Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
...Bura atılanı oğlumun dönüklüyündən, qızlarımın vəfasızlığından, qohum-qardaşın etinasızlığından incik düşmüşəm. Onların bu unutqanlığından çox təsirlənmişəm. Neçə vaxtdır buradayam. Bir itirib-axtaranım olmayıb ki, bilsinlər ölmüşəm, ya qalmışam. Gözləri qəmli-qəmli yol çəkən Tükəz xala bir anlığa xəyala getdi. Haçandan-haçana özünə gəlib sözünə davam etdi. - Adamın qəlbində bir nisgili olur. Doğulduğun el-obada, yaxınlarının yanında olmaq nisgili. Görünür, bu, mənim kimi bu qocalar evində yaşayan 150 nəfərdən çox ahılın qismətinə belə yazılıbmış. - Dünya xeyirxah insanlardan xali deyil. Doğmalar itirib axtarmasalar da, yadlar bizi unutmurlar, tez-tez qapımızı açır, hal-əhvalımızdan xəbər tuturlar, qayğı və diqqət göstərirlər. Bizim bu qocalar evi, necə deyərlər, gəlimli-gedimli qonaq evini xatırladır, - dedi Tükəz xala. Buranın sakinləri olan ixtiyar ahıllar söylədilər ki, onları yoluxmağa gələnlər, darıxmağa qoymayanlar arasında həmkarlar ittifaqı işçiləri də az olmur. Hətta bildirdilər ki, Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi və bu qurumun Həmkarlar İttifaqı Komitəsi uzun illərdir ki, Bilgəh qəsəbəsində yerləşən bu Müharibə və Əmək Veteranları üçün Pansionatı himayəyə götürüblər. İldə ən azı 4-5 dəfə bayramlarda, əlamətdar günlərdə dənizçilərin "Sahil" ansamblı ilə birlikdə onlara qonaq gəlir, süfrə açır, qocalarla birlikdə deyib-gülüb əylənirlər. Veteranlardan Hüseyn Abdullayev və Minəxanım Abakərimova maraqlı bir fakt söylədilər. Dedilər ki, ötən ilin may ayında ulu öndərimiz Heydər Əliyevin anadan olduğu gündə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin işçiləri pansionata gəlmişdilər. Ömür-günlərini burada keçirən ahılların hər biri üçün qənd-çay, meyvə, təbii şirə, əl-üz sabunu, şampun, diş fırçası, pasta və sairdən ibarət sovqat bağlaması gətirmişdilər. Həmkarlar ittifaqı işçilərinin bu xeyirxah gəlişindən məmnun qalan hər iki ahıl nasazlıqları ilə əlaqədar sanatoriya müalicəsinə ehtiyac duyduqlarını bildirdilər. Respublika Komitəsinin sədri Hikmət Osmanov onların bu xahişinə əməl olunacağını vəd edir. H.Abdullayev "Günəşli", M.Abakərimova isə "Bilgəh" sanatoriyalarına pulsuz yollayışla təmin olunurlar. Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi, aparat işçiləri, Bakı şəhəri, rayon və birləşmiş HİK-lərin nümayəndələri də Milli Dirçəliş Günü münasibətilə pansionatda olmuşlar. Veteranlar üçün təşkil edilmiş nahar süfrəsindən sonra bayram konserti verilmişdir. Həmkarlar ittifaqları işçilərinin və fəallarının sözügedən qocalar evinə, əlillərin, kimsəsiz və xəstə uşaqların yaşadıqları digər pansionatlara belə xeyirxah gedişlərindən çox misal gətirmək olar. Ahıllarla söhbət əsnasında onlar xoş bir fikir söylədilər. Bildirdilər ki, öz "doğmalarından", "övladlarından" görə bilmədikləri qayğı və diqqəti tanımadıqları, görmədikləri insanlardan görürlər. Ailədə olsaydılar, çox güman ki, uşaqları və yaxınları onların müalicə və istirahətlərinə heç də belə canıyananlıq göstərməzdilər. Qardaşəli TEYYUBOV.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.