Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

GƏLƏN İL ÜNVANLI SOSİAL YARDIMLAR ARTIRILACAQ

29.12.07 - 9:00292 baxılıb

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib. O deyib ki, gələn ildən yardımların 1 il müddətinə verilməsi üçün təkliflər hazırlanıb: "Gələn il ünvanlı sosial yardımların verilmə müddəti uzadıla bilər".


ƏCZAÇILIQ BAZARINDA NİZAM-İNTİZAM YARADILIR

15.12.07 - 9:02374 baxılıb

BİR ÇOX TİBB MÜƏSSİSƏLƏRİNİN LİSENZİYALARI LƏĞV EDİLDİ

Səhiyyə Nazirliyi Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları ilə birgə əczaçılıq bazarında nizam-intizam yaratmaq məqsədi ilə apteklərdə baxış keçirir. Məqsəd qeyri-qanuni fəaliyyət göstərən tibb və əczaçılıq müəssisələrində vergi siyasətinin pozulmasının qarşısını almaqdan ibarətdir. Nazirlikdən verilən məlumata görə, son 3 ay ərzində lisenziyası olmayan tibb və əczaçılıq fəaliyyəti ilə qeyri-qanuni məşğul olan fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 75 protokol tərtib edilib.


ÇEKLƏRİN BAHALAŞACAĞI GÖZLƏNİLİR

15.12.07 - 9:00301 baxılıb

ƏMLAK KOMİTƏSİ STRATEJİ MÜƏSSİSƏLƏRİN ÖZƏLLƏŞDİRİLƏCƏYİNİ VƏD EDİR

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi özəlləşdirmə paylarının dövriyyə müddətinin artırılmasını nəzərə alaraq çeklərdən səmərəli istifadə üçün yeni təkliflər hazırlayıb. Komitə özəlləşdirmənin ilkin mərhələsində, yəni səhmdar cəmiyyətlərinin yaradılmasında istifadə olunan səhm paketinin formalaşmasında əhalinin əlində dəyərsiz kağıza çevrilmiş çeklərin leqallaşdırılmasını istəyir. Yəni “qara bazar”a çıxarılan çeklərin birbaşa investisiya fondlarına yönəldilməsi məqsədəuyğun sayılır.
Bu prosesin həyata keçirilməsi vətəndaşların çeklərini səhmlərə yerləşdirilməsinə təkan vermiş ola bilər.


QURBAN BAYRAMINDA QİYMƏTLƏRİN YENİDƏN BAHALAŞMASI GÖZLƏNİLİR

08.12.07 - 9:01283 baxılıb

KƏND TƏSƏRRÜFATI VƏ İQTİSADİ İNKİŞAF NAZİRLİKLƏRİ İSƏ YARMARKALARDA MALIN HƏCMİNİ ARTIRMAQLA SÜNİ BAHALAŞMANIN QARŞISINI ALMAĞA ÇALIŞIR

Qurban və Yeni il bayramlarının yaxınlaşması bazarda süni qiymət artımına bir qədər də stimul verib. Satıcılar bayrama 10 gündən də çox qalmasına baxmayaraq, qiymətləri indidən qaldırıblar. Noyabrda müşahidə edilən bahalaşma son on gündə daha 5 faiz yüksəlib. Artıq bir həftədir ki, 25 qəpiyə satılan 390 qramlıq çörəyin çəkisi 30 qram da azalıb və bu, dolayısı ilə çörəyin 9 faiz də bahalaşdığını göstərir.
Eləcə də yağın, südün, süd məhsullarının qiymətləri 5-10 faiz arasında dəyişib. Sabun və digər yuyucu vasitələrinin qiymətləri isə 30 faiz bahalaşıb. Tikinti bazarında vəziyyət isə tənzimlənmir. Xüsusilə sement və qumun qiymətlərində artım bu sahəyə nəzarətin olmamasına sübutdur. Artıq rayonlardan qoyun gətirən işbazlar Qurban bayramında qiymətləri ən azı 25-40 faiz bahalaşdırmaq barədə düşünür. Başqa məhsullar, əsasən də bayramda tələbat artan malların qiymətləri hər gün dəyişməkdədir.


2008-Cİ İLDƏ RAYONLARA VERİLƏN QAZ DAYANDIRILACAQ

08.12.07 - 9:00291 baxılıb

"AZƏRİQAZ" BORCU OLAN RAYONLARA DEKABRIN SONUNA KİMİ VAXT VERİB

"Azəriqaz" bir neçə aydır ki, abonentlərə xəbərdarlığını sərtləşdirmək istəyir. İdarə 2008-ci il yanvarın 1-dən başlayaraq yığım faizi üzrə öhdəliyi yerinə yetirə bilməyən rayonlara qazın verilməsini dayandıracaq. Rayon icra hakimiyyətlərinə xəbərdarlıq məktubları göndərən SC 25 gün ərzində borcları ödəməyi tələb edir.
İndiyədək rayon icra hakimiyyətlərinə müraciət edən SC Nazirlər Kabineti qarşısında götürülmüş zəmanəti nəzərə alaraq yığım faizində ciddi dönüş yaratmağı tövsiyə edir.


ŞƏRİƏT QANUNLARINA ƏMƏL EDƏNLƏRİN MALİYYƏ İNSTİTUTU

01.12.07 - 9:02311 baxılıb

YENİ YARADILAN XƏZƏR BEYNƏLXALQ İNVESTİSİYA ŞİRKƏTİNİN PRİNSİPLƏRİ BELƏDİR

Azərbaycanda sırf şəriət qanunları ilə işləyən maliyyə təşkilatı yaradılıb. İslam İnkişaf Korporasiyası ilə Dövlət İnvestisiya Şirkətinin müştərək yaratdığı həmin qurum Xəzər Beynəlxalq İnvestisiya Şirkəti adlanır.
İslam İnkişaf Korporasiyasının direktoru Xalid əl-Abudi bildirib ki, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti ilə əməkdaşlıq etmək istəyən şirkətlər gərək islam amillərini nəzərə alsın. Fəaliyyəti şəriət prinsiplərinə zidd olan qurumlar, istər bank və sığorta şirkətləri olsun, istərsə də kredit agentlikləri, onların təklifinə müsbət cavab verilməyəcək.


XARİCƏ VALYUTA ÇIXARILMASINA MƏHDUDİYYƏTLƏR GÖTÜRÜLÜR

01.12.07 - 9:00318 baxılıb

DÜNYA TİCARƏT TƏŞKİLATI AZƏRBAYCANDAN BUNU TƏLƏB EDİB

Dünya Ticarət Təşkilatı Azərbaycanın bu qurumun sıralarına daxil olması üçün hökumət qarşısında bir sıra şərtlər qoyub. Təşkilatın Cenevredə yerləşən katibliyi respublikamızın DTT-yə üzv olmasına hazırlıq üzrə İşçi Qrupuna tövsiyə edib ki, qanunvericilikdə bir sıra dəyişikliklər yaxın zamanlarda öz həllini tapmalıdır.
Həmin tövsiyələrin əsas detallarından biri Azərbaycanın hüdudlarından kənara çıxarılan valyuta sərvətlərinə tətbiq olunan gömrük rüsumlarının ləğv edilməsidir.


ƏRZAQ MƏHSULLARI NİYƏ BAHALAŞIR?

24.11.07 - 9:00332 baxılıb

QİYMƏTLƏRİ ARTIRMAQ ÜÇÜN İNHİSARÇILARIN ƏLİNƏ FÜRSƏT DÜŞÜB

Azərbaycan dünyada baş verən kəskin iqtisadi böhran meyillərinin acı fəsadlarını yaşamaqdadır. Tələbat mallarının qiymətləri demək olar ki, hər gün artır. Ərzaq məhsullarının bahalaşması özü ilə bərabər inflyasiya alovunu da sürətləndirir. Azərbaycan ərzaq məhsullarının 70 faizini xarici dövlətlərdən gətirdiyindən inflyasiya idxalının qarşısında acizdir.
Ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmiş ölkələr bu proseslərin axarında o qədər də narahatçılıq keçirmir. Məsələn, Qazaxıstan, İran, Belarus, bəzi ərəb dövlətləri çörək, süd, yağ və başqa ərzaq malları ilə tələbatı ödəmək iqtidarında olduğundan qiymət sıçrayışları bu ölkələrə az təsir göstərir. Azərbaycanda isə son bir ayda ərzaq mallarının əksəriyyəti 40-50 faiz bahalaşıb. Çörəyin qiyməti 5-10 qəpik bahalaşmaqla bərabər, çəkisi aşağı düşməkdədir. 25 qəpiyə satılan çörəyin çəkisi 390 qram, 30 qəpiklik çörək 450 qrama bərabərdir. 1 kq-lıq çörək demək olar ki, yoxdur, varsa 50 qəpikdən aşağı deyil.


ÇÖRƏYİN BAHALAŞMASI DAVAM EDƏCƏK

17.11.07 - 9:01349 baxılıb

DÜNYA BAZARINDA TAXILIN QİYMƏTİNİN ARTMASI ÇÖRƏYİN BAHALAŞMASININ QARŞISINI ALMAĞA İMKAN VERMİR

Dünya taxıl bazarında davam edən gərginlik Azərbaycanın çörəklə təminatında da müəyyən problem yaratmaq üzrədir. Son iki ildə taxıl 3 dəfə bahalaşıb. Hazırda taxılın bir tonunun qiyməti 320 dollara çatmaqdadır. Ölkəmizə un idxalı ilə məşğul olan "Fatıoğlu", "Neon" , "Karat" və digər firmalar çörəyin qiymətini artırmaqdan başqa çıxış yolu olmadıqlarını bildiriblər. Bu firmalar artıq indiki qiymət silsiləsi ilə işləməyin çox çətin olduğunu söyləyirlər.
Un, makaron və çörək məmulatlarının istehsalı ilə məşğul olan "Neon" firmasının rəhbəri Arif Həsənov bildirir ki, 2007-ci ilin ortalarından dünya bazarında taxılın qiymətinin kəskin şəkildə artması onları qiymətləri artırmağa məcbur edir.


ÇEKLƏRİN "ÖMRÜ" DAHA İKİ İL UZADILDI

17.11.07 - 9:00352 baxılıb

ÖZƏLLƏŞDİRMƏ PAYLARININ QİYMƏTİNİN QALXACAĞI GÖZLƏNİLİR

Prezident özəlləşdirmə çeklərinin dövriyyə müddətinin uzadılması ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının qərarına əsasən, çeklərin "ömrü" daha iki il uzadılıb. Xatırladaq ki, özəlləşdirmə paylarının dövriyyə müddəti 2008-ci ilin yanvarında başa çatmalı idi. Hökumətin bu addımı atmasında əsas məqsəd əhalidə qalan çeklərin " batmasının" qarşısını almaq və qarşıdakı 2 il ərzində onların strateji müəssisələrin özəlləşdirilməsində iştirakına şərait yaratmaqdan ibarətdir.


2008-Cİ İLDƏ BÜDCƏ 10 MİLYARD DOLLARI ÖTƏCƏK

10.11.07 - 9:01314 baxılıb

GƏLƏN İL BÜTÜN SAHƏLƏRDƏ MAAŞ VƏ PENSİYALAR ARTIRILACAQ

2008-ci ilin dövlət büdcə layihəsi gələn həftə parlamentin komissiyalarından birbaşa geniş tərkibdə hökumət qurumlarının iştirakı ilə iclasda müzakirə olunacaq. Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, artıq layihə üzərində bir çox təkliflər nəzərə alınıb və bu ayın sonuna kimi qəbul edilməsi nəzərdə tutulub. Artıq büdcənin bütün parametrləri də məlumdur. Azərbaycanın sosial-iqtisadi həyatında mühüm keyfiyyət dəyişiklikləri dövlətin ali maliyyə sənədində tam təfərrüatı ilə öz əksini tapıb. Büdcənin makroiqtisadi göstəriciləri Azərbaycanın dünyada lider mövqeyə sahib olduğunu bir daha təsdiqləyir.


AVROPA BANKI AZƏRBAYCANI ƏN SÜRƏTLİ İNKİŞAFA MALİK ÖLKƏ SAYIR

10.11.07 - 9:00338 baxılıb

BANK MDB VƏ ŞƏRQİ AVROPADA İQTİSADİ VƏZİYYƏTƏ DAİR HESABATI AÇIQLAYIB

Avropa Yenidənqurma və İnkişaf Bankı keçid dövrünü yaşayan dövlətlərdə iqtisadi vəziyyətlə əlaqədar yeni hesabatını açıqlayıb. Mərkəzi və Şərqi Avropa dövlətlərini, eləcə də Şərqi Asiyanı əhatə edən sənəddə bildirilir ki, keçid regionunda müşahidə olunan iqtisadi artımın bu il rekord səviyyəyə çatacağı gözlənilsə də, qloballaşmanın təsirləri nəticəsində yay aylarında başlamış kredit məhdudiyyətləri bu artımın səngiməsi ilə nəticələnə bilər.


ABŞ VƏ BÖYÜK BRİTANİYA ŞİRKƏTLƏRİ ÜÇÜN TERROR QORXUSU VARMI?

03.11.07 - 9:02351 baxılıb

HÖKUMƏT XARİCİ İNVESTORLARIN TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT VERİB

PKK terrorçularının BTC-nin Türkiyə hissəsində neft kəmərini partladacaqları barədə bəyanatı və ardınca vəhhabilik təriqəti altında gizlənmiş dini ekstremistlərin Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşları olan ABŞ və Böyük Britaniya vətəndaşlarına sui-qəsd planlarına dair xəbərdarlığı iqtisadi sabitliyin gücləndirilməsinin zəruriliyini ortaya çıxarıb. Azərbaycan regionda iqtisadi layihələrin strateji məkanı və xarici sərmayələrin ən çox yatırıldığı dövlət kimi əcnəbilərin nüfuz dairəsinə daxil olduğundan hər hansı əcnəbi iş adamına qarşı sui-qəsd, yaxud onun biznesinə təhlükə Azərbaycanın iqtisadi siyasətinə zərbə kimi də dəyərləndirilə bilər.


AVROPA BANKI İPOTEKA FONDUNA KREDİT VERMƏK FİKRİNDƏ DEYİL

03.11.07 - 9:00303 baxılıb

AMMA BANK HÖKUMƏTƏ 130 MİLYON DOLLAR VERMƏYƏ RAZIDIR

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan hökuməti ilə əməkdaşlığı dərinləşdirmək və yeni layihələrə dünyanın ən nüfuzlu maliyyə institutlarını cəlb etmək niyyətindədir. Bank öz strategiyasına sadiq qalaraq uzunmüddətli əməkdaşlıq siyasəti çərçivəsində Azərbaycanın sahibkarlıq və infrastruktur sektoruna dəstəyini artırmağa çalışacaq. Avropa bankının vitse-prezidenti Varel Friman bildirib ki, bank təkcə bu il respublikamızda 26 layihəni maliyyələşdirmək fikrindədir.


AZƏRBAYCAN AVROPAYA İŞIQ SATMAĞA HAZIRLAŞIR

27.10.07 - 9:02273 baxılıb

2008-Cİ İLDƏ ENERJİ İSTEHSALININ REKORD HƏDDƏ ÇATMASI İXRACA İMKAN VERƏCƏK

Azərbaycan hökuməti elektrik enerjisi idxal edən ölkədən ixracatçı dövlətə çevrilməyi planlaşdırır. Neft və qazdan sonra işıq ixracına başlanması Avropanın enerji konsepsiyasına Azərbaycanın yeni töhvə verməsi ola bilər. Artıq gələn ildən başlayaraq ölkənin işığa olan tələbatı tam ödəniləcək və xaricə "gözəgörünməz cərəyan" göndərmək mümkünləşəcək.


QİYMƏTLƏRİN ARTMASINA İNHİSARÇILAR SƏBƏB OLUR

27.10.07 - 9:00334 baxılıb

DÖVLƏT BAŞÇISI HÖKUMƏT ÜZVLƏRİNƏ SÜNİ QİYMƏT ARTIMI YARADANLARIN CƏZALANDIRILMASINI TAPŞIRIB

Azərbaycan hökuməti ilin əvvəllərindən nə qədər çalışsa da qiymət artımının qarşısını arzuolunan səviyyədə saxlaya bilməyib. Hökumət əsas hədəf kimi inflyasiyanın birrəqəmli həddə saxlanmasına çalışsa da, qiymət indeksi ikirəqəmli çevrəyə " ayaq qoyub". Artıq inflyasiya 16 faiz səviyyəsindən aşağı düşmür. Qiymət alovunun söndürülməsinə cəhd göstərən dövlət strukturlarını qayğılandıran başlıca hədəf inflyasiyanın yaranmasında süni faktorların dərin rol oynamasıdır.


XƏZƏRDƏ SONA DOĞRU...

20.10.07 - 9:00343 baxılıb

TEHRAN BƏYANNAMƏSİ DÜYÜNÜN AÇILMASINA YAXINLAŞDIRDI

Xəzər düyününün Tehran sammitində açılacağına göz dikənlərin bu dəfə də ümidləri doğrulmadı. Sahilyanı dövlətlər dənizin hüquqi statusu ilə bağlı həddindən artıq səmimi məcrada keçən danışıqlar aparsa da, mövqelərdə sıx yaxınlaşmalar hiss olunsa da 17 ilə yaxın tarixə malik problemə birdəfəlik nöqtə qoymaq mümkün olmadı. Doğrudur, bu sammit əvvəlkilərlə müqayisədə irəliyə doğru daha bir addım kimi qiymətləndirilə bilər.


BAZARDA SATILAN DUZUN 90 FAİZİ SAXTADIR

06.10.07 - 9:00324 baxılıb

İNSANLARDA ƏN KƏSKİN XƏSTƏLİKLƏRİN YARANMASINA KEYFİYYƏTSİZ DUZLAR SƏBƏB OLUR

Azərbaycanda duz bazarının 90 faizini saxta məhsul istehsalçıları ələ keçirib. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəhbəri Xaliq Məmmədov bildirib ki, Azərbaycanda satışa çıxarılan duzun böyük bir hissəsi sanitar və gigiyenik normalara cavab vermir. Xidmətin əməkdaşlarının apardığı araşdırmalar zamanı respublikamızın əksər bölgələrindəki satış məntəqələrində duzun keyfiyyətsiz və saxta olması təsdiq edilib.


ÜNVANLI YARDIMLARIN VERİLMƏSİNDƏ ƏDALƏTSİZLİKLƏR VAR

22.09.07 - 9:07284 baxılıb

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ QANUNA DƏYİŞİKLİKLƏR EDİLMƏSİNİ İSTƏYİR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımların məbləğinin artırılması barədə hazırladığı təklifləri Maliyyə Nazirliyinə təqdim edib. 2008-ci ildə yardımların məbləğinin artırılması gözlənilir. Nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımovun bildirdiyinə görə, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün ehtiyac meyarının yenidən işlənməsi vacibdir.
Buna görə də, Nazirliyin mütəxəssisləri "Aztəminatlı ailələrin sosial reabilitasiya proqramı"nda bu məqsədləri nəzərdə tutan təkliflərə geniş yer verib. Həmin proqramın tərkib hissəsinə aid elementlərdən biri isə sosial yardımların verilməsində bir sıra təkmilləşdirmələrin aparılmasıdır. Bu məqsədlə ƏƏSMN "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əlavə və dəyişikliklərin edilməsinə dair təklifləri də hökumətə təqdim etməyə hazırlaşır.


FAKTLAR İRƏLİLƏYİŞİMİZİ TƏSDİQLƏYİR

22.09.07 - 9:03299 baxılıb

"İqtisadiyyatımızın sıçrayışlı inkişafı ölkənin bütün regionlarında, o cümlədən Bakının Nizami rayonunda da hiss olunmaqdadır". Bu sözlərin müəllifi - Rayon Statistika Komitəsinin müdiri Nəcəf İsmayılov fikrini konkret faktlarla əsaslandırdı. Onun dediyinə görə, 2007-ci ilin yanvar-iyun aylarında rayonda baş verən iqtisadi və sosial dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər ötən illə müqayisədə nəzərəçarpacaq qədər yaxşılaşmışdır. İlin əvvəlindən götürülmüş yüksək sürət ikinci rübdə də davam etmiş, məhsul istehsalı artmış, xidmətlərin çeşidi genişlənmiş, yeni iş yerləri yaradılmışdır.


< 1 2 3 4 5 ... 12 11 12 13 14 15 >

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.