Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Dövlət Sosial Müdafiə Fondunun ötənilki gəlirləri 1 milyard 600 milyon manat olub. Bu göstərici 2008-ci illə müqayisədə 205 milyon manat artıb. Sosial sığorta haqları üzrə daxilolmalar isə 8,3 faiz artaraq 1 milyard 37 milyon manata çatıb. Bunun da 56 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Hesabat dövrü ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi də gücləndirilib. Nəticədə fiziki şəxslərdən sosial sığorta haqları üzrə daxilolmalar 25 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 23 faiz artıb". Bunu fond sədri Səlim Müslümov prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib. Qurum səlahiyyətlisi qeyd edib ki, ötən il üzrə maliyyələşmə proseslərinə bütünlüklə yekun vurulub: "Ötən ilin əvvəlinə fondun hesabında olan 91 milyon manat sərbəst qalıq, həmçinin büdcə təşkilatlarından ilin son günlərində daxil olacaq sosial sığorta haqlarının qarşılıqlı əvəzləşdirilməsi hesabına dövlət büdcəsindən əlavə ayrılan 40 milyon manat vəsait pensiyaların ödənişinə yönəldilib. Fondun xərclərinə gəlincə, ötən il bu rəqəm 1 milyard 675 milyon manat təşkil edib. Bu vəsaitin 96,6 faizi və ya 1 milyard 618 milyon manatı əhaliyə ödənişlərə yönəldilib. Bu da 2008-ci ilə nisbətən 20,8 faiz və ya 278 milyon manat çoxdur. Bütün xərclərin 94 faizini pensiya ödəmələri təşkil edib. Bundan əlavə, 2009-cu ildə əhaliyə 46,4 milyon manat və ya əvvəlki ilə nisbətən 24,6 faiz çox müavinət verilib.
Hadı Rəcəbli: "Xaricilərə övladlığa verilən uşaqların gələcəyini və hər bir addımını izləmək üçün qanunvericilikdə kifayət qədər müddəa var"
Azərbaycanda atılan və övladlıqdan imtina edilən uşaqların sayı minimuma enib. Milli Məclisin Sosial Siyasət Komitəsinin məlumatına əsasən, son vaxtlarda uşaq evlərindəki uşaqların sayı azalmaqdadır. Adıçəkilən komitə bunu ailələrin sosial durumunun yaxşılaşması ilə əlaqələndirir. Ailələrin vəziyyəti yaxşılaşdığından artıq uşaqdan imtina edənlərin sayı da azalır. Xatırladaq ki, hazırda uşaq evlərində yaşayan uşaqların 70 faizinin bir və ya iki valideyni var. Bununla yanaşı, uşaq evlərində 20 minə yaxın uşaq ailə nəvazişi, qayğısı hiss etmədən yaşayır.
Məktəbəqədər təhsil müəssisələrinin uşaqların tərbiyəsində rolunun çox böyük olmasına baxmayaraq, bu gün uşaq bağçalarının durumu heç də ürəkaçan deyil. Hazırda Azərbaycanda 110017 uşağı əhatə edən 1764 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 1698-i Təhsil Nazirliyinin, qalanları isə digər nazirlik, şirkət, idarə və təşkilatların tabeliyindədir. Son 15 ildə Azərbaycanda 85 məktəbəqədər təhsil müəssisəsi bağlanıb ki, onların da 45-i Bakıda yerləşirdi. Uşaq bağçalarının sayının azalmasının digər səbəbi Qarabağ müharibəsidir. 242 məktəbəqədər müəssisə işğal edilmiş bölgələrdə qalıb. Bundan əlavə, doğma yurdlarından didərgin düşən 1683 qaçqın və məcburi köçkün ailəsi də hazırda uşaq bağçalarında məskunlaşıb. Təkcə Bakıdakı bir neçə uşaq bağçasında 737 ailə yaşayır. Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkə üzrə məktəbəqədər yaşda olan uşaqların yalnız 19,6 faizi bağçalara gedir.
Bəzi deputatlar bunu mentalitetə uyğun hesab etmirlər
Dövlət Statistika Komitəsinin 2008-ci ildə keçirdiyi sorğu əhalinin 77 faizinin cəmiyyətdə daha çox qadınların və uşaqların zorakılığa məruz qaldığı fikrində olduğunu göstərib. Yəqin ki, əksəriyyətin məişət zorakılığı ilə bağlı rəsmi rəqəmlərin gerçəkliyi tam əks etdirmədiyi fikri əsassız deyildir. Sirr deyil ki, zorakılığa məruz qalanların çoxu hüquq-mühafizə orqanlarına müraciət etmək istəmir. Onların zorakılıq qurbanlarına çevrilməsinin isə kifayət qədər səbəbi var. Bəzi qadın millət vəkillərinin fikrincə, zorakılığın əsas səbəbləri zərif cinsin nümayəndələrinin iqtisadi asılılığı, təhsil səviyyəsinin aşağı olması, qızların erkən ərə verilməsidir.
Nazim Məmmədov: "Sosial kirayə evsizləri mənzillə təmin etməklə yanaşı, vergi ödənişlərini də artıracaq"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin sonuna qədər 2010-2013-cü illər üçün nəzərdə tutulan "Aztəminatlı ailələrin Sosial Reabilitasiyası Dövlət Proqramı"nın layihəsi üzərində işi yekunlaşdıracaq. Adından da bəlli olduğu kimi proqram aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutub. Bu məqsədlə sənəddə müxtəlif istiqamətlər müəyyənləşdirilib. Hazırda kiçik ailə-kəndli təsərrüfatlarına dəstək göstərilməsi də planlaşdırılır. Həmin ailələr yardım formasında verilmiş pullar hesabına təsərrüfatlarda istehsal, emal və xidmət fəaliyyəti ilə məşğul olacaqlar. Onların qazandığı pullar hesabına həmin təsərrüfatların genişləndirilməsi nəzərdə tutulur. Hökumət bu təsərrüfatlara bir sıra güzəştlər də edəcək. Onlar vergilərdən də azad olunacaqlar.
Əli Məsimli: "Konsepsiya real nəticələrini 10-15 il sonra verməyə başlayacaq"
"Hökumət çalışmalıdır ki, əhalinin aztəminatlı təbəqəsinin təmsilçiləri pensiyaya çıxdıqdan sonra yoxsulluq girdabına düşməsin". Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli bu fikirdədir. Onun sözlərinə görə, pensiya sistemi əhalinin bütün təbəqələrinin hüquqlarını qorumalıdır. Vətəndaş pensiyaya çıxanda əməkhaqqının 40-60 faizi həcmində pensiya almalıdır. Belə olarsa, vətəndaşlar pensiyaya çıxdıqdan sonra da işləməkdə maraqlı olmazlar. Ə.Məsimli dedi ki, 20 il bundan əvvəl Azərbaycanda orta aylıq pensiya yaşayış minimumundan 2 dəfə çox olub.
Tez-tez mətbuatda, radio və televiziyada uşaqların əmək hüquqlarının müəyyən şəxslər tərəfindən pozulması barədə materiallar dərc olunur və göstərilir. Bu neqativ halların bir çoxu bilərəkdən baş versə də, əksər hissəsi qanunvericiliyin tələblərinin kifayət qədər öyrənilməməsindən irəli gəlir. Bunu nəzərə alaraq qanunvericilikdən bəzi məqamları oxucularımızın diqqətinə çatdırmağı vacib saydıq. Əvvəla, belə bir suala aydınlıq gətirək: uşaq hansı yaşda olanlara deyirlər?
"Uşaq hüquqları haqqında" qanunun 1-ci və Ailə Məcəlləsinin 49.1. maddəsinə, "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasına əsasən, uşaq dedikdə 18 yaşına çatmamış şəxslər başa düşülməlidir. Qeyd etmək lazımdır ki, “Gənclər siyasəti haqqında” qanunun 1.0.2. maddəsi ilə yaşı 16-dan 35-dək olan şəxslər gənclər hesab edilmişdir.
Hüquqi şəxslər üzrə isə uçotun aparılması normaldır
"2009-cu ildə Azərbaycanda inflyasiyanın qeydə alınacağı proqnozlaşdırılır. Amma inflyasiya göstəricisi yüksək olmayacaq. Proqnozlara görə, bu il Azərbaycanda illik inflyasiyanın 2 faizdən çox olmayacağı gözlənilir". Bu barədə KİV-ə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib. Komitə sədrinin sözlərinə görə, oktyabr ayında Azərbaycanda 0,4 faiz inflyasiya müşahidə olunub. 10 ayın göstəricilərinə görə isə illik inflyasiya 1,2 faizdir. Komitə sədri bildirdi ki, gələn il də Azərbaycanda inflyasiya birrəqəmli - təxminən 4-5 faiz olacaq.
Hazırda Azərbaycanda 152 min 500 ailə, təxminən 700 min nəfərə yaxın ailə üzvü ünvanlı dövlət sosial yardımı alır. Yardım təyin olunan ailələrin 90 faizi bir neçə nəfərdən ibarətdir. Onların da təxminən 50 faizi uşaqlardır. Ünvanlı sosial yardım ödənilən ailələrin 45 faizi üç və daha çox uşağı olan ailələrdir. Bu gün ölkədə hər bir ailəyə düşən ünvanlı yardımın məbləği 107 manatdır. Ünvanlı sosial yardım alan ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini narahat etməyə başlayıb. Qurumun yoxsulluq problemləri və əhaliyə sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, dövlət tərəfindən aztəminatlı ailələrə verilən pul yardımının həm mənfi, həm də müsbət tərəfləri var.
Milli Məclis vətəndaşların hüquqlarını qorumaq üçün bir sıra yeniliklər etdi
Milli Məclisin vətəndaşların gündəlik həyatı ilə birbaşa bağlı olan 3 qanuna əlavə və dəyişikliklər etməsi əhali arasında müzakirəyə səbəb olub. Sözügedən dəyişikliklər vətəndaşların işıq, qaz və su ilə təminatının tənzimlənməsində tətbiq ediləcək yeniliklərlə bağlıdır. "Elektroenergetika haqqında" qanuna əlavədə qeyd olunur ki, təchizatçı müəssisə vətəndaşa elektrik enerjisinin verilməsini onun yazılı müraciəti olduqda və ya işlədilmiş enerjinin sayğacla müəyyənləşən haqqının qəbz təqdim ediləndən bir aya qədər ödənilmədiyi hallarda kəsilə bilər.
...Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun illik məlumatı dinlənildi …"Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə"
Kişilər 63, qadınlar isə 60 yaşında təqaüdə çıxacaqlar
Milli Məclisdə «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklər səs çoxluğu ilə qəbul edildi.104 deputat dəyişikliyin lehinə səs verdi. Dəyişiklikliyə görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir.
"Azərbaycanda gənc ailələrə yalnız valideynləri kömək edir. Dövlət isə gənc ailələrə yardımdan kənarda qalır". Bu fikrin müəllifi millət vəkili Elmira Axundovanın sözlərinə görə, gənc ailələrin sosial müdafiəsini gücləndirmək üçün müvafiq qanun qəbul edilməlidir. Konkret desək, Milli Məclisdə "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi qəbul edilməlidir. Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Elmira Axundova xarici ölkələrdə gənc ailələrin və hamilə qadınların sosial müdafiəsinin Azərbaycanla müqayisədə daha yüksək səviyyədə olduğunu qeyd etdi: "Dövlət bu statusda olan insanlara yardım məqsədi ilə müvafiq addımlar atmalıdır. Bu addımlar isə qanunla tənzimlənməlidir".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.