Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əsas hədəf sosial müdafiə olmalıdır

12.10.09 - 11:04285 baxılıb


Kölgədə qalan insanlar

12.10.09 - 10:58244 baxılıb

Layiqli əmək norma yox, məqsəd olmalıdır

Məlum olduğu kimi, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə «Azərbaycanda qeyri-formal iqtisadiyyata qarşı mübarizə» mövzusunda layihə həyata keçirilir.
2008-2009-cu illəri əhatə edən bu layihə çərçivəsində növbəti tədbir Qax rayonunda yerləşən «Şəfa» pansionatında təşkil olunmuşdu. Tədbirə bölgədə yerləşən 6 rayonun həmkarlar ittifaqlarının 60 nəfərə qədər sədr və fəalı dəvət edilmişdi. Tədbiri giriş sözü ilə layihənin rəhbəri, AHİK sədrinin müavini Aqil Dadaşov açdı. O, Azərbaycan iqtisadiyyatının durumu, qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün dövlətimizin və hökumətimizin həyata keçirdiyi tədbirlər barədə qısa məlumat verdi.


Kanalizasiya şəbəkələri bərbad vəziyyətdədir

28.09.09 - 11:35408 baxılıb

Respublikadakı kanalizasiya sisteminin yeniləşməsinə 2 milyard manat tələb olunur

Son bir həftədə iqlim normasından artıq yağışların yağması bölgələrdə sel və daşqınlara səbəb olub. Məlum olduğu kimi, Hacıqabul, Bərdə, Qusar, Xaçmaz, Neftçala, Salyan və digər rayonlarda yüzlərlə ev su altında qalıb. Həmin rayonlarda təbii fəlakətin baş verməsində yağmurlu hava şəraiti rol oynasa da, əsas səbəb bu ərazilərdə kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olmasıdır. Qeyd olunan rayonlarda və eləcə də 40-a yaxın digər rayonda kanalizasiya xətlərinin işləməməsi kəskin yağışlar zamanı daşqın və sellərin baş verməsinə gətirib çıxarır. Eyni zamanda Bakı şəhərinin bir neçə yaşayış sahəsi sellərin qurbanına çevrilir.


Köhnə maşınların yeni problemi

23.09.09 - 12:47334 baxılıb

Namiq Həsənov: "Hazırda əsasən istismar müddəti bitən və sərnişin daşınması üçün yararsız olan taksilərin yığışdırılması nəzərdə tutulur"

Son günlər Nəqliyyat Nazirliyi paytaxtda taksi kimi fəaliyyət göstərən maşınlara qadağalar tətbiq edib. Köhnə avtomobillərin yığışdırılması isə yüzlərlə şəxsin narazılığına səbəb olub. Maraqlıdır ki, hazırda təkcə Bakı şəhərində minlərlə insan bu yolla ailəsini dolandırır. Birdən-birə həmin taksilərin fəaliyyətinə qadağa qoyulması birmənalı qarşılanmır.


Paytaxtda kirayə mənzil bazarında qiymətlər bahalaşıb

14.09.09 - 10:12699 baxılıb

Son günlər paytaxtın kirayə mənzil bazarında qiymətlər bahalaşıb. Kirayə mənzil axtaranların sayının artması qiymətlərə öz təsirini göstərib. Kirayə mənzillərin bahalaşması isə paytaxta bu aylarda daha çox tələbənin və iş adamlarının gəlişi ilə əlaqələndirilir.
Bu prosesin oktyabrın əvvəlinədək davam edəcəyi gözlənilir. Paytaxtın daşınmaz əmlak bazarındakı son vəziyyətə aydınlıq gətirən NBA şirkətinin rəhbəri Nüsrət İbrahimov kirayə mənzillərin qiymətində bahalaşmanın avqustun ikinci yarısından başladığını bildirdi: "Avqust, sentyabr ayları kirayə mənzil bazarı üçün aktiv ay hesab edilir. Əvvəlki aylarda kirayə mənzil bazarında 120-130 əməliyyat aparılırdısa, indi bu rəqəm 280-ə çatıb.


Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu reallaşdırdığı ilk müsabiqənin nəticələrini açıqladı

07.09.09 - 10:57410 baxılıb


Böhran miqrantların da gəlirlərindən yan keçmədi

07.09.09 - 10:48267 baxılıb


Toy və yas mərasimlərinin keçirildiyi məkanlara nazirlik nəzarət edəcək..?

07.09.09 - 10:46275 baxılıb

Hadı Rəcəbli: "Şadlıq evlərinə lisenziyaların verilməsinin korrupsiyaya yol açacağı haqda iddialar əsassızdır"

"Mərasimlər haqqında" qanunun qəbulu ilə bağlı cəmiyyətdə birmənalı mövqe yoxdur. Bəziləri toy və yas mərasimləri ilə bağlı qanunun qəbulunun zəruriliyini önə çəksələr də, digərləri bu yöndə hansısa qanunvericilik aktının olmasının kəskin şəkildə əleyhinə çıxır.


Layiqli əməyi necə təmin etməli?

07.09.09 - 10:44365 baxılıb

İmişli rayonunda keçirilən seminarda bu sualın cavabı araşdırıldı

«Xidmət-İş» Həmkarlar İttifaqı Federasiyasının son illər təşkil etdiyi «Layiqli əmək dövlət proqramında» mövzusunda silsilə seminarlar respublikamızın regionlarında çalışan işçilər, eləcə də işəgötürənlər və məmurlar tərəfindən maraqla qarşılanır. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, bizim sahənin kontingenti əsasən ticarət, ictimai iaşə, quşçuluq... müəssisələrində fəaliyyət göstərənlərdir.


Respublikamızda 179 504 ailə ünvanlı sosial yardım alır

24.08.09 - 11:32435 baxılıb

NATİQ QASIMOV: "Ünvanlı sosial yardımın verilməsində neqativ hallara yol verən 16 nəfər işdən azad edilib"


Respublikamızda 3 ildən artıqdır aztəminatlı ailələrə ünvanlı sosial yardım verilir. Bu müddətdə ünvanlı sosial yardımın verilməsi prosedurları xeyli sadələşdirilsə də, müəyyən problemlər qalmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq Problemləri və Ünvanlı Sosial Yardım Siyasəti Şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, hazırda ölkəmizdə 179 504 ailə ünvanlı sosial yardım alır: "Həmin şəxslərin ailə üzvlərinin sayı 817 355 nəfərdir. Ölkədə hər ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 98,19 manat, hər ailə üzvünə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği isə 21,56 manatdır".


Həyat sığortası 400 faiz artıb

24.08.09 - 11:08442 baxılıb

Bu isə insanlarda sığortaya inamın qayıtmasını təsdiqləyir

Rəqabət mühiti formalaşmış bazarın gerçək simasını əks etdirir. Azad bazar şəraitində dövlətin ən əsas vəzifəsi ədalətli oyun qaydalarının müəyyən edilməsi və bu qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin Layihələr və Tədqiqatlar Şöbəsinin "Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti və ölkə iqtisadiyyatına təsiri" ilə bağlı hesabatı ölkəmizdə bu sahədəki vəziyyətə işıq salır.


Gələn ildən həkimlər ucqar rayonlara göndəriləcək

17.08.09 - 10:31320 baxılıb

Səhiyyə Nazirliyi həmin tibbi kadrlara ikiqat maaş vəd edir

Ucqar kənd yerlərində təhsilin səviyyəsi ilə yanaşı, səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə gələn ildən etibarən həkimlərin də bölgələrdəki səhiyyə müəssisələrinə cəlb olunması nəzərdə tutulur. Bir neçə il əvvəl ucqar rayonlarda müəllim çatışmazlığını nəzərə alan hökumət rayon mərkəzlərindən 20 km aralıda tədrisə cəlb edilən müəllimlərə əlavə maaş və güzəştlər vəd etməklə, demək olar ki, bu problemi həll etmiş oldu.


Avqustda anomal hava şəraiti gözlənilir

03.08.09 - 11:21358 baxılıb

Temperaturun 45 dərəcədən artıq olacağı istisna edilmir

İyul ayında Azərbaycanda havanın temperaturu normadan artıq olsa da, yüksək hərarətlə müşahidə edilən davamlı istilər qeydə alınmayıb. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 40 dərəcəyə çatıb. Hətta bir sıra bölgələrdə havanın hərarəti 41-42 dərəcəyə kimi yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun hidroloqları temperaturun 40-42 dərəcə arasında dəyişdiyini bildirsələr də, bir sıra mütəxəssislər avqust ayında havanın hərarətinin bundan 5 dərəcə yüksək olacağını bəyan edirlər.


Azərbaycan adambaşına ayrılan səhiyyə xərclərinə görə MDB ölkələrinin çoxundan öndədir

20.07.09 - 10:08261 baxılıb

Dünyanın hər ölkəsində əhalinin sağlamlığının təmin edilməsi ən vacib problemlərdən biridir. İnkişaf etmiş ölkələrdəki elmi-tədqiqat institutlarının apardığı araşdırmalar, hazırlanan yeni dərman preparatları, müalicə metodları əhalinin sağlamlığının əsas təminatçısıdır. Son illər ölkəmizdə səhiyyəyə xeyli vəsait ayrılıb, lakin bu sahədə də problemlər az deyil. Maraqlıdır ki, mövcud problemlər hamını narahat etsə də, sözügedən sektorda araşdırma apararaq, müvafiq strukturlara bu barədə məlumat verən qeyri-hökumət təşkilatlarının sayı nəzərəçarpacaq dərəcədə azdır.


Sosial işçilərlə bağlı qanun layihəsinin hazırlanmasına ehtiyac var

13.07.09 - 10:11277 baxılıb

Hadı Rəcəbli: "Hazırda nə sosial işçi hazırlayan təhsil müəssisələri var, nə də sosial işçilərin fəaliyyətini tənzimləyən qanunlar"

Milli Məclisin Sosial Siyasət Komitəsi son illərdə qanun yaradıcılığı prosesini əsasən sosial sifariş əsasında qurur. Komitənin sədri Hadı Rəcəbli deyir ki, müzakirəyə təqdim edilən qanunların böyük əksəriyyəti sosial sifarişdən doğur.


Digər enerjidaşıyıcılarında qiymət artımı gözlənilirmi?

13.07.09 - 10:08418 baxılıb

Əli Məsimli: "Enerjidaşıyıcılarının qiymət artımı ilə paralel əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də həyata keçirilməlidir"

Əhaliyə satılan təbii qazın gözlənilmədən iki dəfədən artıq bahalaşması dövlət tərəfindən tənzimlənən digər enerjidaşıyıcılarının və mənzil-kommunal xidməti haqlarının qiymət artımı üçün stimul ola bilər. Tarif Şurasından isə bildirildi ki, digər enerjidaşıyıcılarının qiymət artımı məsələsi hələ gündəmdə deyil. Çünki aidiyyəti qurumlar tərəfindən şuranın katibliyinə heç bir müraciət daxil olmayıb.


Qazın bahalaşması əhalidə çaşqınlıq yaradıb

06.07.09 - 10:03343 baxılıb

"Sosial müdafiəyə ehtiyacı olanlar, təqaüdçülər, ünvanlı sosial yardım alanlar, minimum əməkhaqqı ilə yaşayanlar üçün çətin olacaq"
“Abonentlərin 96-97 faizi sayğaclaşdırıldığı halda israfçılıqdan söhbət gedə bilməz”

Tarif Şurasının "Azəriqaz" QSC-nin qazın qiymətinin artırılmasına dair müraciətinə müsbət cavab verməsi qlobal böhran şəraitində yaşayan insanlarda çaşqınlıq yaradıb. Beləliklə, təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması məqsədi ilə, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsi nəzərə alınaraq hər 1000 kubmetr təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib.


Rusiyada iş yerlərinin azalması region ölkələrinə ciddi təsir edib

22.06.09 - 16:13373 baxılıb

Xarici donorlardan borc alan dövlətlərin gələcəkdə onları qaytarmasında problemlər yaranacaq

Dünya nəhənglərində başlayan böhran tədricən inkişaf etməkdə olan ölkələrə də keçməyə başlayıb. Əmtəə qiymətləri ucuzlaşıb, ixrac azalıb. İnsanların maliyyə institutlarına inamı itib. Banklar isə kreditlərin həcmini xeyli azaldıb. Bir sıra ölkələrdəki banklar ciddi likvidlik problemi ilə üzləşib.


Dini icmalar, hələ ki, qeydiyyatdan keçməyə cəhd göstərmirlər

22.06.09 - 16:11539 baxılıb

Elçin Əsgərov: "Heç kim hər hansı icmanı qeydiyyata görə sıxmayıb, təqibə məruz qoymayıb"

Azərbaycandakı dini icmalar artıq yeni üsulla qeydiyyatdan keçməyə başlayıblar. "Dini etiqad azadlığı haqqında" Qanuna edilən əlavə və dəyişikliklərə əsasən, qeydiyyatdan keçməyən dini icmanın fəaliyyətinə bundan sonra imkan verilməyəcək. Məlumat üçün bildirək ki, Azərbaycanda indiyə qədər 534 dini icma qeydiyyatdan keçib. Onların 32-si qeyri-islami dini icmalarıdır.


Düşərgələr yaxın günlərdə uşaqların ixtiyarına veriləcək

16.06.09 - 13:37395 baxılıb

Düşərgələrin maliyyələşmə xərclərinin 50 faizi Dövlət Sosial Müdafiə Fondunun, qalan hissəsi isə müəssisələrin və onların həmkarlar ittifaqı komitələrinin vəsaitləri hesabına aparılır.


< 1 2 3 4 5 ... 7 8 9 10 11 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.