunlarında malın reklam olunması adi hala çevrilib Yəni bu oyunların təşkilatçıları mallarını birbaşa reklam yolu ilə satmaq yolunu seçiblər. Reklam malın satışına xidmət edir. Halbuki qaydalara əsasən, malın satışı reklama xidmət etməlidir.
Əslində bu tipli lotereya oyunlarının keçirilməsi tamamilə nəzarətsiz bir vəziyyətdədir. İş ondadır ki, lotereya bazarı 2003-cü ilədək lisenziya fəaliyyəti ilə tənzimlənirdi. 2003-cü ildən bu sahənin lisenziyadan azad olunması əməlli-başlı qanunsuzluqlara gətirib çıxardı. Daha doğrusu, malların satışını nəzərdə tutan lotereya fəaliyyətinə nəzarət itməyə başladı. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədovun qənaətindən belə düşünmək olar ki, bu oyunları keçirən şirkətlərə qarşı hansısa cəza tətbiq etmək çətindir. Bunun üçün konkret istehlakçıların təqdim etdiyi faktların olması gərəkdir. Belə başa düşmək olar ki, həmin şirkətlərin lotereya oyunları ilə bağlı fəaliyyətini komitə araşdırmaq niyyətində deyil.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.