Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Keyfiyyətsiz ərzaq xidmət sahələrində realizə edilir

05.02.08 - 15:53644 baxılıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən aldığımız məlumata görə, vaxtaşırı olaraq şadlıq evlərində verilən ərzaq məhsullarının monitorinqi aparılır. Mərkəzin şöbə müdiri Zirəddin Kazımov monitorinq zamanı əhaliyə verilən bütün isti və soyuq yeməklərin, içkilərin tərkibi və yararlılığının yoxlanıldığını bildirir: "Həmin obyektlərdə ziyafətlər zamanı verilən bütün növ yeməklər, salatlar, içkilərin yararlılığı araşdırılır. Dəfələrlə müştəriyə keyfiyyətsiz ərzaqdan hazırlanmış yeməklər təklif olunduğunu üzə çıxarmışıq. Əhaliyə təklif edilən spirtli və spirtsiz içkilərin də əksəriyyəti standartlara cavab vermir. Məsələn, ötən il ərzində aparılan yoxlamalar zamanı iaşə obyektlərindən 760 nümunə götürülüb. 400-dən artıq nümunənin standartlara uyğun olmadığı üzə çıxıb. 43 obyekt cərimələnib. Ümumilikdə isə cərimələnən obyektlərin sayı 400-dən artıqdır. Nöqsanlar aşkarlanan 156 iaşə obyektinin fəaliyyəti dayandırılıb".
Z.Kazımovun sözlərinə görə, bir çox iaşə obyektlərində sanitar-gigiyenik şərtlərə riayət edilmir: "İşçilərin sayının dəfələrlə az göstərildiyi, həmçinin əməkdaşların tibbi müayinədən keçmədiyi halları kifayət qədərdir. Qeyri-ixtisaslı şəxslər aşbaz və ofisiant kimi işə götürülür".
Z.Kazımov dedi ki, cari ildə şadlıq evlərinin monitorinqi iki mərhələdə aparılacaq: "Monitorinq aparılarkən restoran və şadlıq evləri seçmə üsulla müəyyənləşdirilir. Seçim zamanı əhalidən mərkəzə daxil olan şikayətlər də nəzərə alınır. Mərkəz mütəxəssislərilə yanaşı, rayon şöbələri də ayrı-ayrılıqda ərazilərindəki şadlıq evlərinə reydlər keçirirlər. Bu dəfə ötən il monitorinq keçirilən şadlıq evləri deyil, digərləri nəzarətə götürüləcək. Hər şadlıq evində növbəti monitorinq 6, yaxud 9 aydan sonra aparıla bilər. Bu il keçiriləcək monitorinqlərdə şadlıq evlərində çalışanların tibbi müayinəyə cəlb edilməsi və həmin müəssisələrin vergidən yayınmasının qarşısının alınması diqqət mərkəzində olacaq".

"Paytaxtda ancaq restoranlar üçün işləyən gizli sexlər
fəaliyyət göstərir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, hazırda paytaxtda ancaq şadlıq evləri və restoranlar üçün işləyən gizli sexlər fəaliyyət göstərir. Həmin qeyri-qanuni sexlərdə araqlar, sərinləşdirici içkilər, şirələr və qida məhsulları istehsal edilir. Saxta məhsulların ən çox realizə olunduğu yer isə restoran və şadlıq evləridir. Bu məsələdə şəffaflığın olmamasının səbəblərindən biri də istehlakçıların hüquqlarını bilməmələridir. Onların mətbəxə daxil olub, hazırlanan yeməklərin tərkibi ilə tanış olmaq imkanları yoxdur. Restoranlarda keçirilən şadlıq tədbirləri zamanı tərəflər şifahı razılığa gəlir və heç bir müqavilə imzalanmır. Buna görə də tədbir sahibi yeməklərin hazırlandığı məhsulların yalnız adı haqqında məlumat ala bilir. Onların keyfiyyəti barədə isə heç bir bilgiyə malik olmur. Halbuki hər bir şəxs istehlak etdiyi məhsulun mənşəyi, qiyməti barədə sənəd tələb etmək, hətta məhsulu ekspertizaya göndərmək hüququna malikdir. Xidmət sahəsi isə ekspertizanın nəticəsini alıb 3 gün ərzində istehlakçıya məlumat verməlidir. Göründüyü kimi, qanunlar istehlakçının öz hüquqlarını qoruması üçün tam şərait yaradır. Əksər istehlakçılar bilərəkdənmi, bilməyərəkdənmi qanunların yaratdığı şəraitdən istifadə etmək istəmirlər. Məsələn, menyunun və kassa çekinin olması əslində istehlakçı ilə bağlanan müqavilədir. Amma müştərilərə istehlak etdikləri mal üçün çek verilmir. O, zəhərlənərsə heç kimə sübut edə bilməz ki, harada, hansı ərzaqdan zəhərlənib və məsuliyyəti kim daşıyacaq".
E.Hüseynovun sözlərinə görə, bir sıra xarici ölkələrdə istehlakçı restoranda quraşdırılan monitorlar vasitəsilə mətbəxdə görülən işləri, yeməklərin hazırlanması prosedurunu izləyə bilir: "Azərbaycanda isə bu şəkildə, yəni "açıq mətbəx" prinsipi ilə işləyən restoranlar barmaqla sayılacaq qədər azdır. Mətbəxləri istehlakçıların üzünə bağlamaq, orada baş verənləri gizləmək nadanlıq əlamətidir. Belə halların qarşısının alınması üçün Azərbaycan hökumətinin istehlakçı siyasəti formalaşdırılmalıdır. Digər tərəfdən isə, istehlakçılar maarifləndirilməlidir".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.