Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Əmək və Sosial Münasibətlər Akademiyasında "Valideyn və övlad münasibətləri" mövzusunda seminar keçirilmişdir. RK-nın Gender Bərabərliyi və Qadın Problemləri İşi üzrə Komissiyanın Bakı şəhərində olan strukturlarından 50 nəfərdən çox sədr və fəallar toplaşmış seminar uşaq ilinə həsr edilmişdi.
Ulu öndərimiz Heydər Əliyev millətimizin gələcəyini uşaqlara göstərilən xüsusi diqqətdə görürdü. O, uşaqları çox sevirdi. Elə bir səfəri, görüşü olmazdı ki, onun pişvazına çıxan insanlar arasından uşaqları çağırıb əzizləməsin. Ulu öndərimizin əsasını qoyduğu bütün ənənələr kimi gələcək nəslin təlim-tərbiyəsinə ciddi münasibət, qayğı dövlət səviyyəsində yaşadılır, zamanın gedişinə uyğun inkişaf etdirilir. Hörmətli Prezidentimizin Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması bu diqqətin parlaq təzahürüdür. Böyük əhəmiyyət daşıyan bu kampaniyanın həyata keçirilməsi üçün cənab İlham Əliyevin təsdiq etdiyi "Tədbirlər Planı"nda təşkilatların sıravi insanların qarşısında, uşaqların intellektual səviyyəsinin yüksəldilməsi başlıca vəzifələrdən biri kimi qoyulur.
Maliyyə Nazirliyi sosial xarakterli təkliflərin maliyyə tutumlu olmasını əsas gətirərək qəbul olunmasına razılıq vermir
Əmək Məcəlləsinin 33 maddəsi üzrə 120-dən çox düzəlişləri nəzərdə tutan qanun layihəsi ümumilikdə işçilərin sosial hüquqları ilə bağlı həddindən artıq mühüm komponentləri özündə birləşdirir. Burada işçilərin sosial müdafiəsi baxımından sərt tədbirlərin tətbiqi, işçilərin bununla bağlı birliklərinin yaradılması, həmkarlar ittifaqlarının əmək qanunvericiliyinin qorunmasında rolunun gücləndirilməsi və digər yeni elementlər öz əksini tapıb.
Sənan Hüseynov: "Respublikanın ayrı-ayrı ərazisində orta məktəblərdə 2768 ailə, hərbi hissə ərazisində isə 1479 ailə məskunlaşıb"
Respublikanın əksər təhsil ocaqlarının yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Orta məktəb binaları və hərbi hissələrin bir çoxu da 15 ildən artıq məcburi köçkünlərin sığınacağına çevrilib. Maraqlıdır ki, həmin məcburi köçkünlər nə zaman köçürüləcək?
Qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə dəyişiklik edilə bilər
Dövlət Sosial Müdafiə Fondu (DSMF) gerçək məvaciblərin gizlədilməsinə, iki mühasibatlığa qarşı mübarizəyə başlayır. Fond rəhbərliyi bu məqsədlə əsaslı tədbirlərin aparılmasını nəzərdə tutub. Belə ki, işləyənlərin sosial müdafiəsi və gələcək pensiya təminatı hüquqlarının qorunması baxımından qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata əsasən, əməkhaqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklərin edilməsi barədə müvafiq təkliflər hazırlanacaq.
Qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə dəyişiklik edilə bilər
Dövlət Sosial Müdafiə Fondu (DSMF) gerçək məvaciblərin gizlədilməsinə, iki mühasibatlığa qarşı mübarizəyə başlayır. Fond rəhbərliyi bu məqsədlə əsaslı tədbirlərin aparılmasını nəzərdə tutub. Belə ki, işləyənlərin sosial müdafiəsi və gələcək pensiya təminatı hüquqlarının qorunması baxımından qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata əsasən, əməkhaqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklərin edilməsi barədə müvafiq təkliflər hazırlanacaq.
14 il ərzində 1200-ə yaxın tələbə bu mükafata layiq görülüb
Cəmiyyətimizin inkişafı gənclərimizin təkcə biliyindən, savadından asılı deyil. Onlar bacarıqlı mütəxəssis olmaqla yanaşı, həm də gələcəyin rəhbər kadrlarıdırlar. İnsanlarla ünsiyyət qurmağı, təşkilatçılığı, kollektivin ağırlığını çiyinlərində daşımağı indidən, yəni auditoriyalarda öyrənməlidirlər. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi gənclərimizi belə görmək istəyir və istədiyini reallaşdırmaq üçün imkanları daxilində müxtəlif formalar axtarır, həyata keçirir. İstedadlı gənclərin həvəsləndirilməsi və stimullaşdırılması formalarından biri də adlı təqaüdlərdir.
Kimin əmək pensiyasının sığorta hissəsi yüksəkdirsə, onun təqaüdünün artımı da olacaq
Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzaladı. Sərəncama görə, Azərbaycanda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə 2008-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2009-cu ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsi artırılıb. Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınan pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilsin.
Musa Quliyev: "İcbari tibbi sığortanın tətbiqi üçün azərbaycanda təxminən 5-6 milyard manat vəsait lazımdır"
Vüqar Bayramov: "Dövlət xəstəxanalarında müayinə və müalicə pulsuz olduğundan həkimlər rəsmi şəkildə ödənişlər edilməsində maraqlı deyil"
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ləngiyir. "Tibbi sığorta haqqında" Qanunun qəbulundan xeyli müddət ötsə də, vətəndaşlar bu qanunun verdiyi imkanlardan bəhrələnə bilmir. Halbuki tibbi sığortanın reallaşdırılmasından sonra səhiyyə sahəsində bəzi problemlərin həllini tapacağı gözlənilirdi. Çünki Azərbaycan tipli inkişaf etməkdə olan ölkələrdə səhiyyə sahəsində problemdən çıxış yolu kimi icbari tibbi sığortanın tətbiqi məqbul sayılır.
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, 41 dərəcə temperaturda işlər dayandırılacaq
Məlum olduğu kimi, Milli Məclisin Sosial Siyasət Daimi Komissiyası Əmək Məcəlləsinə ciddi dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Ailə, Qadın və Uşaq Problemlərinin Həlli üzrə Dövlət Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və müvafiq orqanların mütəxəssislərinin birgə təklifləri əsasında hazırlanacaq yeni Məcəllə əmək qanunvericiliyinin yeni bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədr müavini Musa Quliyevin fikrincə, Azərbaycanda son illərdə yüksək inkişaf meyillərinin yaranması və məşğulluq səviyyəsinin artması, ümumiyyətlə, son on ildə ölkədə əmək münasibətlərində əhəmiyyətli dərəcədə fərqlərin meydana çıxmasına səbəb olub. Buna görə də əmək qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var.
Bu, Dövlət Sosial Müdafiə Fondunun apardığı sorğu nəticəsində məlum olub
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Sorğu zamanı respondentlərə "Hansı məsələlər barədə daha ətraflı məlumatlandırılmağa ehtiyac görürsünüz?" sualı ünvanlanıb. Suala verilən cavablar nəticəsində məlum olub ki, əhali daha çox pensiya artımları və sosial sığorta yenilikləri ilə məlumatlandırılmağa ehtiyac duyur.
Son zamanlar paytaxtımızda qaz sızmasından törənən partlayış və insan ölümlərinin sayı katastrofik həddə çatıb. Ekspertlər "qaz fəlakəti"ni bir neçə səbəblə bağlayırlar. Bunlardan ən başlıcası Dövlət Neft Şirkətindən alınan qazın tərkibinin o qədər də təmiz olmamasıdır. İkincisi, İran istehsalı olan qaz sobalarının standartlara cavab verməməsidir. "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindəki qaz istismar idarələri tərəfindən nəzarətin zəif həyata keçirilməsi və sair təsiredici amilləri əsas gətirənlər də az deyil. Bunlar ehtimallardır. Lakin bu, faktdır ki, hadisə baş verəndə cavabdeh təşkilatlar bir-birini günahlandırır, qarşılıqlı iradlarını bildirir, heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmir.
Əlaqədar qurumlar isə istehlak bazarına nəzarəti gücləndirmək əvəzinə, mənzillərə verilən qazı kəsir
Son günlər "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti paytaxtda reydlər keçirir. Bu zaman bəzi vətəndaşların evlərinə gedən qaz xətləri kəsilir. Xüsusən İran sobaları olan evlərə təbii qazın verilməsi dayandırılır. Bu da qaz sobalarının standartlara uyğun olmaması ilə izah edilir. Maraqlıdır, həmin sobaların ölkəyə gətirilməsinin, yaxud bazardan yığışdırılmasının qarşısını almaq mümkün deyilmi? Bununla bağlı şəhərin bəzi ərazilərindəki mağazalara baş çəkdik. Həsən Əliyev küçəsi, Badamdar qəsəbəsi və Şərq bazarı ətrafındakı əksər mağazalarda İran sobaları yenə satışda var.
"Bakının gələcək maketində 40 mərtəbəli evin yanında "xruşşovkalar" daxma kimi görünəcək"
Son illər Azərbaycanda müşahidə edilən tikinti bumu əhatə dairəsini genişləndirməkdə davam edir. Amma problem bununla bitsəydi çox yaxşı olardı. Çünki yeni inşa edilən tikililər özləri ilə yeni problemlər də gətirirlər.
Sahib Məmmədov: "Azərbaycanda yeyinti, tikinti, metallurgiya və digər istehsal sektorlarında 20 minə yaxın işçi iş yerini itirib"
Vahid Əhmədov: "Gəlirlərdən maksimum istifadə edilməlidir ki, insanlar çox iş yeri itirməsinlər"
Maliyyə böhranı yenicə başlananda Azərbaycanda da real sektorda ixtisarların aparılacağı proqnozlaşdırılırdı. Xüsusən bəzi müstəqil ekspertlər neftin qiymətinin 40 dollardan aşağı düşəcəyi təqdirdə kütləvi işsizliyin baş verməsini mümkün hesab edirdilər. Artıq demək olar ki, bu proqnozlar özünü doğrultmaqdadır. Son aylar Azərbaycan Dövlət Neft Şirkəti, quruda fəaliyyət göstərən neft şirkətləri, "Azərboru", "Akkord", "Baku Steel Company" və sair müəssisələr minlərlə işçisini məzuniyyətə göndərib.
Ötən sayımızda "2009-cu ilin iş vaxtı norması"nı ixtisarla oxucularımıza təqdim etmişdik. Oxucularımızın çoxsaylı müraciətlərini və həmkarlar ittifaqı təşkilatları üçün əhəmiyyətini nəzərə alıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu qərarını tam şəkildə dərc edirik.
Bakı Şəhər İcra Hakimiyyəti isə uşaq evlərində böyüyən uşaqların zavod, fabrik və şirkətlərdə altı ay təcrübə keçdikdən sonra işlə təmin olunduğunu iddia edir
Bu gün Azərbaycanda 65 uşaq müəssisəsi (internat evləri, körpələr evi, uşaq evləri) fəaliyyət göstərir. Bu uşaq evlərində valideyndən məhrum olan 21 min uşaq tərbiyə alır. Uşaqların hamısı valideyn himayəsindən məhrum olsalar da, onların 70 faizinin bioloji valideynləri var.
Qanunsuzluğun qarşısını almaq məqsədi ilə qanunvericilikdə dəyişiklik ediləcək
Son vaxtlar paytaxt ərazisində inşa edilən hündürmərtəbəli binaların sayı nəzərəçarpacaq dərəcədə artmaqda davam edir. Artıq yeni tikililərin inşa edilməsi üçün ayrılan ərazilərlə kifayətlənməyənlər məktəblərin stadionlarının, uşaq bağçalarının həyətyanı sahələrinə də göz dikiblər.
F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir. İclasda "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin şərh olunmasına dair konstitusiya işinə baxılmışdır. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Ə.Sultanovun məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin və ekspertin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq qərar qəbul etmişdir.
Vətəndaşların mənzil problemini həll etmək üçün müxtəlif təkliflər səsləndirilir. Bu sırada dövlət dəstəyinin olması da vacib amillərdən biri hesab olunur. Bəzi məlumatlara görə, artıq bu problemin həlli üçün yeni proqram hazırlanır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.