Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Açıq Cəmiyyət İnstitutu bu ildən şəffaflığın təmin edilməsinə diqqəti artıracaq

03.04.08 - 11:54212 baxılıb

Açıq Cəmiyyət İnstitutunun İctimai əlaqələr və KİV üzrə şöbəsinin rəhbəri Rövşən Bağırov təmsil etdiyi təşkilat tərəfindən maliyyələşdirilən layihələrin icrasının monitorinqinin aparıldığını bildirir: "Həmin monitorinqlərdə ayrılan vəsaitlərin hansı istiqamətlərdə xərclənməsi yoxlanılır. Eyni zamanda hər il görülən işlər, maliyyələşdirilən layihələr barədə ictimaiyyətə məlumat verilir.


Məcburi köçkünlərə orta əmək haqlarının verilməsi ilin sonunadək uzadılıb

03.04.08 - 11:50203 baxılıb

Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 1994-cü il tarixli qərarının 2-ci bəndinin müddətini 2009-cu il yanvarın 1-dək uzadıb.


İpoteka kreditlərinin şərtləri ağırlaşa bilər

03.04.08 - 11:48261 baxılıb

Milli Bank ipoteka kreditlərinin verilməsi qaydalarının
Nazirlər Kabinetində müzakirə edilməsi ilə bağlı məlumat yayıb

Qeyd edək ki, Dövlət İpoteka Fondu bu ilin martından ipoteka kreditlərinin verilməsinə başlanılacağını bəyan etmişdi. Bununla belə, martdan kreditlərin verilməsinə başlamaq mümkün olmadı. Hələlik ipoteka kreditlərinin verilməsinin konkret vaxtı müəyyənləşdirilməyib.


Qanunsuz tikililər leqallaşdırıla bilər

10.03.08 - 17:40361 baxılıb

Problemin həlli üçün qanun layihəsinin hazırlanması təklif edilir

Son illər şəhərətrafı qəsəbələrdə məskunlaşanların sayı artmaqdadır. Paytaxtda mənzillərin qiymətinin bahalaşmasından sonra əksər vətəndaşlar həmin ərazilərdə torpaq alaraq ev tikməyə başladı. Çox vaxt torpaq ayrılması haqqında bələdiyyə sərəncamını alan vətəndaşlar müvafiq dövlət qurumlarının tikintiyə icazə verən sənədi olmadan inşaat işləri aparırlar. Buna bir tərəfdən həmin qurumlarda yaradılan bürokratik əngəllər səbəb olursa, digər tərəfdən müvafiq sənədləri almadan da tikinti aparmağın mümkünlüyü rəvac verib. Sonradan həmin qəsəbələrdə yaşayan sakinlərin qeydiyyata düşmək məsələsi problemə çevrilir. Artıq həmin qəsəbələrin gündən-günə böyüməsi və bu cür ev tikməyə üstünlük verənlərin artması problemin Milli Məclis səviyyəsində müzakirəyə çıxarılmasına səbəb olub.


Mütəxəssislərin fikrincə, bu, əmlak bazarında qiymət artımına gətirməyəcək

10.03.08 - 17:21332 baxılıb

Azərbaycanda mənzil tikintisi sahəsində əlavə dəyər vergisinin (ƏDV) ödənilməsi üçün vergiyə cəlb olunan minimum dövriyyənin hesablanması üzrə zona əmsalları müəyyənləşib. Vergilər Nazirliyindən verilən məlumata görə, mənzil tikintisi üzrə əlavə dəyər vergisi hesablanarkən 1 kvadratmetr yaşayış sahəsinin vahid baza qiyməti 225 manatdan hesablanacaq.


Dövlət müəssisələrində pullu xidmətin ləğv edilməsi birmənalı qarşılanmır

03.03.08 - 15:28302 baxılıb

"Tədbirlər sərtləşdirilərsə, dövlət xəstəxanalarında
çalışan həkimlərin bir hissəsi oranı tərk edəcək"

Dövlət büdcəsindən maliyyələşən xəstəxanalarda pullu xidmətin ləğv olunmasından bir ay vaxt keçdi. Səhiyyə xidmətindən bütün vətəndaşların maneəsiz istifadəsinə hesablanan bu qərar cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzi pasientlərin qənaətinə görə, pullu xidmət ləğv edildikdən sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti aşağı düşüb. Xəstələrin bir çoxu həkimlərin onlara diqqətlə yanaşmadığından şikayətlənir. Bu halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi ciddi tədbirlər görəcəyini bildirir.


Bələdiyyələrin büdcələrini artırmaq mümkündür

03.03.08 - 15:27337 baxılıb

Rövşən Ağayev:
"Əlavə vergi mənbələri yaradılarsa,
bələdiyyə büdcəsini 450-500 milyon
manata çatdırmaq olar"


Əmək müqaviləsinə xitam verilərkən işçilərin hüquq və təminatları

03.03.08 - 15:25351 baxılıb

Fərdi əmək mübahisələrinə baxılma qaydaları

Əmək qanunvericiliyinə görə, Azərbaycan Respublikasında əmək müqaviləsinə yalnız Əmək Məcəlləsində müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlarla kifayət qədər tənzimlənsə də əmək müqaviləsinə xitam verilməsi əksər hallarda, digər əmək mübahisələri kimi, fərdi əmək mübahisələri üzrə işəgötürənlə işçi arasında mübahisəyə və ya məhkəmə baxışının predmetinə çevrilir. Əmək qanunvericiliyi ilə uzun illər məşğul olmuş bir hüquqşünas kimi hesab edirəm ki, ümumiyyətlə, ayrı-ayrı kiçik hallar nəzərə alınmazsa , əmək müqaviləsinə xitam verilməsi sahəsində Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarda işçilər üçün kifayət qədər hüquq və təminatlar nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyi kifayət qədər sosialyönümlüdür. Belə olan halda işçilər hansı səbəblərdən əmək müqavilsinə xitam verilməsi haqqında əmrlərdən razı qalmır və müxtəlif orqanlara müraciət və şikayətlər edirlər?


Gələcəyin yolu ulu öndərin irsini öyrənməkdən keçir

03.03.08 - 15:22244 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərini, təhsil işçilərinə, tələbələrə olan böyük diqqət və qayğısını ittifaq üzvləri tərəfindən böyük məhəbbətlə yad etmək və xatırlamaq məqsədi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş tədbirlər planını təsdiq etmişdir. Tədbirlər planına uyğun olaraq kompleks tədbirlərin təşkil edilməsi ümummilli liderin doğum günü ərəfəsində Respublika Komitəsi tərəfindən "Həmkarlar təşkilatlarının inkişafında Heydər Əliyevin rolu" mövzusunda elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulmuşdur.


ƏDV bir faiz endirilə bilər

03.03.08 - 15:19223 baxılıb

2009-cu ildə ƏDV-nin faiz dərəcəsinin aşağı düşməsi baş verə bilər. Bu daha çox ƏDV-dən daxilolmaların mərkəzləşmiş qaydada yığılması sisteminin səmərəli tətbiqindən asılıdır. Bu barədə Vergilər naziri Fazil Məmmədov bildirib.


Turində üçtərəfli beynəlxalq seminar keçirilmişdir

25.02.08 - 12:22237 baxılıb

Fevralın 11-dən 15-dək İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Təlim Mərkəzində Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün "İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı sığorta proqramları" mövzusunda beynəlxalq seminar keçirilmişdir.


Avropalıların çörəyi tətillərdən çıxır

25.02.08 - 12:18227 baxılıb

Almaniya: martın 14-də Almaniyada dövlət sektorunun minlərlə işçisi ölkə miqyasında keçirilmiş tətil aksiyasında iştirak etmişdir. Tətil aksiyası xəbərdarlıq xarakteri daşımışdır və onun əsas səbəbi maaşlarla bağlı danışıqların dayandırılması olmuşdur.


Martda sosial layihələr üzrə danışıqlar başlanacaq

25.02.08 - 12:12263 baxılıb

Dünya Bankı (DB) ilə hökumət arasında "Sosial müdafiənin inkişafı" layihəsi üzrə rəsmi danışıqlar martın 17-18-nə nəzərdə tutulub. Layihənin dəyəri 40 mln. dollar qiymətləndirilir. Bu barədə DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.


Evlərin dövlət qeydiyyatından keçirilməsi üzrə tariflər bahalaşacaq

25.02.08 - 12:07230 baxılıb

Evlərin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı tariflər artırılacaq.


Ünvanlı sosial yardımın müddəti artırılmayacaq

25.02.08 - 12:05224 baxılıb

Cari il ərzində aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın müddətinin 6 aydan bir ilə qədər artırılması gözlənilmir. Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən veriblər.


Ailə problemi müzakirə mövzusu oldu

25.02.08 - 11:48287 baxılıb

Sosial Münasibətlər Akademiyası kitabxanasının təşəbbüsü ilə "Gender, əxlaq, ailə" mövzusunda seminar keçirilmişdir.


Sosial göstəricilər

18.02.08 - 16:03243 baxılıb

. 2007-ci ildə orta aylıq əməkhaqqı 214 manat təşkil etmişdir. Mədənçıxarma sənayesində, maliyyə qurumlarında, daşınmaz əmlak bazarında, icarə və istehlakçılara xidmət sahəsində və tikintidə çalışanların orta aylıq əməkhaqqı daha yüksək olmuşdur.


Əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək

10.02.08 - 16:18283 baxılıb

Azərbaycan Respublikasının Prezidenti "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncam imzalamışdır.


Ezamiyyə xərcləri üçün ayırmalar artırılacaq

05.02.08 - 15:55587 baxılıb

Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Nazirlər Kabineti yanvarın 25-də 14 nömrəli qərar qəbul etmişdir. Qərarda yazılır ki,


Keyfiyyətsiz ərzaq xidmət sahələrində realizə edilir

05.02.08 - 15:53250 baxılıb

Monitorinqlər nəticəsində 156 iaşə obyektinin fəaliyyəti dayandırılıb

Azərbaycanda xidmət sektoru sürətlə inkişaf edən sahələrdəndur. Xüsusilə son illərdə iaşə sektorunda canlanma hiss olunur. Lakin xidmətin səviyyəsi hər yerdə arzuolunan səviyyədə deyil. Bir çox hallarda restoran və kafelərdə vətəndaşlara verilən yeməklər keyfiyyətsiz ərzaqdan hazırlanır. Dəbdəbəli restoranların sayı günbəgün artır. Formaca Avropa standartlarına uyğunlaşdırılan həmin xidmət obyektlərində keyfiyyət çox aşağıdır. Avropa ölkələrinin əksəriyyətində təqdim edilən yeməyin tərkibi barədə müştəri məlumat imkanına malikdir. Bizdə isə hələlik bu mümkün deyil.


< 1 2 3 4 5 ... 10 11 12 11 12 13 14 15 >

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.