Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Şöbə müdiri bildirdi ki, dinləyicilərin tələbləri ilə əlaqədar yeni kursların təşkili və məşğələlərin keyfiyyətinə, mövzuların seçilməsinə diqqətin artırılması gündəmdə olmuşdur. İlk dəfə olaraq kitabxana müdirləri, respublika komitələrinin işçiləri, qadınlarla iş üzrə komissiya sədrləri, mühazirəçilər və ştatdankənar müəllimlər üçün kurslar təşkil olunmuşdur. Dinləyicilər ikigünlük treninqləri çox dəyərləndirirlər. Belə məşğələlərdə proqrama ən aktual problemləri öyrənən mövzular salınır. "Həmkarlar ittifaqları və gənclər", "Qadın və kişi bərabərliyinin rəğbətləndirilməsi, uşaq ölümünün azaldılması və analığı qoruma imkanlarının yaxşılaşdırılması", "Ekoloji sabitliyin təmin edilməsi", "Yoxsulluğun azaldılması" və sair mövzular üzrə keçirilmiş treninqlərdə yüzlərlə dinləyici iştirak etmişdir. Sahə həmkarlar ittifaqı respublika komitələrinin kurslara dinləyici göndərmələrinin vəziyyəti ilə maraqlandıq. R.Maniyeva bu işdə Təhsil, Rabitə, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələrini nümunə göstərdi. Bildirdi ki, sözügedən Respublika Komitələri kurslara göndərilən dinləyici kontingentini ildən-ilə artırırlar. Ancaq elə respublika komitələri də vardır ki, 3-5 nəfər dinləyici ilə kifayətlənirlər. Müsahibim təhsildə iki vacib amilin xüsusi rol oynadığını diqqətə çatdırdı. Qeyd etdi ki, respublika komitələri çox dinləyici göndərsələr, sahələr üzrə ayrıca kurslar təşkil etmək olar. Mövzular da eyni sahə üzrə seçilər. Bunu dinləyicilərin özləri də təklif edirlər. Hazırda bu istiqamətdə ilk addımlar atılmaqdadır. Digər bir məsələ isə respublika komitələrinin xidmətində olan təşkilatlarda təcrübə mübadiləsi aparmaq üçün baza- təhsil müəssisəsinin olmasıdır. Kurslarda dinləyicilər çox istəyirlər ki, məşğələləri qabaqcıl iş məcrübəsi olan müəssisələrdə keçsinlər, həmkarlar ittifaqı təşkilatının fəaliyyəti ilə əhatəli tanış olsunlar. Düzdür, bu gün belə müəssisələr var, ancaq azdır. Məsələn, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Həmkarlar İttifaqı Komitəsində əməyin mühafizəsinə nəzarət edilməsi, "Azərneftyağ" Neft Emalı Zavodunda kollektiv müqavilənin bağlanması və yerinə yetirilməsi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsində və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Bakı-2 şöbəsində işçilərin sosial problemlərinin həll olunması yönümündə zəngin iş təcrübəsi vardır. Kursların dinləyiciləri məşğələləri bu müəssisələrdə keçərkən xeyli bilik əldə edir, təcrübə mübadiləsi aparırlar. Digər respublika komitələrində də belə baza-təhsil müəssisələri yaradılsa, bundan dinləyicilər çox faydalanarlar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.