Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Milli dəyərlər üzərində qurulan dövlətimizdə...

05.02.08 - 15:26586 baxılıb

Hazırda Proqramda əksini tapan müddəalar ardıcıllıqla həyata keçirilməkdədir.
Bu illər ərzində ittifaq üzvlərinin əmək və sosial-iqtisadi mənafelərinin müdafiəsi və həyat səviyyəsinin yaxşılaşdırılması Respublika Komitəsinin diqqət mərkəzində olmuşdur.
Həmkarlar ittifaqlarının fəaliyyətini, onların apardıqları işi daha da səmərəli və ünvanlı etmək, üzvlərlə sıx əlaqələr yaratmaq məqsədi ilə Rəyasət Heyəti səyyar iclaslar keçirmiş, yerlərdə RK-nın hesabatları təşkil olunmuşdur. Belə görüşlərdə qaldırılan bir çox köklü problemlərin həllində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaxından köməyinə arxalanmışıq.
Lakin etiraf edim ki, heç də həmişə yerlərdə qaldırılan, özümüzün aşkara çıxardığımız problemləri aradan qaldırmaq mümkün olmur. Çünki bunların əksəriyyəti səlahiyyətlərimiz və imkanlarımız xaricindədir. Məsələn, bu gün mədəniyyət işçilərinin əməkhaqları həddən artıq aşağıdır.
Mədəni-maarif sistemində çalışan işçilərin yoxsulluq səviyyəsində yaşamaları bizi ciddi düşündürməkdədir.
2006-cı ildə Respublika Komitəsinin apardığı araşdırmalar göstərdi ki, mədəniyyət sahəsində çalışanların maaşlarının bir neçə dəfə artırılması ayrı-ayrı kateqoriyadan olan işçilərin əməkhaqları arasında olan fərqi bir az da dərinləşdirmişdir.
Hazırda ən yüksək və ən aşağı əməkhaqqının fərqi dəfələrlədir.
Belə fərq sosial-ədalət prinsipinin gözlənilməsinə imkan vermir.
Ümid edirik ki, Baş Kollektiv Sazişin yeni layihəsi hazırlananda tarif stavkalarının artırılması məsələləri və bütün kateqoriyalardan olan işçilərin əməkhaqlarının Vahid Tarif Cədvəli əsasında müəyyənləşdirilməsi təklifi nəzərə alınacaqdır. Çox istərdik ki, AHİK-in III qurultayında da bu məsələyə münasibət bildirilsin.
Digər məsələ ondan ibarətdir ki, mədəni-maarif şəbəkəsi işinin yaxşılaşdırılmasını işçilərin sayının azalmasında və ixtisarında görmürük. Əksinə, bu sahəyə daha çox gənclərin cəlb edilməsi üçün burada əməkhaqlarından tutmuş, müasir avadanlıq və texnologiyalarla təminata qədər, sosial üstünlüklər verilməklə, həmin peşələri cəlbedici etməyin tərəfdarıyıq.
Bu mövqeyimizi Mədəniyyət və Turizm Nazirliyi ilə bağladığımız Tarif Sazişində də ortaya qoymuşuq. Razılığa gəlmişik ki, bir sıra sosial təminatlar tələbi ilə hökumətə birlikdə müraciət edək. Məsələn, Nazirlər Kabineti kənd yerlərində çalışan mədəni-maarif işçilərinə torpaq sahələrinin, fərdi evlərin tikilməsindən ötrü ssudaların ayrılması, uzun illər bu sahədə fəaliyyət göstərənlərə Fəxri adların, Fəxri fərmanların, döş nişanlarının verilməsi barədə qərarlar qəbul etsin. Arzu edərdik ki, bu istəyimizin tezliklə reallaşması naminə AHİK-in növbəti qurultayı nüfuzunu əsirgəməsin. Qəbul edəcəyi sənədlərdə bu məsələlər də yer alsın. Bir daha xatırladırıq ki, çox hörmətli Prezidentimiz cənab İlham Əliyev mədəniyyətimizi dövlətçiliyimizin əsas dayaqlarından biri kimi qiymətləndirir.
Azərbaycan mədəniyyətinə, əsrlər boyu onun daşıyıcısı olan sıravi mədəniyyət işçisinə daima diqqət və qayğı göstərilməlidir.
O, çıxışlarının birində demişdir:
"… biz milli dəyərlərimiz üzərində dövlətimizi qururuq. Müstəqil olmayan bir dövrdə bizi bir xalq kimi saxlayan, milli mənsubiyyətimizi qoruyan bizim tariximiz olubdur, mədəniyyətimiz olubdur, ana dilimiz olubdur, bizim milli musiqimiz olubdur, ədəbiyyatımız olubdur".

Mirzə ƏLİBƏYOV,
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi sosial-iqtisad şöbəsinin müdiri.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.