Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Ünvanlı sosial yardımın məbləği 80 manatı keçəcək

14.10.11 - 20:43128 baxılıb


Dünya Bankı da məcburi köçkünlərə ev tikəcək

08.10.11 - 18:4091 baxılıb

Bank qaçqınlara iqtisadi fəaliyyət üçün güzəştli kredit də verəcək

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu doğma yurdlarından didərgin salınmış soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni layihələrin icrasına başlayacaq. Qurum Azərbaycan hökuməti ilə yanaşı, beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə ölkəmizin müxtəlif ərazilərində istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə, məktəb və bağçalarda, sanatoriyalarda məskunlaşan məcburi köçkünlər üçün yeni evlərin tikilməsinə çalışacaq.


Rəqabət Məcəlləsi qəbul olunsa...

30.09.11 - 17:16125 baxılıb

qiymət artımına qırmızı işıq yandırılacaq

Əli Məsimli: "Yeni məcəllə bazardakı monopolistlərin qarşısını alacaq"

Milli Məclisin payız sessiyasının gündəliyində duran əsas məsələlərdən biri Rəqabət Məcəlləsinin qəbul olunması ilə bağlıdır. Hazırda bu sənədin son variantı üzərində işlər də yekunlaşıb və parlamentin növbəti iclaslarından birində sonuncu oxunuşda qəbul olunması nəzərdə tutulur. Beynəlxalq maliyyə təşkilatlarının və Avropa İttifaqının əsas tövsiylərindən biri olan Rəqabət Məcəlləsinin qəbul olunması azad biznesin və daxili-xarici rəqabətin daha da sadələşdirilməsini ehtiva edir. Bu məcəllə birbaşa rəqabət sahəsində ortaya çıxan maneələrin tamamilə aradan qaldırılması ilə əlaqədar yeni meyarları, sahibkarlara bir sıra güzəştləri özündə əks etdirir.


Hökumət qurumları ətin bahalaşmasını etiraf etdilər

30.09.11 - 17:15120 baxılıb

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib ki, mal və qoyun ətinin qiymətlərinin artmasının əsas səbəblərindən biri istehsalçılarla bağlıdır. Yəni bahalaşmada son satış-ticarət məntəqələri deyil, daha çox istehsalçılar rol oynayır. Rayonlarda ət istehsalçıları malı paytaxta gətirənlərə baha verir, nəticədə isə son satış məntəqəsində qiymət artır.


Ahıl və tənha yaşlılara təkcə dövlət kömək etməyəcək

30.09.11 - 17:13114 baxılıb

Hadı Rəcəbli: "Bu sosial təbəqəyə kömək üçün QHT-lərin də cəlb edilməsi nəzərdə tutulub"

2012-ci ildə sosial sahədə tətbiq olunacaq yeni qanunlardan biri "Sosial xidmət haqqında" olacaq. İlin sonuna kimi bu qanunun parlamentdə qəbul olunacağı nəzərdə tutulub. Yeni qanun hansı sahələri və hansı kateqoriyaların sosial müdafiəsi ilə bağlı məsələləri əhatə edəcək?


Sosial yardımların əvəzinə illik birdəfəlik kompensasiya veriləcək

23.09.11 - 14:56226 baxılıb

Musa Quliyev: "Biz yardımların verilməsində Çin modelinə keçmək istəyirik"

Hökumət aztəminatlı ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq üçün yeni tədbirlər planı hazırlayıb. Kasıb ailələrə ünvanlı yardım proqramlarının təyinatının dəyişdirilməsi, kasıblara mikrokreditlərin verilməsi, gənclərə yeni güzəştli maliyyə yardımlarının ödənilməsi, onların iş şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, dağ kəndlərində xüsusi sosial təminat tədbirlərinin həyata keçirilməsi və digər hədəflər hökumətin hazırda müzakirə etdiyi sosial proqramların əsas istiqamətləridir. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, qeyd olunan tədbirlər planının ümumiləşdirilərək konseptual bir proqram əsasında həyata keçirilməsi nəzərdə tutulur.


İşsizliyə qarşı daha bir addım

16.09.11 - 19:24133 baxılıb

Parlament kənd rayonlarında yaşayan gənclərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı qanun layihəsi hazırlayır


Qaçqın tələbələr həm təhsil haqqından azad olundu, həm də xarici ölkələrdə oxumağa göndəriləcəklər

16.09.11 - 19:20108 baxılıb

Gəray Fərhadov: “Dövlət başçısının bu addımı yeni tədris ilində qaçqın tələbələrə ən böyük töhfədir”

Məlum olduğu kimi, Prezident İlham Əliyev dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan qaçqın və məcburi köçkünlərin təhsil haqlarından azad edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, məcburi köçkün statusu olan ölkə vətəndaşlarının təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.


Uşaqlara yanaşmada yapon modeli gözəl effekt verir

16.09.11 - 18:51112 baxılıb

Psixoloq Dəyanət Rzayev:
"Uşaqlar nə qədər çox təzyiq altında saxlanılırsa, o qədər çox problemlər yaranır"

"Birinci sinfə gedən uşağın əl çantasının həcmi 1 kiloqramdan artıq olmamalıdır"


Artıq orta məktəblər birinciləri qəbul edib. Məktəbin ilk zəngini eşidən birincilərin heç də hamısı bunu sevinclə qarşılamır. Birdən-birə doğmalarından bir neçə saatlıq da olsa, ayrılmaq onlara çətin gəlir. Buna görə də onların bəziləri məktəbə ağlayaraq gedir, bəziləri isə getmək istəmir. Bəs, görəsən, həmin uşaqları məktəbə göndərmək üçün valideynlər hansı addımları atmalıdır? İlk dəfə məktəb partası arxasında oturan birincilərin depressiya yaşamaması üçün nə etmək lazımdır?


Yaşa görə işdən azad edilən müəllim və həkimlər yüksək pensiya ala bilər

09.09.11 - 15:29184 baxılıb

Musa Quliyev: "Dövlət qulluqçusu statusu 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilən müəllim və həkimlərə də şamil oluna bilər"

Artıq büdcə təşkilatlarında çalışan 65 yaşı tamam olan müəllim və həkimlərin xeyli hissəsi işdən azad edilib. Onlara verilən təqaüdlərin azlığı səbəbindən təqaüdə çıxdıqdan sonra da işləmək məcburiyyətində olan həmin şəxslər bu addımı heç də razılıqla qarşılamır. Onların əksəriyyəti işdən çıxarıldıqdan sonra dövlət qulluqçusuna bərabər tutulan statusla təqaüd alacaqlarını gözləsələr də, hələ bu, reallaşmayıb. Həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi ilə bağlı qərarın hazırlanması üçün ölkə başçısının verdiyi müddət bu ay başa çatır.


Ucqar kəndlərə göndərilən müəllimlər də imtahandan keçəcək

27.08.11 - 15:26123 baxılıb

Yaşı 35-dən çox olanlar isə ucqarlarda müəllim işləyə bilməz

Təhsil Nazirliyi (TN) ucqar bölgələrə göndərilən müəllimlərin işə qəbulu mexanizminə dəyişiklik edib. Yeni qaydalara əsasən, kənd məktəblərində indiyədək güzəştli şərtlərlə işləyən gənc müəllimlər nazirliyin keçirdiyi imtahanlarda iştirak edəcəklər. Nazirliyin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun sözlərinə görə, əvvəlki illərdə ucqar rayonlara göndərilən gənc müəllimlər imtahanda və müsabiqədə iştirak etmədən işə qəbul olunurdular.


Kasıblardan vergi tutulmayacaq

27.08.11 - 15:18150 baxılıb

Hökumət aylıq gəlirləri aşağı olan vətəndaşları vergilərdən azad etmək niyyətindədir. "Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq aztəminatlı və aşağıgəlirli vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair mühüm tövsiyələr nəzərdə tutulub. Buna müvafiq olaraq iqtisadi inkişaf və vergilər nazirlikləri təkliflər hazırlayıb. Yaxın günlərdə təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq.


“Guardian" Azərbaycanı ən güclü dövlət kimi qiymətləndirdi

22.08.11 - 11:23142 baxılıb

İngilis nəşri Ermənistanı isə
ən kasıb ölkə hesab edir


Dünyanın ən nüfüzlu və çoxtirajlı nəşrlərindən olan Böyük Britaniyanın "The Guardian" ("Guardian") qəzetində postsovet ölkələrinin makroiqtisadi vəziyyətinə dair analitik məqalə dərc olunub. Yazıda müstəqillik əldə etdikdən sonrakı dövr ərzində keçmiş ittifaq ölkələrinin həyata keçirdiyi iqtisadi-siyasi reformalar, islahatların effektiv nəticələri, əldə olunan makroiqtisadi uğurlar, təbii sərvətlərin iqtisadi və sosial inkişaf bölmələrinə yönəldilməsi, milli gəlirlərin bölüşdürülməsi və digər indikatorlar üzrə elmi-iqtisadi təhlillərə geniş yer verilib.


Avtomobillərin texniki baxışdan keçirilməsi sürücüləri narahat edir

12.08.11 - 18:26211 baxılıb

Kamran Əliyev:
"Bakı və Abşeronda qeydiyyatda olan nəqliyyat vasitələri yeni
mərkəzdə qısa müddətdə texniki baxışdan keçirilir"

Bu gün sürücülərin rastlaşdığı əsas problemlərdən biri avtomobillərin texniki baxışdan keçməsi ilə bağlıdır. "Yol hərəkəti haqqında" qanuna görə, Azərbaycanda avtomobillər ildə bir dəfə müəyyən olunmuş müddətdə Dövlət Yol Polisi İdarəsində texniki baxışdan keçməlidir. Müddət avtomobillərin sayı ilə nisbətdə qısa olduğundan və prosedurların sayca çoxluğundan sürücülər həm vaxt, həm də pul itkisinə məruz qalırdılar.


Əhalinin banklara olan etibarı azalır

12.08.11 - 18:21157 baxılıb

Əli Məsimli: "Həmin vəsaitlərin banklara cəlb edilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir"

Hazırda fiziki şəxslərin üzv banklarda olan əmanətləri 2 milyard 911,6 milyon manat təşkil edir. Həmin vəsaitdən qorunmayan əmanətlərin payına 1 milyard 050,6 milyon, qorunan əmanətlərin payına isə 1 milyard 860,9 milyon manat düşür. Əmanətlərin Sığortalanması Fondundan aldığımız məlumata görə, qorunan əmanət sahiblərinin sayı 5 424 min nəfərdir. Qeyri-rəsmi məlumata görə, əhalinin əlində olan vəsait banklara qoyulan əmanətin ümumi həcmindən çoxdur. Nədənsə bu gün də əhali öz vəsaitlərini banklara etibar etmək istəmir. Maraqlıdır, bunun səbəbləri nə ilə bağlıdır?


İsti havada qidalanmanın düzgün təşkili çox vacibdir

03.08.11 - 12:47260 baxılıb

Həkim Azər Həsənov: "Ət və ət məhsullarından tamamilə imtina etmək olmaz"

Yay mövsümündə əksər insanlarda iştahsızlıq yaranır ki, bu da orqanizmin zəifləməsi ilə nəticələnir. Buna görə də isti havada qidalanmanın düzgün təşkili ən vacib məsələlərdən biridir. Həkim Azər Həsənovun qənaətinə görə, yayda orqanizmi fəsadlardan qorumaq üçün diqqətli olmaq lazımdır: "Nəzərə alınmalıdır ki, yayda günəş şüalarının orqanizmə təmas müddəti nə qədər çox olursa, neqativ nəticələr bir o qədər çox baş verə bilər. İstivurma, günvurma hadisələri ilə rastlaşmamaq üçün ilk öncə günəş şüaları altında gəzməmək lazımdır.


Dünya Bankı azərbaycanlı kasıblara pul paylayır

18.07.11 - 13:38324 baxılıb

Dünya Bankının (DB) Rəhbər Şurası Azərbaycanda kasıb ailələrə mikrokreditlərin verilməsi ilə bağlı layihəni təsdiq edib.

Bank yaxın vaxtlarda əhalinin ən yoxsul təbəqəsinə kömək məqsədi ilə mikrokreditlər verməyə başlayacaq. DB kreditləşməni əsas qurumlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə həyata keçirəcək. Bununla yanaşı, bu layihənin icrasında "Finka-Azərbaycan" kredit təşkilatı da iştirak edəcək.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Zaur Rzayev bildirib ki, kreditlər Azərbaycanın uzaq bölgələrində əhalinin ən yoxsul təbəqəsinə kömək məqsədi ilə veriləcək.


Əmək Məcəlləsinə yeni əlavə və dəyişikliklər

24.06.11 - 16:59552 baxılıb


Küçə ticarətinin qarşısını almaq hələ də mümkünsüzdür

24.06.11 - 16:55258 baxılıb

Əliabbas Bağırov: "Mövsümi malların küçələrdə satılmaması üçün monitorinqlər həyata keçirilir"

İmran Abdullayev: "Müəyyən edilməmiş yerlərdə ticarət aparanlar aşkarlandıqda tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət edilir"


Havaların istiləşməsi küçələrdə satılan bir çox məhsulların tez yararsız hala düşməsinə səbəb olur. Bu isə ondan istifadə edənlərin orqanizmi üçün real təhlükə yaradır. Bütün bunlar küçə ticarətinin qarşısının alınmasını zəruri edir. Maraqlıdır, küçə ticarətinin qarşısının alınması üçün bu il hansı tədbirlər görüləcək?


Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

10.06.11 - 16:30341 baxılıb


< 1 2 3 4 5 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.