Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Neftçilərin sosial-inkişaf proqramı fəaliyyətdədir

19.04.08 - 13:31477 baxılıb

Bu proqram Dövlət Neft Şirkətində
çalışanların sosial rifahını yaxşılaşdırmağa xidmət edir

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti aprelin 18-də keçirdiyi geniş iclasında "2007-2010-cu illər üçün Sosial İnkişaf Proqramı"nın yerinə yetirilməsində həmkarlar ittifaqlarının rolu" barədə məsələ müzakirə etmişdir.


Başanmaların sayı artır

19.04.08 - 13:211013 baxılıb

Məhkəmələrə kişilərlə müqayisədə
qadınlar daha çox müraciət edirlər

Son illər respublikamızda boşanmaların sayı artır. Təkcə ötən il Azərbaycanda 81 758 nikah bağlanıb. 8 340 ailə isə rəsmi qaydada nikahı pozdurub ki, bu da 2006-ci illə müqayisədə 523 ailə çoxdur. Ailələrin dağılmasına səbəb isə müxtəlifdir.


Yaşayış minimumuna yenidən baxılacaq

15.04.08 - 13:02527 baxılıb

Hadı Rəcəbli: "Bazardakı qiymət dəyişiklikləri
nəzərə alınaraq yaşayış minimumu artırıla bilər"

İlin sonuna qədər Azərbaycanda yaşayış minimumuna yenidən baxıla bilər. Bu barədə Milli Məclisin Sosial İqtisadiyyat Komissiyasının sədri Hadı Rəcəbli məlumat verib.


Ünvanlı sosial yardım bir il müddətinə veriləcək

15.04.08 - 13:01748 baxılıb

Qanuna əlavə və dəyişikliklər barədə təkliflər hökumətə göndərilib

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Ünvanlı sosial yardım haqqında" Qanuna yeni əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə hazırladığı təkliflər paketini ölkə hökumətinə təqdim edib. Nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, təkliflər artıq Ədliyyə və Maliyyə nazirlikləri ilə razılaşdırılıb, yeniliklərin isə artıq may ayından qüvvəyə minəcəyi gözlənilir.


Məşğulluğun inkişafı problemi müzakirə olunacaq

15.04.08 - 12:56560 baxılıb

Tədbirdə kənd təsərrüfatı sahəsində işləyənlər arasında yoxsulluğun azaldılması barədə danışılacaq

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2008-ci il payız sessiyasında "Kənd təsərrüfatında yoxsulluğun azaldılması və məşğulluğun inkişafı məsələləri" müzakirəyə çıxarılacaqdır.


Təhsil sahəsində bərabərlik uğrunda

15.04.08 - 12:53572 baxılıb

Aprel ayının əvvəlində Belçikanın Brüssel şəhərində Təhsil İnternasionalının (EI) Pan Avropa Bərabərlik Komitəsinin görüşü keçirilmişdir. İlk dəfədir ki, bu komitənin görüşündə rekord sayda-26 ölkədən 51 nümayəndə iştirak etmişdir.


Xəzər dənizində ilk ekoloji qurğu quraşdırılacaq

15.04.08 - 12:51370 baxılıb

Bu, atmosferin təmizlənməsi istiqamətində Azərbaycan
tərəfindən görüləcək böyük işlərin başlanğıcı olacaq

Azərbaycanda 2008-ci ildə 8 milyard kubmetr qaz istehsal etmək nəzərdə tutulub. Ölkə Prezidenti tərəfindən gələn bu tapşırığa uyğun olaraq Azərbaycan Dövlət Neft Şirkəti hələ ötən il "Qaz proqramı" hazırlamışdı. Proqram uğurla həyata keçirilməkdədir. 2007-ci ilin avqust ayından proqram çərçivəsində yeni qurğunun-alçaq təzyiqli qaz kompressoru stansiyasının quraşdırılmasına başlanılmışdır. Əvvəlcə onu qeyd edək ki, bu stansiya xarakterinə görə Xəzər dənizində hələ ən azı bir il yeganə olacaq. Qurğunun quraşdırma işlərini həyata keçirən DNŞ Neft-Qaz Tikinti Tresti 4 saylı Tikinti-Quraşdırma İdarəsinin rəisi Əfqan Məmmədov bildirdi ki, stansiya həm ekoloji, həm də iqtisadi baxımdan çox sərfəli olacaq. Düzdür, onun maya dəyəri də kifayət qədər yüksəkdir. Təkcə tikinti-quraşdırma işlərinə təxminən 15 milyon manat xərclənməsi proqnozlaşdırılıb. Amma təsəvvür edin ki, sutka ərzində "Günəşli" yatağında alçaq təzyiqli qazın 200-300 min kubmetri istehsala yönəldiləcək. Həmin qaz borular vasitəsilə kompressorlara, oradan da emal üçün sahilə ötürüləcək.


“Xruşşovka" kimi tanınan binaların sökülməsi reallaşır

07.04.08 - 12:03696 baxılıb

Nüsrət İbrahimov:
"Həmin binaların yaxın vaxtlarda sökülməsi məqsədəuyğun olardı"

Emil Axundov:
"Bu binalar hazırda tikilən hündürmərtəbələrdən dəfələrlə möhkəmdir"

Xeyli müddətdir "Xruşşovka" kimi tanınan binaların sökülməsi məsələsi gündəmə gəlib. 50 ildən artıq yaşı olan "Xruşşovka" adlanan binaların sökülməsinə səbəb kimi onların bir çoxunda qəza vəziyyətinin yaranması göstərilir. Artıq bir sıra ərazilərdə sakinlərə evlərini almaq barədə iş adamlarından müraciətlər olunub. "Xruşşovka"ların ərazisində yeni hündürmərtəbəli bina tikmək istəyən iş adamları sakinlərə həmin ərazidə tikiləcək binada ev təklif edir. Sakinlərin istəyindən asılı olaraq evlərini bazar qiymətinə sata da bilərlər. Əgər vətəndaş yaşadığı binanın ərazisində tikiləcək binada ev istəyirsə, həmin ev hazır olana qədər kirayə haqqını da tikintini aparacaq şirkət ödəyəcək.


Sahibkarlar ƏDV-nin və mənfəət vergisinin azaldılmasını təklif edirlər

07.04.08 - 12:01543 baxılıb

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 2009-cu il üçün dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi çərçivəsində öz təkliflər paketini bu ilin may ayının 15-dək ölkə hökumətinə təqdim edəcək.


İlin sonuna kimi minimum əməkhaqları və pensiyalarda artım olacaq

07.04.08 - 12:00596 baxılıb

Bu ilin sonuna kimi minimum əməkhaqları və pensiyalarda artım olacaq. Bu barədə Milli Məclisin Sosial-Siyasət Komissiyasının sədri Hadı Rəcəbli məlumat verib.


Naxçıvanda güzəran gündən-günə yaxşılaşır

07.04.08 - 11:55580 baxılıb

Naxçıvan Muxtar Respublikasında yaşayan və işləyən insanların sosial müdafiəsi və güzəranı gündən-günə yaxşılaşır. Onlar üçün nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ həmkarlar ittifaqlarının nəzarəti ilə tənzimlənir.


“...başqa ölkələr üçün də nümunə ola bilər"

03.04.08 - 11:55574 baxılıb

Ədliyyə Nazirliyi insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Faiq Qurbanov həbsxanalara nəzarət üzrə İctimai Komitənin fəaliyyətindən razıdır: "Komitənin fəaliyyətinin mənfi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur.


Açıq Cəmiyyət İnstitutu bu ildən şəffaflığın təmin edilməsinə diqqəti artıracaq

03.04.08 - 11:54554 baxılıb

Açıq Cəmiyyət İnstitutunun İctimai əlaqələr və KİV üzrə şöbəsinin rəhbəri Rövşən Bağırov təmsil etdiyi təşkilat tərəfindən maliyyələşdirilən layihələrin icrasının monitorinqinin aparıldığını bildirir: "Həmin monitorinqlərdə ayrılan vəsaitlərin hansı istiqamətlərdə xərclənməsi yoxlanılır. Eyni zamanda hər il görülən işlər, maliyyələşdirilən layihələr barədə ictimaiyyətə məlumat verilir.


Məcburi köçkünlərə orta əmək haqlarının verilməsi ilin sonunadək uzadılıb

03.04.08 - 11:50615 baxılıb

Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 1994-cü il tarixli qərarının 2-ci bəndinin müddətini 2009-cu il yanvarın 1-dək uzadıb.


İpoteka kreditlərinin şərtləri ağırlaşa bilər

03.04.08 - 11:48576 baxılıb

Milli Bank ipoteka kreditlərinin verilməsi qaydalarının
Nazirlər Kabinetində müzakirə edilməsi ilə bağlı məlumat yayıb

Qeyd edək ki, Dövlət İpoteka Fondu bu ilin martından ipoteka kreditlərinin verilməsinə başlanılacağını bəyan etmişdi. Bununla belə, martdan kreditlərin verilməsinə başlamaq mümkün olmadı. Hələlik ipoteka kreditlərinin verilməsinin konkret vaxtı müəyyənləşdirilməyib.


Qanunsuz tikililər leqallaşdırıla bilər

10.03.08 - 17:40687 baxılıb

Problemin həlli üçün qanun layihəsinin hazırlanması təklif edilir

Son illər şəhərətrafı qəsəbələrdə məskunlaşanların sayı artmaqdadır. Paytaxtda mənzillərin qiymətinin bahalaşmasından sonra əksər vətəndaşlar həmin ərazilərdə torpaq alaraq ev tikməyə başladı. Çox vaxt torpaq ayrılması haqqında bələdiyyə sərəncamını alan vətəndaşlar müvafiq dövlət qurumlarının tikintiyə icazə verən sənədi olmadan inşaat işləri aparırlar. Buna bir tərəfdən həmin qurumlarda yaradılan bürokratik əngəllər səbəb olursa, digər tərəfdən müvafiq sənədləri almadan da tikinti aparmağın mümkünlüyü rəvac verib. Sonradan həmin qəsəbələrdə yaşayan sakinlərin qeydiyyata düşmək məsələsi problemə çevrilir. Artıq həmin qəsəbələrin gündən-günə böyüməsi və bu cür ev tikməyə üstünlük verənlərin artması problemin Milli Məclis səviyyəsində müzakirəyə çıxarılmasına səbəb olub.


Mütəxəssislərin fikrincə, bu, əmlak bazarında qiymət artımına gətirməyəcək

10.03.08 - 17:21649 baxılıb

Azərbaycanda mənzil tikintisi sahəsində əlavə dəyər vergisinin (ƏDV) ödənilməsi üçün vergiyə cəlb olunan minimum dövriyyənin hesablanması üzrə zona əmsalları müəyyənləşib. Vergilər Nazirliyindən verilən məlumata görə, mənzil tikintisi üzrə əlavə dəyər vergisi hesablanarkən 1 kvadratmetr yaşayış sahəsinin vahid baza qiyməti 225 manatdan hesablanacaq.


Dövlət müəssisələrində pullu xidmətin ləğv edilməsi birmənalı qarşılanmır

03.03.08 - 15:28656 baxılıb

"Tədbirlər sərtləşdirilərsə, dövlət xəstəxanalarında
çalışan həkimlərin bir hissəsi oranı tərk edəcək"

Dövlət büdcəsindən maliyyələşən xəstəxanalarda pullu xidmətin ləğv olunmasından bir ay vaxt keçdi. Səhiyyə xidmətindən bütün vətəndaşların maneəsiz istifadəsinə hesablanan bu qərar cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzi pasientlərin qənaətinə görə, pullu xidmət ləğv edildikdən sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti aşağı düşüb. Xəstələrin bir çoxu həkimlərin onlara diqqətlə yanaşmadığından şikayətlənir. Bu halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi ciddi tədbirlər görəcəyini bildirir.


Bələdiyyələrin büdcələrini artırmaq mümkündür

03.03.08 - 15:27644 baxılıb

Rövşən Ağayev:
"Əlavə vergi mənbələri yaradılarsa,
bələdiyyə büdcəsini 450-500 milyon
manata çatdırmaq olar"


Əmək müqaviləsinə xitam verilərkən işçilərin hüquq və təminatları

03.03.08 - 15:25975 baxılıb

Fərdi əmək mübahisələrinə baxılma qaydaları

Əmək qanunvericiliyinə görə, Azərbaycan Respublikasında əmək müqaviləsinə yalnız Əmək Məcəlləsində müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlarla kifayət qədər tənzimlənsə də əmək müqaviləsinə xitam verilməsi əksər hallarda, digər əmək mübahisələri kimi, fərdi əmək mübahisələri üzrə işəgötürənlə işçi arasında mübahisəyə və ya məhkəmə baxışının predmetinə çevrilir. Əmək qanunvericiliyi ilə uzun illər məşğul olmuş bir hüquqşünas kimi hesab edirəm ki, ümumiyyətlə, ayrı-ayrı kiçik hallar nəzərə alınmazsa , əmək müqaviləsinə xitam verilməsi sahəsində Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarda işçilər üçün kifayət qədər hüquq və təminatlar nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyi kifayət qədər sosialyönümlüdür. Belə olan halda işçilər hansı səbəblərdən əmək müqavilsinə xitam verilməsi haqqında əmrlərdən razı qalmır və müxtəlif orqanlara müraciət və şikayətlər edirlər?


< 1 2 3 4 5 ... 14 15 16 17 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.