Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Elə təsis iclasında qəbul edilmiş Əsasnamə müzakirə edilib, gələcək fəaliyyətin əsas istiqamətləri, AHİK-in gender siyasəti konsepsiyasından irəli gələn vəzifələr ətrafında fikir mübadilələri aparılıb. İki ay sonra keçirilən yığıncaqda təşkilatın idarə heyəti, sədrin müavinləri və məsul katib seçildi, növbəti altı ay üçün perspektiv iş planı qəbul olundu. Mərkəzin digər iclaslarında AHİK-in gender siyasəti konsepsiyasının yerlərdə icrası, "Qadınların iş yerlərində ayrı-seçkiliyin mövcudluğu" anonim sosioloji sorğunun keçirilməsi BAHİK-in Monteneqro şəhərində təşkil edilmiş növbəti qadın məktəbinin qaldırıldığı məsələlərin həlli yolları, həmkarlar ittifaqı sahə respublika komitələrinin təcrübəsi haqqında və s. məsələlər müzakirə olunmuşdur. Biz qurumun Əsasnaməsinə uyğun olaraq səmərəli fəaliyyət göstərmək məqsədi ilə səlahiyyətlərimiz çərçivəsində həmkarlar ittifaqlarının bütün səviyyəli orqanları ilə iş birliyinin yaradılmasına çalışmışıq. Sahə həmkarlar ittifaqı orqanlarında qadın komissiyalarının yaradılması, onların fəaliyyət proqramının tərtib olunması işinə metodiki köməklik göstərməyi qarşımıza məqsəd qoymuşduq. Bu məqsədimizə artıq nail olmuşuq. Hazırda bütün sahələrdə gender bərabərliyi və qadın problemləri üzrə komissiyalar fəaliyyət göstərir. 2006-cı il sentyabrın 28-də Neft və Qaz Sənayesi İşçiləri HİRK nəzdində yaradılmış Qadın Şurasının təşəbbüsü ilə "Azərneftyağ" Neft Emalı Zavodunun böyük zalında gender məsələlərinə həsr olunmuş seminar-müşavirə keçirilmişdir. Mən və təşkilatımızın üzvləri, Dövlət İdarəçilik Akademiyasının politologiya və siyasi idarəetmə kafedrasının əməkdaşları və başqaları ətraflı çıxış edib, suallara cavab vermişdilər. Mərkəzin İdarə Heyətinin 2007-ci il mart ayının 1-də keçirilmiş iclasında həmkarlar ittifaqlarının strukturlarında gender və qadın problemləri ilə məşğul olan qurumların fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi yolları müzakirə olunmuş, qaldırılan problemlərin Baş Kollektiv Sazişə daxil edilməsi üçün təkliflər verilməsi məsləhət görülmüşdü. 30 noyabr - 2 dekabr tarixdə Bişkek şəhərində BAHİK-in qadın şəbəkəsi tərəfindən təşkil olunmuş beynəlxalq subregional seminarda Mərkəzimizi Səhiyyə İşçiləri HİRK-in sədr müavini Aida Manafova, Neft və Qaz Sənayesi İşçiləri HİRK-in nəzdində yaradılmış Qadınlar Şurasının sədri İntizar Əzimova təmsil etmişdilər. Martın 8-də qadın işçilərimizə bayram əhvali-ruhiyyəsi bəxş etməkdən ötrü əlimizdən gələni əsirgəmədik. Martın 5-də "Azərgeofizika" Elmi-Tədqiqat İnstitutunun akt zalında təşkil edilmiş seminar-müşavirəyə toplaşmış zərif cins nümayəndələri sonra əl işlərindən ibarət sərginin, kulinariya müsabiqəsinin iştirakçılarına çevrildilər. Martın 6-da isə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təşəbbüsü ilə Mərkəzin İdarə Heyəti, AHİK-in məsul işçiləri və fəal qadınlar "Nəsildən-nəslə" adlı aksiya keçirmişdilər. Aksiya ulu öndərimiz Heydər Əliyevin məzarının ziyarətindən başladı. Akademik Zərifə Əliyevanın, professor Zəhra Quliyevanın məzarları üzərinə əklillər qoyuldu. Xurşud Banu Natəvanın, Sevil Qazıyevanın, Gültəkin Əsgərovanın abidələri və Azad Qadın heykəli də ehtiramla yad edildi. Aksiya bayram süfrəsi arxasında davam etdirildi. Bədii kompozisiya göstərildi. Sonda tədbir iştirakçılarına bayram hədiyyələri təqdim olundu, xatirə şəkilləri çəkdirildi. Mayın 10-da Mərkəzin İdarə Heyəti və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ulu öndərimizin ildönümünə ehtiramını "Heydər Əliyevin gender siyasəti" mövzusunda seminar-müşavirə ilə bildirdi. Tədbir İçərişəhərə və Şirvanşahlar Sarayına ekskursiya, Rəna Məmmədovanın əl işlərindən ibarət sərgiyə baxış, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunmuş özfəaliyyət müsabiqəsinin qaliblərinin konserti və çay süfrəsi ilə davam etdi. Məlum olduğu kimi, respublika üzrə hazırda bir milyon yarım həmkarlar ittifaqı üzvü var. Onlardan 530 mini qadındır. Sahələr üzrə 1205 gender komissiyası yaradılıb və bu komissiyalarda 4805 qadın çalışır. Demək olar ki, bütün respublika komitələrində fəaliyyət göstərən qadın komissiyaları müntəzəm şəkildə təşkilatlarda olmuş, kişi və qadın münasibətlərinin tənzimlənməsi və qadın hüquqlarının qorunması ilə əlaqədar görüşlər keçirmiş, təhlillər etmiş, qarşıya çıxan problemlərlə bağlı lazımi izahat işləri aparmışlar. Komissiyalarda müzakirə olunan məsələlərlə əlaqədar genişmiqyaslı seminarlar, yığıncaqlar keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 53 komissiya fəaliyyət göstərir. Komissiyalarda gender siyasəti və həmkarlar ittifaqları qarşısında duran vəzifələr, üzv təşkilatlarda gender siyasətinin icra vəziyyəti haqqında məsələlər müzakirə edilmiş, "Kişilərlə çiyin-çiyinə", "Qadınlarin cəmiyyətdə rolu", "Qadın problemi və gənclər siyasəti" mövzularında seminarlara yüzlərlə iştirakçı cəlb olunmuşdur. Əməyin mühafizəsi və sağlamlığın qorunması sahəsində gender məsələləri üzrə komissiyalar həmkarlar ittifaqı komitələri ilə birgə istehsalatda təhlükəli və zərərli iş yerlərinin bağlanmasına, qadınların qadağan olunan sahələrdə işlədilməsinə ciddi nəzarət edir. Elektroenergetika və Elektrotexnika Sənayesi, Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri, Su Təsərrüfatı İşçiləri Hİ respublika komitələrinin tabeliyində olan bəzi müəssisələrdə bilavasitə sözügedən komissiyaların təşəbbüsü ilə gigiyena otaqları yaradılmışdır. Gənc anaların problemlərinə aid tədbirlər keçirilmiş, istehsalatda çalışan qadınların pulsuz tibbi müayinəsi təşkil olunmuşdur. Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin gender bərabərliyi və qadın problemləri üzrə komissiyası "Sərnişindaşıma", "Yol təsərrüfatı", "Vaqonservis" istehsalat birliklərinin Bakı zonasında yerləşən müəssisələrində yoxlamalar aparmış, qadınların iş şəraitinin, sosial problemlərinin həlli vəziyyətini araşdırmış, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə və HİK sədrlərinə tövsiyələr vermiş, praktiki köməklik göstərmişdir. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Qadınlar Şurasının keçirdiyi dəyirmi masalar, seminarlar, konfranslar sahə üzrə çalışan qadınların əmək və yaşayış şəraitinin yaxşılaşdırılmasına, maddi və mənəvi rifahının yüksəldilməsinə, onların sosial-iqtisadi hüquqlarının qorunmasına, istirahətinin təşkilinə yönəldilmişdir. Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz və sahələr üzrə müəssisələrdə fəaliyyət göstərən qadın komissiyaları tərəfindən hesabat ili ərzində sahə və təşkilatlarda Azərbaycan Respublikasının qanunvericiliyinə və Baş Kollektiv Sazişə uyğun olaraq, çalışan qadınlar üçün bütün hüquqların, güzəşt və əlavələrin təmin edilməsi məsələləri daim nəzarətdə saxlanılmışdır.
Cəmilə Səttarova, AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.