Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

MİQRASİYA VƏ İNSAN ALVERİ

19.01.08 - 10:481002 baxılıb

BU SAHƏDƏ HƏMKARLAR İTTİFAQLARININ SİYASƏTİ HAZIRLANACAQ


İl ərzində 4 milyon insan alverin qurbanına çevrilir. Hesablamalara görə, insan alverindən bir ildə 7 milyard ABŞ dolları gəlir əldə olunur ki, bu da narkotik və silah alverindən sonra dünyada üçüncü böyük cinayət biznesidir.

Daha çox qadınlar insan alverinin qurbanlarına çevrilirlər. Çünki bir çox cəmiyyətdə qadınlar və qızların həyatına kişilərin və oğlanların həyatlarından daha az dəyər verirlər. Bundan əlavə, yetim uşaqların sayının artması (vətəndaş müharibələri və QİÇS) nəticəsində xüsusilə azyaşlıların başçılıq etdiyi ailələrin də insan alverinin toruna asanlıqla düşmək ehtimalını artırır.

Azərbaycan vətəndaşları əsasən Hollandiya, Almaniya, İsveç, Rusiya və Türkiyəyə üz tutmağa üstünlük verirlər. Bu siyahıya Yunanıstan, Fransa, Norveç, Çexiya, Polşa, Çin, Suriya, Ekvador, Bolqarıstan, Yaponiya və s. ölkələri də aid etmək olar.

Son 4 ildə viza rejimini pozduğuna görə 1000-ə yaxın azərbaycanlı Qərbi Avropa dövlətlərindən deportasiya olunub. Bundan başqa, son illər Türkiyədən 700, BƏƏ-dən isə 600 azərbaycanlı qadın çıxarılıb.


Yanvarın 17-də AHİK Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə "Abşeron" otelinin 16-cı mərtəbəsindəki konfrans zalında miqrasiya və insan alveri sahəsində həmkarlar ittifaqları siyasətinin hazırlanmasına həsr olunmuş seminar keçirmişdir.
Seminara Konfederasiyanın üzv və tabeliyindəki təşkilatların rəhbərləri dəvət olunmuşdular.
Tədbiri AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov açdı. O, "Miqrasiya və insan alveri, Azərbaycanda ümumi vəziyyət, insan alverinə qarşı görülən tədbirlər" haqqında ətraflı məruzə etdi. Natiq seminarın əsas məqsədinin miqrasiya və insan alveri problemləri barədə üzv təşkilatların məlumatlılıq səviyyəsinin artırılmasından, "beyin hücumu"-yenilikçi ideyaların, yaradıcı, intellektual fəallığın stimullaşdırılması üsulu vasitəsilə uzunmüddətli perspektivdə həmkarlar ittifaqlarının siyasət sənədinin və fəaliyyət planının işlənib hazırlanmasından ibarət olduğunu açıqladı. Sonra BƏT-in milli layihə koordinatoru Elnur Nəsibov ötən müddətdə ölkədə insan alverinə qarşı mübarizədə əsas vəzifələrin icra edilməsində müxtəlif qurumların iştirakını və onların fəaliyyətinin əlaqələndirilməsi sahəsində vəziyyətdən bəhs etdi. O, Azərbaycanda insan alverinə qarşı cavab mexanizmlərinin inkişafı üzrə BƏT-in sənəd layihəsinin prezentasiyasını keçirdi.
Bu məqalənin müəllifi "Azərbaycanda insan hüquqları və həmkarlar ittifaqları hərəkatı" mövzusunda məruzə etdi.
Daha sonra seminar iştirakçıları tərəfindən “İnsan alveri, qanunvericilik bazası, problemin qarşısının alınmasında cavab mexanizmləri və həmkarlar ittifaqları təşkilatlarının rolu, "qurban"ların müdafiəsi və yardımlar” mövzuları ətrafında müzakirələr aparıldı.
İştirakçılardan: Mədəniyyət İşçiləri Müstəqil HİRK-in sədri Cəmilə Səttarova, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK sədrinin müavini Aida Əliyeva, Səhiyyə İşçiləri HİRK sədrinin müavini Aida Manafova trafikinqə məruz qalmış insanların cəmiyyətə yenidən inteqrasiyası və onların pilləli reabilitasiyası, ölkənin regionlarında yeni açılan müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması və s. təklifləri irəli sürdülər. Sahibkarlıq və Elm, Elmi İstehsalat Müəssisələri İşçiləri Müstəqil HİRK-in sədri Tofiq Quliyev, Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Müstəqil HİRK-in sədri Etibar Əliyev "Xidmət İş" Hİ Federasiyasının vitse-prezidenti Səadət Tahirova, Təhsil İşçiləri Azad HİRK-in sədr müavini Şaiq Əsgərov, Yerli Sənaye və Kommunal Məişət Müəssisələri Fəhlələrinin HİRK sədri Azər Cəfərov, Toxuculuq və Yüngül Sənaye İşçiləri Müstəqil HİRK-in sədri Nərgizxanım Məmmədova problemə dair həmkarlar ittifaqlarının hazırlayacaqları sənəddə ilk növbədə maarifləndirmənin və eləcə də inzibati nəzarətin gücləndirilməsi bəndlərinin təsbit edilməsinə tərəfdar çıxdılar. İnsan alveri "qurban"larının hüquqlarının ittifaq üzvlərinin mənafelərinin müdafiəsi ilə həmahəng aparılmasının zəruriliyini qeyd etdilər.
Bu kimi seminarların işinin daha səmərəli təşkili üçün paylanmış sosioloji sorğu anketindəki suallar da cavablandırıldı.
Seminar iştirakçıları yekdilliklə miqrasiya və Azərbaycanda insan alverinin profilaktikasının, bu problemə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarının yeniləşdirilməsinin vacibliyini qeyd etdilər. İlkin tədbirlər sırasında monitorinq və qiymətləndirmə prosesinin təşkilini, ictimai şüurun inkişafına xidmət edən maarifləndirməni prioritet istiqamət kimi müəyyənləşdirdilər.

Oktay ABBASOV,
AHİK-in mütəxəssisi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.