Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Valideynlər narahat olmasınlar...

14.05.10 - 17:53575 baxılıb


Əmanətlər bu ildən qaytarıla bilər

07.05.10 - 14:00447 baxılıb

Əli Məsimli: "Bu, mayda büdcəyə yenidən baxılıb-baxılmayacağından asılıdır"

Nazim Məmmədov: "2 min rubla qədər olan əmanətlərin yarısını, 2 mindən 6 minə qədər olanın 3-də birini, 6 mindən 10 minə qədərin isə 4-də birini qaytarmaq olar"

Hadı Rəcəbli : "Əmanətlərin indeksləşdirilməsi və qaytarılması ilə əlaqədar dünya təcrübəsi öyrənilir"


“Çernobılçı" rabitəçilər qayğı əhatəsində

30.04.10 - 14:05522 baxılıb


Aprel təhlükəsizlik ayı elan olunmuşdu

30.04.10 - 14:03564 baxılıb

“Azəriqaz" İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi Əməyin Mühafizəsi Gününə özünəməxsus şəkildə hazırlaşmışdı. Komitə apreli bütünlüklə əməyin mühafizəsi və təhlükəsiz əmək ayı elan etmişdi.

Ay bir çox yaddaqalan tədbirlərlə zəngin olmuşdur. Belə ki, İstehsalat Birliyinin xidmətinə daxil olan qaz-istismar sahələrində, Ağdaş, Qazax magistral qaz nəqli sahələrində əməyin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi mövzusunda seminar keçirilmişdir.


Qanunsuz tikililərlə bağlı problem birdəfəlik həll oluna bilər

23.04.10 - 14:59259 baxılıb

Nazim Məmmədov: "Kompensasiya mülkiyyətçinin seçimindən asılı olaraq pul və ya başqa yerdə torpaq sahəsi şəklində veriləcək"

Milli Məclisin sonuncu iclasında "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sənəddə indiyədək mövcud olan bir sıra problemlərin həlli öz əksini tapıb. Ən diqqət çəkən məqamlardan biri isə qanunsuz tikililərin sahiblərinə də kompensasiya ödənilməsinin nəzərdə tutulmasıdır. Məsələyə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Nazim Məmmədovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


Ünvanlı sosial yardımların verilməsində nöqsanlar qalmaqdadır

23.04.10 - 14:54470 baxılıb


Nəqliyyat Nazirliyi Dövlət Yol Polisi ilə birgə reydlər keçirib

16.04.10 - 19:46302 baxılıb

Namiq Həsənov: "Avtomobil yollarının tez sıradan çıxması daha çox yük avtomobillərinin normadan artıq yüklənməsidir"

Nəqliyyat Nazirliyi magistral avtomobil yollarının mühafizəsi üçün tədbirləri gücləndirəcək. Bu məqsədlə nazirlik Dövlət Yol Polisi ilə birlikdə reydlər keçirmək niyyətindədir. Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənovun sözlərinə görə, avtomobil yollarının tez sıradan çıxması daha çox yük avtomobillərinin normadan artıq yüklənməsidir:
"Bir çox hallarda yük avtomobillərini idarə edən sürücülər Nazirlər Kabinetinin avtomobil yollarının mühafizəsi üçün verdiyi qərara əməl etmirlər.
Nəticədə magistral yollar dağılır, körpülər uçur. "Kamaz" markalı yük maşınlarına normativ çəki 9 ton qoyulsa da, bu, çox vaxt normadan bir neçə dəfə artıq olur.


Maaşların zərflərdə verilməsi büdcəyə 1 milyard manatdan çox zərər vurur

16.04.10 - 19:36271 baxılıb

İkili mühasibatlığın davam etməsi pensiya və maaşların artımına da mane olur

İşçilərə aylıq tarif cədvəlində göstərilən maaşlardan 2-3 qat çox əlavə haqq ödənilməsi faktı Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Sığorta Fondunun məsulları tərəfindən dəfələrlə qeyd olunub. Dövlət başçısı da Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bu problemə toxundu:
"Hələ ki, iqtisadiyyatımızın müxtəlif sektorlarında işləyənlərin bir hissəsi qeyri-qanuni işləyir. Yəni maaşları qanuni şəkildə almır və beləliklə, həm vergilərdən yayınırlar, həm də bu proseslər istər-istəməz bugünkü real sosial vəziyyəti əks etdirmir. Çünki bu gün xüsusilə inşaat sektorunda, baxmayaraq ki, ciddi tədbirlər görülüb, hələ bu sahədə böyük nöqsanlar vardır. Elə etməliyik ki, həm bu sektorda və başqa sektorlarda - ticarət, ictimai-iaşə obyektlərində işləyən hər bir vətəndaş maaşı zərfdə deyil, qanuni şəkildə alsın, onun vergisini ödəsin".


İranlılar ABŞ-dan qorxaraq Azərbaycana üz tuturlar

09.04.10 - 19:13338 baxılıb


Maşın satanda da, mebel alanda da Maliyyə Nazirliyinə xəbər verməlisən...

09.04.10 - 17:38229 baxılıb

Həyata keçirilən maliyyə əməliyyatlarının monitorinqi aparılacaq

Maliyyə Nazirliyi aprel ayından başlayaraq respublikada həyata keçirilən 15 min manatdan artıq maliyyə əməliyyatlarının monitorinqini aparacaq. Həmin məbləğdə sövdələşmələr həyata keçirən şəxslərdən maliyyə əməliyyatının məbləğini və sövdələşmələrin məzmununu əks etdirən müvafiq sənədlər tələb olunacaq. Bu, həm dövlət idarələrində və sahibkarlıq sektorunda çalışan insanların maliyyə əməliyyatları ilə yanaşı, həm də fiziki şəxslərin apardığı sövdələşmələr zamanı tətbiq ediləcək.


Təhlükəli tullantıların idarə olunması və ekoloji təbliğat

05.04.10 - 11:45684 baxılıb

Son onilliklər ərzində Azərbaycan Respublikasında sənayenin sürətlə inkişafı ilə əlaqədar olaraq istehsal prosesləri zamanı əmələ gələn tullantıların idarə olunmasına lazımi diqqət yetirilməmiş və nəticədə ətraf mühitə təsirin miqdarı çoxalmışdır.

Aparılan araşdırmalar göstərir ki, müəssisələrdə tullantıların saxlanılma şəraiti əksər hallarda ekoloji, norma və standartlara cavab vermir. Belə ki, tullantılar ətraf mühitdən təcrid olunmadan saxlanılır və ya yerindəcə basdırılır. Təhlükəli tullantıların yerləşdirilməsi üçün ixtisaslaşdırılmış poliqonların, emal texnologiyalarının və qurğuların azlığı, ətraf mühit komponentlərinin getdikcə korlanması əhalinin sağlamlığına mənfi təsir göstərir.


Bayram günləri ərəfəsində xidmət sahələri necə işləyəcək?

19.03.10 - 13:34237 baxılıb

Sərnişin sıxlığından asılı olaraq dəmir yolu və avtovağzalda əlavə tədbirlər görüləcək

Bu suallara cavab tapmaq üçün ilk növbədə Dövlət Dəmir Yolunun kassalarına baş çəkdik. Bütün kassaların qarşısında növbələr yaranmışdı. İstər ölkə xaricinə, istərsə də bölgələrə getmək istəyənlərin sayı kifayət qədər çox idi. Əksər istiqamətlərə martın 18 və 19-na olan biletlər satılmışdı. Kassalardan ayrılan bəzi şəxslərin üzlərindəki narazılıq göstərirdi ki, bilet ala bilməyiblər.


Benzinin keyfiyyəti yaxşılaşdırılacaq...?

09.03.10 - 11:54254 baxılıb

90-cı illərin əvvəllərində Bakıda 50 min avtomobil var idisə, indi bu rəqəm 800 mini ötüb

Bakıda avtomobillərin sayının sürətlə artması ekoloji tələbləri vacib və mühüm problemlərdən birinə çevirmişdir. Statistik məlumatlara görə, 90-cı illərin əvvəllərində Bakıda 50 min avtomobil var idisə, indi bu rəqəm 800 mini ötüb.
Bu ilin iyul ayının 1-dən ölkəyə Avropa standartlarına cavab verməyən avtomobillərin idxalının dayandırılması qərara alınıb. Qadağaların tətbiqində avtomobilin hansı şirkətə və ya ölkəyə məxsus olması əsas götürülməyəcək.


Hökumət kasıblara dayaq duracaq

01.03.10 - 11:20252 baxılıb

Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihə hazırlanır

Hökumət ölkədə demoqrafik vəziyyətin gərginləşməsini nəzərə alaraq gənc ailələrə güzəştlər etmək qərarına gəlib. Son illər ölkədə uşaq doğumunun səviyyəsinin aşağı düşməsi, boşanma hallarının sayının artması və ümumilikdə demoqrafik vəziyyətin təhlükəli həddə çatması hökuməti gənc ailələrə dövlət qayğısını artırmağa vadar edir. Bu məqsədlə sosial müdafiə strukturları tərəfindən hazırlanmış təkliflərə uyğun olaraq gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanun layihəsi hazırlanacaq. Layihənin ilkin təfərrüatları ilə bağlı fikirlərini bildirən Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, sənəd ilin sonuna kimi hazır olacaq.


Ailə və Əmək məcəllələri ətrafında müzakirələr səngimir

19.02.10 - 15:37386 baxılıb

Hadı Rəcəbli: "Analıq məzuniyyəti müddətinin iki həftə artırılmasına ilkin razılıq almışıq"

"Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihələri ilə bağlı mübahisələr bu gün də davam etməkdədir. Parlamentin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli qanun layihəsinin əleyhinə çıxanların yanıldıqları qənaətindədir.


Yüksək gərginlikli elektrik xətlərinin altındakı evlər söküləcək

13.02.10 - 21:26277 baxılıb

"Azərenerji" Səhmdar Cəmiyyəti qanunsuz inşa olunmuş evlərin sökülməsi üçün Nazirlər Kabinetinə müraciət edib

"Azərenerji" Səhmdar Cəmiyyəti yüksək gərginlikli elektrik verilişi xətlərinin altında qanunsuz inşa olunmuş evlərin sökülməsi üçün Nazirlər Kabinetinə müraciət edib. Qurum hökumətdən elektrik enerjisinin ötürülməsini təmin edən xətlərin və qurğuların, eləcə də yarımstansiyaların mühafizə zonasında yerləşən evlərin və ticarət-iaşə, xidmət obyektlərinin sökülməsi təklifini irəli sürür. "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov bildirib ki, son 20 ildə Bakı şəhərinin müxtəlif ərazilərində xüsusi dövlət əhəmiyyətli sahələrdə yüksək gərginlikli xətlərin altında yaşayış evlərinin tikilməsi geniş vüsət alıb.


Əhali artımı aşağı düşür

06.02.10 - 20:51507 baxılıb

BMT-nin Əhali Fondu Cənubi Qafqazda gənc kişilər arasında xroniki prostatitin kəskin artdığını bildirir

Dünyada yeni qlobal problem özünü göstərməkdədir. Bir çox ölkələr artıq demoqrafik böhranla üzləşib. Dünya əhalisinin sayının kəskin şəkildə azalması tendensiyası dərinləşib. Avropa ölkələrində demoqrafik situasiya daha ciddi xarakter alıb. Bu ölkələrin əksəriyyətində doğumun səviyyəsi son illərdə xeyli azalıb və insan ölümü doğumu 2 dəfə üstələyib.


Tələbə yataqxanaları bu il boşaldılacaq?

01.02.10 - 12:10358 baxılıb

Sənan Hüseynov: "Məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların ancaq təmir edilməsi gündəmdədir"

Paytaxtdakı müxtəlif yataqxanalarda məskunlaşan məcburi köçkünlər siyahıya alınıb. Yataqxanalarda yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir müddət əvvəl məsələ qaldırıldığından bu tədbir müəyyən narahatlıqlara səbəb olub.


Beşyaşlılar məktəbə hazırlaşır

25.01.10 - 12:57743 baxılıb


Yardımların geçikdirilməsinin səbəbi yeni sistemə keçiddir

25.01.10 - 12:55311 baxılıb

Hadı Rəcəbli: “Ünvanlı sosial yardımın verilməsilə bağlı ittihamlar əsassızdır”

Ötən ilin sonlarından etibarən ölkədə ünvanlı sosial yardımların verilməsində problemlərin yaranması ətrafında söz-söhbətlər hələ də səngimək bilmir. Bir neçə gün öncə açıqlamasında bu məsələyə aydınlıq gətirməyə çalışan Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin bu yöndəki məlum fikirləri isə müxalif dairələrdə heç də birmənalı qarşılanmayıb. Milli Məclisin komitə sədri və ünvanlı sosial yardımların verilməsinə birbaşa cavabdehlik daşıyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına bir sıra ittihamlar səsləndirilib.


< 1 2 3 4 5 6 7 8 9 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.