Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Xatırladaq ki, ölkədə 3%-ə yaxın inflyasiyanın olması nəticəsində işçilər 12 ay ərzində hər bir işçinin aylıq maaşına 200 avro (290 ABŞ dolları) əlavə ödəniş tələbi ilə danışıqlar aparırdılar. İşəgötürən bu danışıqların dayandırılması barədə qərar qəbul etmişdi. Bu da etiraz aksiyasına səbəb olmuşdu. İşəgötürən, üç mərhələdə ödənilməklə, işçilərin aylıq məvacibinin 5% artırılmasında israrlı idi. Buna da o şərtlə razı idi ki, həftəlik iş saatı 38,5-dən 40-a qaldırılsın. Bu şərtlərdən imtina edən işçilərin tətilləri hazırda şəhər yeməkxanalarını, xəstəxanaları, uşaq bağçalarını, kommunal xidməti, polis və dövlət əmanət kassalarını bürüyüb. Fevral ayının 25-də danışıqların növbəti mərhələsinin başlanması gözlənilir. Razılıq əldə olunmazsa, həmkarlar ittifaqları tətillərin daha da gücləndiriləcəyini və daha kütləvi xarakter alacağını vəd edirlər. Qeyd edək ki, dövlət sektoru işçilərinin tətillərindən bir qədər əvvəl, yəni fevralın 8-də Almaniyanın metal zavodlarının işçiləri etiraz aksiyalarına başlamışdılar. Metallurgiya işçilərinin əsas tələbi 85 min işçinin əməkhaqqının 8% qaldırılmasından və gənc işçilərə, yaşının çoxluğuna görə iş saatı azaldılmış işçilərə hər ay əlavə 100 avro ödənilməsindən ibarət idi. Metal işçilərinin tətilində 10.000 işçi iştirak etmişdir. Onların önündə Almaniyanın metal işçilərinin əsas həmkarlar ittifaqı təşkilatı sayılan İÇ Metal dayanmışdır. Etiraz aksiyaları Almaniyanın Ruhr Valley bölgəsini əhatə etmişdir. İşçilərin öz tələblərini tətillər etməklə davam etdirməsinə isə işəgötürən ilə həmkarlar ittifaqlarının apardığı danışıqların nəticəsiz qalması səbəb olmuşdur. Fevral ayının 19-da danışıqlar yenidən başlanmışdır. Fransa: tətillər və qələbələr Mişelin: 2008-ci il fevral ayının 19-na olan məlumata görə, Toul şəhərində Michelin təkər zavodunun işçiləri əməkhaqqının qaldırılması tələbi ilə tətil etmişlər. Zavodun ətrafında maşın təkərlərinə od vuran 826 işçi piket keçirmişdir. Tətil edən işçilər yalnız tələblərinə müsbət cavab aldıqdan sonra etiraz aksiyalarını dayandırmışlar. La GRANDE ARMEE-Parisin 16-cı rayonunda yerləşən bir restoranda 9 nəfər sənədsiz işçinin beş gecəlik tətilindən sonra tələblərinə müsbət cavab verilmişdir. İşçilərin əlində restoran rəhbərliyi tərəfindən 2 ildən 9 ilədək iş ilə təmin edilmələri haqda təsdiq edilmiş müqavilə var. İndi həmin işçiləri heç kəs nə deportasiya edə bilər, nə də ki, istəmədikləri halda onları əlavə işlədə bilər. Karrefur: Grand Litoraldakı supermarketin işçiləri 16 günlük tətili dayandırıb işə qayıdıblar. Onların tələbləri qismən təmin edilmişdir. İl de Fransda avtobuslara xidmət göstərən şirkətin sürücüləri əməkhaqqının artırılması tələbi ilə tətil keçirmişlər. Onlar həmçinin verginin çoxluğundan narazılıq etmişlər. Bu tətillər Val d Oise, Sein Saint-Lenis və Seine et Marne ərazilərini əhatə etmişdir. Onların tələbi konkret olaraq aylıq maaşın 1750 avrodan 1975 avroya qaldırılmasından ibarət olmuşdur. Milli Basın (Çapxana) işçiləri dörd həftəlik etiraz aksiyaları keçirmişlər. Əsas tələbləri hökumətin üç il əvvəl verdiyi vədə əməl etməməsi olmuşdur. 1999-cu ildə tapılmış 1640 sifariş dövlətə məxsus şirkətə yönəldilmişdir. 2006-cı ildə iş yerlərinin 70%-i ixtisar edilmişdir. Fransada keçirilmiş etiraz aksiyalarının demək olar ki, hamısında avronun alıcılıq qabiliyyətinin aşağı düşməsi faktı önə çəkilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.