Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Əmanətlərin qaytarılması bu il də mümkün olmayacaq
Əhalinin keçmiş sovet banklarında yerləşdirdiyi əmanətlərin 2008-ci ilin ikinci yarısında qaytarılmasının mümkünlüyü barədə parlamentdə fəaliyyət göstərən xüsusi komissiyanın vədi özünü doğrultmadı.
Cinayət əməli nəticəsində dəyən zərərin dövlət tərəfindən ödənilməsi təklif edilir
Demokratik cəmiyyətdə, hüquqi dövlətdə ən çox önəm verilən məsələ insan haqlarının qorunmasıdır. Bu dəyərlərə hörmət edən dövlətlərdə hüququ pozulan vətəndaş ilk olaraq məhkəmələrə müraciət edir. Məhkəmə qətnamələrinin yerinə yetirilməməsi isə ədalətli məhkəmə araşdırması hüququnu xəyali hüquqa çevirir. Azərbaycanın hüquq sistemində də bununla bağlı ciddi problemlər hələ də qalmaqdadır. Vətəndaşların hüquqlarının bərpasına dair məhkəmə qərarları çox vaxt kağız üzərində qalır.
Aprel ayında Ümumdünya Həmkarlar İttifaqı Konfederasiyasınin Şurasında MDB ölkələrində əməyin ödənilməsi haqqında məruzə dinlənilmişdir. Konfederasiyanın zəhmətkeşlərin sosial-iqtisadi mənafelərinin müdafiəsi məsələləri üzrə departamenti tərəfindən hazırlanmış məruzə əsasında qərar qəbul olunmuşdur. Qərarda qeyd olunur ki, əməyin ödənilməsi sahəsində müəyyən işlər görülüb, lakin jiddi problemlər hələ də qalmaqdadır. Ona görə də bu sahədə yaranmış vəziyyətin təhlil edilməsi və həmkarlar ittifaqlarının həmrəy mövqeyi və fəaliyyətinin müəyyənləşdirilməsi olduqja vajibdir.
Minaya düşərək əlil olanlar üçün xüsusi təhsil proqramının hazırlanmasına ehtiyac var
Erməni işğalçıları torpaqlarımıza hücum edəndə minlərlə vətənpərvər soydaşımız torpaqlarımızın müdafiəsinə qalxdı. Onlardan bir qismi müharibədən sağ qayıtsa da, minaya düşərək müxtəlif dərəcəli xəsarət alıb. Hazırda Azərbaycanda minadan zərər çəkən 1970 insan var. Mina partlayışları nəticəsində isə 360 nəfər həyatını itirib.
Ekspertlər elan paylayan belə firmalara hüquqi nəzarətin tətbiqini vacib sayırlar
Hər gün Bakı şəhərinin müxtəlif yerlərində, əsasən də əhalinin sıx toplaşdığı metrostansiyaların qarşısında və avtobus dayanacaqlarında elan vərəqələri paylayan gənclərə rast gəlmək olar. Həmin kiçik vərəqələrdə işsizlik problemilə üzləşənlərə yeni iş yerləri tapmaq üçün qeyd edilmiş ünvana müraciət etmək xahiş olunur. Amma bu barədə mətbuatda dəfələrlə öz əksini tapmış məlumatlar, dövlət və qeyri-hökumət təşkilatlarının apardığı monitorinqlər elanı yayan firmaların bir çoxunun əslində işə düzəltmək adı altında qanunsuz əməllərlə məşğul olduğunu təsdiq edib.
Azərbaycanda ünvanlı dövlət sosial yardımın təyini üçün müəyyənləşdirilən ehtiyac meyarının artırılması ilə bağlı yeni qərar iyulun 1-dən tətbiq ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, həmin vaxtdan başlayaraq, hazırda 45 manat səviyyəsində olan ehtiyac meyarı 55 manat həddində hesablanacaq.
Azərbaycanda "Təmiz Şəhər" Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub. Bunu İqtisadi İnkişaf naziri Heydər Babayev bildirib. H.Babayevin sözlərinə görə, iyun ayının 24-25-də Nazirlər Kabinetində aidiyyəti qurumların iştirakı ilə bu məsələ ilə bağlı son müzakirələr keçiriləcək və sonradan sənədlər dövlət başçısına təqdim olunacaq.
Bu sağlamlıq ocaqlarında il ərzində 13 min nəfər müalicə ala biləcəkdir
Müsahibimiz "Kurort" Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini icra edən Əbil Ağasiyevdir
- Əbil müəllim, yaz-yay aylarında sanatoriyalarımızda müalicə alıb sağlamlığını bərpa etmək istəyənlər daha çox olur. Bu gün sanatoriyalarda kütləvi yay mövsümünə nə kimi hazırlıq işləri görülmüşdür?
Sankt-Peterburq sammitində təşkilat qlobal layihələri həyata keçirmək planlarını açıqlayıb
Dünən Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti başladı. Tədbirdə MBD məkanında siyasi-iqtisadi, sosial-ictimai, mədəni-elmi əlaqələrin vəziyyəti və gələcək əməkdaşlıq məsələləri müzakirə mövzuları olacaq. Sammit daha çox siyasi məzmun kəsb etsə də, iqtisadi və sosial layihələrin həyata keçirilməsini nəzərdə tutan təkliflərin də müzakirələrdə yer alacağı istisna deyil. Sammitdə qurumun üzvü olan dövlətlər qloballaşan dünyada baş verən dəyişikliklərin iqtisadi-sosial sferaya təsiri, bahalaşmanın təsirlərinin azaldılması üçün birgə səylərin artırılması, ərzaq məhsulları ilə təminatda MDB ölkələrinin qarşılıqlı əlaqələrinin gücləndirilməsi və digər məsələlər diqqət mərkəzində dayanacaq.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında azad həmkarlar ittifaqı komitələrinin sədrləri üçün təşkil edilmiş ongünlük kurs başa çatmış, 18 nəfər təhsilini artırmışdır.
Yaxın günlərdə Azərbaycanda pensiyaların məbləği artırılacaq. Bu artımdan sonra Azərbaycanda orta aylıq pensiya təxminən 90 manata çatacaq. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, təkliflər artıq hazırdır.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirmişdir.
Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Saatlı Rayon Komitəsi "Müasir ailə necə olmalıdır?" mövzusunda dəyirmi masa keçirmişdir. Tədbirdə Rayon Qadınlar Şurasının sədri Tamella İsmayılova, Rayon İcra Hakimiyyəti Aparatının işçisi Natəvan İmanzadə və YAP Saatlı Rayon Şöbəsinin təlimatçısı Esmira Ağayeva iştirak edirdilər.
Ərzaq qıtlığı hökuməti Taxıl Fondunu yaratmağa məcbur etdi
Nəhayət ki, hökumət 10 ilə yaxın müddətdən sonra ölkədə Taxıl Fondunun yaradılması barədə qərar verməyə məcbur oldu. Dünyada baş verən taxıl qıtlığının Azərbaycana kəskin təsirindən və ixracatcı dövlətlərin - Qazaxıstan, Rusiya və Ukraynanın məhsul satışını dayandırmasından sonra hökumət ərzaq ehtiyatlarının toplanmasının qayğısına qalıb. Təbii ki, ərzaq dedikdə ilk növbədə çörək nəzərdə tutulur. Yeni qurumun başlıca vəzifəsi də taxıl ehtiyatlarının yerli resurslar hesabına əldə edilməsindən ibarət olacaq. Taxıl Fondu yerli istehsal hesabına ölkənin tələbatının ən azı 50-70 faizlik ehtiyatlarını toplamalıdır. Bu gün Azərbaycanın una olan tələbatının 2 milyon tona bərabər olmasını nəzərə alsaq, Fondun resurslarının 1 milyon 500 min ton təşkil edəcəyini düşünmək olar.
Vahid Əhmədov: "Əhalinin aztəminatlı hissəsinin yararlanması üçün 7 faizdən artıq faiz dərəcəsi tətbiq etmək düzgün deyil" Hökumətdə ipoteka kreditlərinin yeni qaydalarla təklif olunması ilə bağlı müzakirələr aparılır. Yeni qaydalarda əhaliyə sosial ipoteka kreditlərinin kommersiya şərtləri ilə təklif ediləcəyi gözlənilir. Milli Bankın yaydığı məlumata görə, kreditlərin faiz dərəcələri qurumun uçot dərəcəsindən aşağı olmayacaq. Bu isə o deməkdir ki, ipoteka kreditləri 14 faizdən az olmamaq şərtilə təklif ediləcək. Maraqlıdır, bu şərtlərlə verilən sosial ipoteka kreditlərindən əhalinin azgəlirli təbəqələri yararlana biləcəkmi?
İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqının yerlərdə işəgötürənlərlə apardığı məqsədyönlü danışıqların nəticəsi olaraq son bir neçə ayda "Qaradağ-S" MMC-də, "ELSEYM" TİM-də, "İnter-Alyans" LTD MMC-də və Xızı rayonunda yerləşən "Xələnç Çınqıl-Qum" karxanasında ilk həmkarlar ittifaqı təşkilatları yaradılmışdır.
Ünvanlı sosial yardıma dəyişikliklər edilməsi üçün hökumətə müraciət olunub
Ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin təxminən yarısına yardım ayrılır. İqtisadi tədqiqatlar mərkəzinin Mingəçevir şəhərində 800 nəfər arasında keçirdiyi sorğu zamanı məlum olub ki, ünvanlı yardımdan istifadə edən vətəndaşların 79 faizinin aylıq gəliri ehtiyac meyarından - yəni 40 manatdan da aşağıdır.
Səhiyyə İşçiləri HİRK-in bu təşəbbüsü tibb məktəblərinin tədris fəaliyyətini yaxşılaşdıracaq
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti tibb tədris müəssisələrinin kompyuterlə təmin edilməsi haqqında qərar qəbul etmişdir. Məqsəd tibb məktəblərinin tədris fəaliyyətini yaxşılaşdırmaq və fənn kabinetlərinin təchizatını lazımi səviyyəyə çatdırmaqdır.
Dövlət Neft Şirkətinin və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə əmr-qərarına əsasən, DNŞ və NQÇİHİRK arasında 2007-2009-cu illər üçün bağlanmış Sahə (tarif) Kollektiv Sazişin "Əməyin ödənilməsi" bölməsinə gecə vaxtı yerinə yetirilən işlərin ödənilməsinə dair yeni bənd əlavə edilmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.