Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Qayğıya möhtac olanlar...

05.02.08 - 15:52580 baxılıb

Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov bu sahəyə birbaşa dövlətin nəzarət yetirməsi ilə yanaşı, Gənclər və İdman Nazirliyinin də məsuliyyət daşıdığını bildirir: "Azərbaycanda 23 minə yaxın valideyn himayəsindən məhrum olan uşaq yaşayır. Dövlət onlar üçün şərait yaratmalıdır ki, həmin uşaqlar müstəqil həyata qaytarılsın və hüquqları tapdanmasın. Bir müddət öncə Gənclər və İdman Nazirliyi bu nəzarəti öz üzərinə götürüb. Onlar 29 yaşınadək olan cavanların hüquqlarının müdafiəsinə hazır olduqlarını bildirir. Ancaq bu mexanizm həyata keçirilmir. Problem odur ki, internatı tərk edən uşağın hüququ heç kim tərəfindən müdafiə olunmur: "Uşaq hüquqları haqqında" Qanunda qeyd olunur ki, valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi təmin edilməlidir. Qanuna əsasən, 18 yaşından 23 yaşınadək olan gənc internatı tərk etməməlidir. Bu isə Beynəlxalq Uşaq Konvensiyasının müddəalarına ziddir. Çünki bu, öz növbəsində 18 yaşına çatmayan uşaqların hüquqlarının pozulması ilə nəticələnə bilər. Söhbət uşaq - gənc münasibətindən gedir. Onların bir arada yaşaması sonda çox ciddi problemlərə gətirib çıxara bilər. Ancaq bu qanun ona görə qəbul olunub ki, onlar həyata daha hazır formada təhvil verilsinlər".
Y.Bəkirovun sözlərinə görə, internatlardan çıxan uşaqların bir sıra problemlərini yerli icra orqanları həll etməlidir: "Valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı qanun da mövcuddur. Bu qanunda 18 yaşını bitirən uşaqların təminatı da göstərilib. 18 yaşından sonra həmin uşaqlarla yerli icra hakimiyyətləri məşğul olmalı, onların işlə, evlə təmin olunması məsələlərini həll etməlidir".
Məlumat üçün bildirək ki, Azərbaycanda yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Təhsil Nazirliyinin tərkibində 6 uşaq evi fəaliyyət göstərir. Bu uşaq evlərində isə təxminən 750 nəfər uşaq tərbiyə alır. Uşaq evlərinin 3-ü Bakı şəhərində, 3-ü isə regionlarda - Gəncədə, Şəkidə və Lənkəranda fəaliyyət göstərir. Bundan əlavə, 36 ümumtəhsil internatı var ki, burada həm yetimlər, həm də imkansız ailələrin uşaqları təhsil alır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.