Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
2008-ci il dünya iqtisadiyyatı üçün yaxşı nəticələr vəd etmir. Bu il 2007-ci ildə başlayan qlobal iqtisadi problemlərin bir qədər də gərginləşməsi ilə müşayiət olunacaq. Dünyanın aparıcı dövlətlərinin üzləşdiyi mənfi tendensiyaların daha da kəskinləşəcəyini proqnozlaşdıran ekspertlər buna əsasən neft və qaz bazarındakı gərginliklərin təsir göstərəcəyini güman edirlər. Ümumdünya İqtisadi Forumunun yeni hazırladığı hesabatda bildirilir ki, 2008-ci ildə dünyanın inkişaf etmiş dövlətləri ən yüksək iqtisadi və siyasi risklərlə üzləşməli olacaq. Ümumdünya İqtisadi Forumunun hesabatında gözlənilən risklər iqtisadi, geosiyasi, təbii, sosial və texnoloji elementlər üzrə xüsusi qruplara ayrılıb. 2008-ci ildə dünya ölkələrini gözləyən əsas təhlükələr yenə də maliyyə böhranı, neft məhsullarının bahalaşması və bunun fonunda ərzaq mallarının qiymət artımı ilə bağlı ola bilər. Artıq Beynəlxalq Enerji Agentliyi ilə OPEK-in apardığı danışıqlar da səmərə vermir və təşkilatın iqtisadçıları ötən gün yeni açıqlamalarında bu il "qara qızıl"ın bir barelinin qiymətinin görünməmiş dərəcədə fantastik göstəriciyə - 200 dollara çatacağını bildiriblər. Onların qənaətinə görə, bu tendensiya iqtisadi baxımdan orta inkişafa malik ölkələrdən daha çox, inkişafına görə ilk onluğa daxil olan dövlətlərin iqtisadiyyatına daha çox zərbə vuracaq. Hesablamalara görə, hazırda dünya neft bazarında 2 milyard tondan çox neft satılır. Neftin bahalaşma tendensiyasına təsir göstərən amillər sırasında ABŞ-ın apardığı məntiqsiz siyasətin də başlıca faktor olması istisna edilmir. Belə ki, İrana qarşı sanksiyalar və superdövlətin Tehranı təcrid siyasəti vəziyyəti ABŞ-ın dünya iqtisadiyyatında və maliyyə bazarlarında böyük itkilərlə qarşılaşmasına gətirib çıxarıb. İranın OPEK-də güc mərkəzlərindən biri olması və dünya bazarının 40 faizini neftlə təmin edən bu təşkilatın İslam həmrəyliyi nümayiş etdirməsi Amerikanın həm ərzaq, həm də maliyyə bazarlarında nüfuzunun aşağı düşməsi ilə nəticələnib. Dünya üzrə neft ixracının demək olar üçdə iki hissəsinə OPEK nəzarət edir. Mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə OPEK-in dünya neft bazarına nəzarəti daha da güclənəcək. Türkiyə ilə ABŞ-ın münasibətlərində ötən ilin sonlarında yaranan gərginlik də neft bazarındakı vəziyyətə təsirsiz ötüşməyib. Bununla yanaşı, Venesuela, Qətər və digər anti-Amerika mövqeyə malik dövlətlərin ABŞ-ın dünya hegemonluğunun qarşılığında iqtisadi vasitə kimi neft amilindən yararlanması qlobal iqtisadi təhlükələrin artmasını sürətləndirir. Dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalara Rusiyanın apardığı "çirkin siyasət" də təsirsiz ötüşməyəcək. Bu ölkənin yeni ilin ilk günlərindən qazı n qiymətini yenidən qaldırması Avropa ölkələrinin yanacaq problemini bir qədər də gərginləşdirib. Xatırladaq ki, Rusiya Litvaya, Latviyaya, Ukraynaya, Moldovaya, Rumıniyaya və digər ölkələrə qazın 2 dəfə bahalaşmasına dair xəbərdarlıq edib. Məsələ ondadır ki, əksəriyyəti Avropa Birliyinin üzvü olan bu dövlətlərə qarşı bu cür siyasətin yürüdülməsi Rusiyanın Avropanın enerji təhlükəsizliyinə qarşı planlarının tərkib hissəsi kimi qiymətləndirilir. İqtisadçıların fikrincə, neft və qazın qiymətlərinin dünya bazarında bahalaşması təkcə bu il dünya iqtisadiyyatına 250 milyard - 1 trilyon dollar ziyan vuracaq. Beynəlxalq İqtisadi Forumunun hesabatını tərtib edən ekspertlər 2008-ci ildə neftin 100 dollardan 200 dollaradək yüksəlməsinin ciddi şəkildə ərzaq və məişət məhsullarının bahalaşmasına təkan verəcəyini də güman edirlər. Avropanın əksər ölkəsində xammal və avadanlıqların qiymətləri yüksələcək. Ekspertlər hesab edirlər ki, ərzaq mallarından ən çox taxıl, şəkər çuğunduru, yağ, süd məhsulları bahalaşmaya məruz qalacaq. İş ondadır ki, bəzi iri şirkətlər neftin bahalaşmasından sonra taxıl və şəkər çuğundurundan yanacaq almaq üçün sənaye məqsədi ilə istifadə etməyə başlayıb. Həmin məhsullardan alınan yeni yanacaq növü - bioetalon istehsalı neftdən xeyli ucuz başa gəlir. Bioetalonun istehsalı təxminən 35-40 dollara başa gəlir. Taxıl və şəkər çuğundurunun bioetalon istehsalına yönəldilməsi insanların qida rasionu üçün nəzərdə tutulan bu strateji məhsulların azalmasına, nəticədə qiymətlərin artmasına və inflyasiyanın dərinləşməsinə səbəb olacaq. Ərzaq çatışmazlığı 21-ci əsrin ən böyük təhlükəsi kimi qiymətləndirilir. Bu riskin artması insanların yaşayış səviyyəsini çətinləşdirəcək. Hesabat müəllifləri belə qənaətdədirlər ki, ərzaq probleminin kəskinləşməsi əhalinin həyat səviyyəsinin pisləşməsinə, yoxsulluğun artmasına, hətta aclıqdan insan ölümlərinə gətirib çıxaracaq. Hesablamalara görə, 2008-ci ildə 1 milyon insan ərzaq ehtiyacından ölümə düçar olacaq. Neftin bahalaşması həmçinin ABŞ dollarının ucuzlaşması, qiymətli metalların, xüsusilə də qızılın qiymətinin kəskin şəkildə artmasına təsir göstərəcək. Qızılın bir unsiyası (330 qramı) 1000 dolları ötəcək. Hətta ağ qızılın 1 unsiyasının qiyməti rekord səviyyəyə - 2000 dollara çatacaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.