Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Mavi yanacaq necə emal edilir?

25.01.08 - 19:12697 baxılıb

Xatırladaq ki, dəm qazı rəngsiz, iysiz, dadsız, havadan yüngül və suda az həll olan kəskin zəhərli maddədir. Tənəffüs etdikdə dəm qazı ağciyərdə bronxlar vasitəsilə qana keçir. Bu maddə oksigenə nisbətən hemoqlobinlə möhkəm birləşir və oksigenin bədən hüceyrələrinə daşınmasının qarşısını alır. Bununla da orqanizmdə "oksigen aclığı" yaranır ki, nəticə etibarilə insanın boğulmasına səbəb olur. Orqanizm zəhərlənmədən öncə ilk müşahidə olunan hal başağrısı, ürəkbulanmasıdır.
Dəm qazı təbii qazın əsas komponenti olan metanın yanmasında natamam məhsul hesab edilir. Çünki metan tam yandıqda karbon qazı və su əmələ gəlir. Deməli, metanın tam yanması üçün ilkin xammal kimi təbii qazın tərkibində kənar qarışıqlar aşağı həddə (3-5%) olmalıdır. Təbii ki, ölkəmizin ərazisində təbii qaz neft məhsulları ilə birlikdə yerin təkindən çıxarıldığından onun tərkibində arzuolunmayan qarışıqlar üstünlük təşkil edir. Əgər təbii qazın tərkibində metan 80-90 faiz təşkil edərsə, bu, məişətdə istifadə olunmaq üçün tam yararlı hesab edilir. Onun yanmasında dəm qazının əmələ gəlməsi ehtimalı minimumdur. Adi müşahidə ilə yanan mavi yanacağın təmiz olmasını əyani müşahidə etmək olar. Əgər qaz yanarkən, alovun rəngi parlaq mavi rəngdədirsə, demək, təbii qaz təmizdir. Yox, alovun rəngi tünd qırmızıya çalırsa, deməli, onda kənar qarışıqlar üstünlük təşkil edir.
Məsələyə münasibət bildirən Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Rzayev deyir: "Mavi yanacağın tam və keyfiyyətli emalı üçün artıq xeyli müddətdir ki, Qaz Emalı Zavodunda yenidənqurma işləri aparılır. Zavodda quraşdırılan avadanlıqlar keyfiyyətli qaz emalına imkan verir. Buna görə də respublikada emal edilən qazın tam təmizlənməməsi barədə səsləndirilən fikirlər həqiqətə uyğun deyil. Hazırda ölkə əhalisinin hamısına verilən qaz eyni bir zavodda emal edilir. Bu mənada dəm qazından boğulmalara mavi yanacağın tam emal edilməməsinin səbəb göstərilməsi fikri ilə razılaşmaq olmaz. Çünki əks halda bu cür zəhərlənmə faktlarının sayı daha çox olardı. Yəqin ki, əhalinin zəhərlənməsinə səbəb qaz cihazlarının standartlara uyğun olmamasıdır".
İqtisadi İnkişaf Nazirliyi İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti son vaxtlar İranda istehsal edilən sobaların monitorinqini aparır. İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda monitorinqlər davam etdirilir: "Mövcud qanunvericiliyə görə, istehsalçısı bəlli olmayan məhsulların satışa çıxarılması qadağandır. İran istehsalı olan sobaların monitorinqi Respublika Prokurorluğunun müraciəti əsasında aparılır. Monitorinqlər zamanı insan həyatı üçün təhlükə yarada biləcək bir neçə qaz sobası aşkarlanıb. Hazırda satışda olan əksər qaz sobalarında isə təhlükəli məqam aşkarlanmayıb".
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən aldığımız məlumata görə, İran istehsalı olan qaz sobalarına keyfiyyət sertifikatı verilməyib. Həmin sobaların standartlara uyğunluğu yoxlanılmayıb.
Qeyd edək ki, Qaradağ rayonu ərazisində yeni neft-kimya kompleksinin tikintisi nəzərdə tutulur. Yeni kompleks istehsal gücünə görə hətta Sumqayıt kimya zavodunu da üstələyəcək.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.