Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Sosial göstəricilər

18.02.08 - 16:03618 baxılıb

. Ölkə üzrə əmək pensiyaçılarının sayı 2007-ci ilin sonuna 1 milyon 247 min nəfər olmuşdur.
. 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 79 manat, uşaqlar üçün 59 manat, pensiyaçılar üçün isə 55 manat təsdiq edilib.
. 2008-ci il yanvarın 1-dən minimum əməkhaqqı və minimum pensiya 60 manata çatdırılmışdır.
. Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyətə başladığı 2006-cı ilin yanvarın 1-dən etibarən əmək pensiyalarının baza, yəni minimum səviyyəsi davamlı olaraq artırılaraq 25 manatdan 60 manata qaldırılmışdır.
. Əmək pensiyalarının orta aylıq məbləği 2008-ci ilin əvvəlinə 72,3 manata çatmışdır.
. 114 min nəfər pensiyaçı işləyir.
. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində 715 min nəfərin pensiyasına artım tətbiq olunmuşdur.
. Pensiyaçıların 510 min nəfəri 60 manat, yəni minimum səviyyədə pensiya alır.
. Ölkə üzrə 830 min nəfər pensiyalarını plastik kartlarla alır.
. Pensiyaçıların Bakı üzrə 100 faizi, kənd rayonları üzrə isə 53 faizi pensiyalarını plastik kartlarla alır.
. Bankomatların sayı Bakı üzrə 675 ədəd, digər şəhər və rayonlar üzrə isə 467-dir.
. 2008-ci ilin yanvarın 1-dən ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq üçün ehtiyac meyarının həddi 45 manata qaldırılmışdır.
. Ölkə üzrə 78 min ailə və ya 364 min nəfər ünvanlı sosial yardım proqramı ilə əhatə olunur və orta hesabla hər bir ailəyə dövlət tərəfindən verilən yardım təxminən 100 dollar səviyyəsindədir.
. 2008-ci ildən uşaq 3 yaşına çatanadək sosial məzuniyyətdə olan analara verilən müavinət:
1,5 yaşa çatanadək minimum əməkhaqqının 30 faizi, 1,5-3 yaşa çatanadək minimum əməkhaqqının 15 faizi məbləğində nəzərdə tutulub.
Dəfn müavinəti bütün əhali üçün eyniləşdirilərək əmək pensiyasının baza hissəsinin üç misli məbləğində müəyyənləşdirilib.

Kazbek ƏLƏKBƏROV,
AHİK-in şöbə müdiri.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.