Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məsələyə münasibət bildirən millət vəkili Vahid Əhmədov xarici ölkələrdən gələn miqrantlar üçün norma müəyyənləşdirilməsini zəruri hesab edir: "İstər Bakıda, istərsə də iri əyalət şəhərlərində Çin, Koreya əsilli insanlara hər addımda rast gəlinir. Hamısı da müəyyən əmək fəaliyyətilə məşğuldur. Belə çıxır ki, onlar potensial iş yerlərini tutur. Azərbaycan vətəndaşları isə kənarda qalır". V.Əhmədovun qənaətinə görə, ölkəmiz əcnəbilər üçün cəlbedici olduğundan bura üz tutanların sayı artır: "Lakin indidən tədbirlər görülməlidir ki, sabah problem yaranmasın. Ölkəyə miqrantların gəlməsi bütövlükdə inkişafın göstəricisidir. Lakin nəzərə almaq lazımdır ki, miqrant gəlir və iş yerini tutur. Aparılan müşahidələrə görə, miqrantlar tikinti və xidmət sahələrində işləyirlər. Ölkəyə gələn əməkçi miqrant axınının tənzimlənməsinə nail olmaq məqsədi ilə Nazirlər Kabineti müəyyən tədbirlər həyata keçirməlidir. Hər şeydən öncə bu sahəyə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu əmək miqrasiyası proseslərinin tənzimlənməsi işini respublikamızın qoşulduğu beynəlxalq konvensiyalara əsaslanaraq aparmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bu istiqamətdə milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə zəruri təkliflər hazırlanmalı və hökumətə təqdim edilməlidir". Müsahibimizin fikrincə, əcnəbilərə fərdi icazənin alınmasına görə işəgötürənlər tərəfindən ödənilən 44 manat dövlət rüsumunun məbləği indiki şəraitdə çox cüzidir: "Bu isə sahibkarları milli əmək bazarına keyfiyyətsiz və ucuz əcnəbi işçi qüvvəsini cəlb etməyə sövq edir. Düzdür, Nazirlər Kabineti belə hallara son qoymaq üçün yeni qaydalar müəyyənləşdirməyi öz üzərinə götürüb. Lakin bu məsələdə gecikmək olmaz. Hesab edirəm ki, əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı qəbul edilmiş qanuna əlavə və dəyişikliklər olunsa, əcnəbilərin işə qəbulu sahəsində işəgötürənlərin məsuliyyəti arta bilər. Həm də cərimənin məbləği artsa, sahibkarlar yerli işçi qüvvəsindən istifadə etməyə üstünlük verər". İqtisadçı deputat 2007-ci ilin sonunda müvafiq fərdi icazə ilə respublikada işləyən əcnəbilərin sayının 1783 nəfər təşkil etdiyini söylədi: "Bu hesabla belə həmin göstərici ötən ilkindən hardasa 35 faiz çoxdur. Reallıqda isə bu rəqəm daxili əmək bazarında iştirak edən əcnəbilərin real sayından bir neçə dəfə azdır". V.Əhmədov bütün dünyada miqrantlar üçün kvota müəyyənləşdirildiyini söylədi: "Öncə xarici ölkələrin təcrübəsi öyrənilməlidir. Hər bir ölkədə miqrantlar üçün norma müəyyənləşdirilməlidir. Miqrantların 100-150 manat əməkhaqqı müqabilində işləməsi fikirləri ilə də razılaşmaq olmaz. Onların əksəriyyəti, yəqin ki, Bakıda kirayədə qalır. Bakıda kirayə haqqı isə 250-300 manatdır. Həmin məvaciblə onlar necə dolana bilərlər? Təkcə neft və xidmət sahəsində çalışan əcnəbilər 2-3 min, hətta 4-5 min manat məvacib alırlar". Millət vəkilinin qənaətinə görə, miqrantlara kvotanın tətbiqi əmək bazarının keyfiyyətcə yüksəlməsinə təsir edə bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.