Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu ilin Beynəlxalq Ahıllar Gününün müqəddəs Ramazan bayramı ilə üst-üstə düşməsi onun təntənəsini daha da artırdı. Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının bütün strukturlarında hər iki əlamətdar gün münasibətilə süfrələr açıldı. Gəmiçiliyin Üzücü Heyətinin və Sahil təşkilatlarının həmkarlar ittifaqı komitələrinin məsul işçiləri bayram hədiyyələri ilə Naftalanda məskunlaşmış qaçqın və məcburi köçkünlərin qonağı oldular. 21.000 manat dəyərində pay-puşu 330 nəfərdən ibarət didərgin soydaşlarımıza payladılar.
Təqaüdlərin məbləği əməkhaqqına deyil, iş stajına əsasən hesablanacaq
Gələn il Azərbaycanın pensiya sistemində yeniliklər olacaq. Belə ki, 2009-cu ildən pensiya haqlarının ayrılma mexanizmi dəyişdiriləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (ƏDSMF) rəhbəri Səlim Müslümov məlumat verib: "Bu mexanizmə keçid əhalinin sosial təminatında ədalətin təmin edilməsi məqsədi ilə nəzərdə tutulub", - deyən S. Müslümovun sözlərinə görə, pensiyalar hesablanarkən 2006-cı il yanvarın 1-dək olan dövr üçün məbləğ əməkhaqqına deyil, iş stajına əsasən hesablanacaq.
Sentyabrın 30-u və oktyabrın 1-də bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da mübarək Ramazan bayramı təntənə ilə qeyd edildi. Bayram günlərində müqəddəs ənənəyə uyğun olaraq imkanlı şəxslər ürəyində tutduğu humanist xarakterli niyyətləri həyata keçirməyə, başqalarına yardım göstərməklə təsəlli verməyə çalışdı.
"Biz heç doğmalarımızı onlar qədər ümidlə gözləmirik.Ahıllar Gününə bir-iki gün qalmış gözlərimizi darvazadan çəkmirik. Bilirik gələcəklər. Söhbət gətirdikləri hədiyyələrdən getmir. Sadəcə onlara öyrəşmişik. Əməlləri də gözəldir, söhbətləri də…" Artıq gözlərində həyatın közü qalan ahıl kişi bu sözləri nəfəsini dərə-dərə dedi. Onu kövrəltmək istəmədiyimdən sorğu-suala tutmadım. Sorğu sualsız da bütün vücudu, hərəkətləri, onun doğma adamlar həsrətində olduğunu söyləyirdi. Bu gün o özünü xoşbəxt sayırdı. Görüşünə gör nə qədər ona isti münasibətdə olan, nazını çəkən ünvanına xoş sözlər deyən insan gəlmişdi.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 1982-ci ildə ahılların sosial müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Sözügedən sənədin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-də respublikamızın şəhər və rayonlarında Beynəlxalq Ahıllar Günü (70 yaşından yuxarı insanlar ahıl sayılır) geniş qeyd olunur. Məqsəd də ahıl vətəndaşların sosial problemləri ilə yaxından tanış olmaq, bilavasitə onlarla sıx ünsiyyət yaratmaq, ehtiyaclarını müəyyənləşdirmək və onların həllində imkanlı müəssisələr, kollektivlər, qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Onu da deyək ki, 2006-cı ilin 1 yanvar tarixinə olan məlumata görə, ölkədə 350,3 min ahıl yaşda olan əhali var.
Sentyabrın 19-da Dövlət Neft Şirkətinin "Neftqaztikinti" trestinin Zığda inşa olunmuş idman kompleksində neftçilərin peşə bayramı təntənə ilə qeyd olundu. Tədbir başlamazdan əvvəl trestin həmkarlar ittifaqı komitəsinin sədri Elşad Cəbrayılovdan müsahibə götürdüm. Müsahibim yenicə cərrahiyyə əməliyyatından çıxmasına, hələ də ağrılarının getməməsinə baxmayaraq, yüksək əhvali-ruhiyyədə idi. Bu əhvali-ruhiyyə söhbətində də özünü büruzə verirdi. "Bura toplaşan insanların hər birinin qürrələnməyə, ən azı xoş sözlər eşitməyə haqqı var. Çünki Azərbaycanın iqtisadi, sosial cəhətdən dirçəlməsində, dünyanın ən qabaqcıl ölkələri sırasında öz yerini tutmaq iddiasına düşməsində onların xidmətləri müqayisəedilməzdir".
Vüqar Bayramov: "Bu həm vətəndaşların inamını artırar, həm də yığım prosesınə təkan verər"
Bu günlərdə vergi orqanlarına borcu olan qurumların adı açıqlandı. Kommunal sahədə fəaliyyət göstərən təsərrüfatların borcu 2,7-2,8 milyard manata yaxındır ki, onların əksəriyyəti debitor borclarıdır. Vergi borcu olan dövlət orqanları siyahısına isə "Azəriqaz", "Azərenerji" səhmdar cəmiyyətləri başçılıq edir. Həmin qurumlar hesab edirlər ki, buna istehlakçı qrupların ödənişləri vaxtlı-vaxtında həyata keçirməmələri səbəb olur. Maraqlıdır, ildən-ilə yığılıb qalan bu borcların taleyi necə olacaq?
Arif Qaraşov: "Dünya Bankının ekspertlərinin verdiyi rəydən asılı olaraq həmin tikililərin müqəddəratının həlli barədə hökumət qarşısında məsələ qaldırılacaq"
Paytaxtdakı binalarda mənzillərin qiymətinin bahalaşmasından sonra əhalinin böyük bir hissəsi torpaq alaraq ev tikməyə üstünlük verib. Vətəndaşların əksəriyyəti isə bələdiyyələrdən torpaq ayrılması üçün sərəncam əldə etdikdən sonra tikinti işlərinə başlayır. Bu yolla inşa edilən evlərə sənəd almaq problemə çevrilir. Bu problemin aradan qaldırılmasından ötrü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Dünya Bankı ilə birlikdə layihəni hazırlayıb. Artıq layihənin icrasına başlanıb. Layihə və sözügedən sahədə mövcud durum barədə Xidmətin rəisi Arif Qaraşovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
Müvafiq strukturlar isə akademiklərə yalnız ilin sonunadək maddi yardım göstərəcəklərini iddia edirlər
"Elmlər Akademiyası" metrostans iyasının yaxınlığında 546-cı məhəllədə məskunlaşan akademiklərin (məhəllədə əsasən ali təhsil ocaqlarının professorları məskunlaşıb) evlərindən çıxarılması ilə bağlı yaranan qarşıdurma səngimək bilmir.
Çingiz Əsgərov: "Qərarların icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə mütəmadi məlumat verilir"
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 13 qərar çıxarıb. Azərbaycana qarşı çıxarılan eyni tip qərarların təkrarlanmaması üçün bir sıra tədbirlərin görülməsi zəruridir. Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınması da müəyyən əhəmiyyət kəsb edir.
Babək Hüseynov: "Yardımların təyin olunmasında nöqsanlara yol verən 10 nəfər tutduğu vəzifədən azad edilib, 101 nəfərə töhmət verilib"
Ölkəmizdə ünvanlı yardım siyasəti getdikcə təkmilləşdirilir. Aztəminatlı ailələrin sosial-rifah halının yaxşılaşdırılması üçün tətbiq olunan ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi üçün mövcud qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər edildi. Lakin bütün bunlara baxmayaraq, hələ də bu sahədə problemlərin qaldığı bildirilir.
Məmməd Nəsibov: "Komissiya problemi araşdırıb yekun akt bağlayaraq Nazirlər Kabinetinə göndərib"
Nizami rayonunun Keşlə qəsəbəsində kanalizasiya kollektorunda baş verən qəza nəticəsində sakinlərə də ciddi ziyan dəymişdi. Artıq qəzanın nəticələrinin bir hissəsi aradan qaldırılsa da, evləri yararsız hala düşən sakinlər kompensasiya ala bilməyib.
Bələdiyyələrin güclənməsi, sanballı və cəlbedici bir quruma çevrilməsi üçün onların birləşdirilməsi zəruridir
Güclü özünüidarəetmə institutlarının formalaşdırılması hər bir ölkədə demokratik cəmiyyət quruculuğunun mühüm əlamətlərindən biridir. Bələdiyyələrin inkişaf səviyyəsi, yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifələri yerinə yetirməsi, əhali arasında özünə inam yaratması onların maliyyə mənbələrinin olmasından birbaşa asılıdır. Bələdiyyə büdcəsi həmin ərazidə yaşayan, fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin ödədiyi vergilər hesabına formalaşır. Bu mənada həmin ərazidə yaşayan insanların, orada fəaliyyət göstərən istehsal və xidmət obyektlərinin sayı nə qədər çox olarsa, bələdiyyələrin imkanları da o qədər artar. Bu məqsədə nail olmaq üçün isə bələdiyyələrin formalaşdırılması, bu sahədə müəyyən islahatlar aparılması zəruridir.
Ekspertlər hesab edirlər ki, yalnız uşaqlara deyil, atılmış qocalara da aliment verilməlidir
Ailə boşanmaları ilə bağlı geniş yayılmış problemlərdən biri də kişilərin bir çoxunun uşaqlarının saxlanması üçün aliment ödənişindən yayınmasıdır. Bu isə boşanma haqqında məhkəmə qərarından sonra ailə münaqişələrinin davam etməsinə gətirib çıxarır. Boşanmış kişilərin 80 faizindən çoxu uşaqlarının saxlanılması üçün aliment ödəmir və ya bunu vaxtında etmir. Mütəxəssislər bu problemin aradan qaldırılmasını hüquqi tənzimləyici bazanın yaradılmasında görürlər.
Səlim Müslümov: "Pensiyalar orta aylıq əməkhaqqının 36,5 faizinə bərabər olacaq"
Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə sosial müdafiəni gücləndirmək məqsədi ilə bir neçə Sərəncam verildi. Bunlardan biri də "Əmək pensiyalarının baza hissəsinin arıtırılması haqqında" idi. Sənədə uyğun olaraq, yaşa görə verilən pensiyaların baza hissəsi 15 manat artaraq 75 manata çatdırılıb. Sərəncamda həmçinin Azərbaycanın milli qəhrəmanlarının, şəhid ailələrinin, əlillərin və digər şəxslərin, əmək pensiyalarının baza hissəsinə əlavə də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğinin 25 faiz artırılması nəzərdə tutulur.
Ölkə başçısı Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XIII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalamışdır.
Nərminə Alnağıyeva: "Bu günədək özəlləşdirilən 72 məktəbəqədər tərbiyə müəssisəsindən cəmi 1-i təyinatına görə fəaliyyətə başlayıb"
Bir müddət əvvəl respublikamızda uşaq bağçalarının bir qismi özəlləşdirildi. Özəlləşdirilən məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar üçün daha əlverişli şərait yaradılacağı gözlənilirdi. Bu gözləmə özünü doğrultmadı. İndiyədək özəlləşdirilən məktəbəqədər təhsil müəssisəsindən cəmi biri təyinatına uyğun fəaliyyət göstərir.
Nabil Seyidov: "İnternat evlərini tərk edərək küçələrdə qalan uşaqların cinayətkar qrupların təsir dairəsinə düşmə ehtimalı çox böyükdür"
Uşaq evlərində böyüyən uşaqların ailələrə verilməsi ilə bağlı proqram hazırlansa da, bu istiqamətdə əməli işlər nəzərə çarpmır. Bu prosesin ləngiməsi müxtəlif səbəblərlə izah edilir. İnternat evlərində böyüyən uşaqlar müəyyən yaşdan sonra oranı tərk etmək məcburiyyətindədir.
“Onlar faktiki işsiz olsalar da, qanunvericiliklə işsiz sayılmırlar”
Bu günlərdə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və "Ülfət" qəzetinin informasiya dəstəyi ilə "Gənclər arasında layiqli əməyin təşkili" mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada səslənən fikirləri azacıq ixtisarla oxucularımıza təqdim edirik.
Azərbaycanda uşaq oyuncaqları istehsal edilmədiyindən bu məhsullar xaricdən idxal olunur. Uşaq aləmində satışa çıxarılan oyuncaqlar əsasən Almaniya, Türkiyə, Rusiya, Çin və başqa ölkələrdən gətirilir. Oyuncaq bazarı kəmiyyət baxımından zəngin olsa da, keyfiyyət cəhətdən çox aşağı səviyyədədir. Bu da bir müddət öncə ictimaiyyəti həyəcan təbili çalmağa vadar etdi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.