Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Gələcəyin yolu ulu öndərin irsini öyrənməkdən keçir

03.03.08 - 15:22597 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərini, təhsil işçilərinə, tələbələrə olan böyük diqqət və qayğısını ittifaq üzvləri tərəfindən böyük məhəbbətlə yad etmək və xatırlamaq məqsədi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş tədbirlər planını təsdiq etmişdir. Tədbirlər planına uyğun olaraq kompleks tədbirlərin təşkil edilməsi ümummilli liderin doğum günü ərəfəsində Respublika Komitəsi tərəfindən "Həmkarlar təşkilatlarının inkişafında Heydər Əliyevin rolu" mövzusunda elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulmuşdur.


ƏDV bir faiz endirilə bilər

03.03.08 - 15:19493 baxılıb

2009-cu ildə ƏDV-nin faiz dərəcəsinin aşağı düşməsi baş verə bilər. Bu daha çox ƏDV-dən daxilolmaların mərkəzləşmiş qaydada yığılması sisteminin səmərəli tətbiqindən asılıdır. Bu barədə Vergilər naziri Fazil Məmmədov bildirib.


Turində üçtərəfli beynəlxalq seminar keçirilmişdir

25.02.08 - 12:22619 baxılıb

Fevralın 11-dən 15-dək İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Təlim Mərkəzində Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün "İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı sığorta proqramları" mövzusunda beynəlxalq seminar keçirilmişdir.


Avropalıların çörəyi tətillərdən çıxır

25.02.08 - 12:18488 baxılıb

Almaniya: martın 14-də Almaniyada dövlət sektorunun minlərlə işçisi ölkə miqyasında keçirilmiş tətil aksiyasında iştirak etmişdir. Tətil aksiyası xəbərdarlıq xarakteri daşımışdır və onun əsas səbəbi maaşlarla bağlı danışıqların dayandırılması olmuşdur.


Martda sosial layihələr üzrə danışıqlar başlanacaq

25.02.08 - 12:12573 baxılıb

Dünya Bankı (DB) ilə hökumət arasında "Sosial müdafiənin inkişafı" layihəsi üzrə rəsmi danışıqlar martın 17-18-nə nəzərdə tutulub. Layihənin dəyəri 40 mln. dollar qiymətləndirilir. Bu barədə DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.


Evlərin dövlət qeydiyyatından keçirilməsi üzrə tariflər bahalaşacaq

25.02.08 - 12:07685 baxılıb

Evlərin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı tariflər artırılacaq.


Ünvanlı sosial yardımın müddəti artırılmayacaq

25.02.08 - 12:05638 baxılıb

Cari il ərzində aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın müddətinin 6 aydan bir ilə qədər artırılması gözlənilmir. Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən veriblər.


Ailə problemi müzakirə mövzusu oldu

25.02.08 - 11:48599 baxılıb

Sosial Münasibətlər Akademiyası kitabxanasının təşəbbüsü ilə "Gender, əxlaq, ailə" mövzusunda seminar keçirilmişdir.


Sosial göstəricilər

18.02.08 - 16:03623 baxılıb

. 2007-ci ildə orta aylıq əməkhaqqı 214 manat təşkil etmişdir. Mədənçıxarma sənayesində, maliyyə qurumlarında, daşınmaz əmlak bazarında, icarə və istehlakçılara xidmət sahəsində və tikintidə çalışanların orta aylıq əməkhaqqı daha yüksək olmuşdur.


Əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək

10.02.08 - 16:18712 baxılıb

Azərbaycan Respublikasının Prezidenti "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncam imzalamışdır.


Ezamiyyə xərcləri üçün ayırmalar artırılacaq

05.02.08 - 15:551416 baxılıb

Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Nazirlər Kabineti yanvarın 25-də 14 nömrəli qərar qəbul etmişdir. Qərarda yazılır ki,


Keyfiyyətsiz ərzaq xidmət sahələrində realizə edilir

05.02.08 - 15:53659 baxılıb

Monitorinqlər nəticəsində 156 iaşə obyektinin fəaliyyəti dayandırılıb

Azərbaycanda xidmət sektoru sürətlə inkişaf edən sahələrdəndur. Xüsusilə son illərdə iaşə sektorunda canlanma hiss olunur. Lakin xidmətin səviyyəsi hər yerdə arzuolunan səviyyədə deyil. Bir çox hallarda restoran və kafelərdə vətəndaşlara verilən yeməklər keyfiyyətsiz ərzaqdan hazırlanır. Dəbdəbəli restoranların sayı günbəgün artır. Formaca Avropa standartlarına uyğunlaşdırılan həmin xidmət obyektlərində keyfiyyət çox aşağıdır. Avropa ölkələrinin əksəriyyətində təqdim edilən yeməyin tərkibi barədə müştəri məlumat imkanına malikdir. Bizdə isə hələlik bu mümkün deyil.


Qayğıya möhtac olanlar...

05.02.08 - 15:52584 baxılıb

Uşaq evlərində böyüyənlərin cəmiyyətə inteqrasiyası problemə çevrilir

Uşaq evlərində valideyn himayəsindən məhrum olan uşaqların 18 yaşı tamam olduqdan sonra cəmiyyətə inteqrasiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirilsə də, bu sahədə hələ də boşluqlar qalmaqdadır. Belə ki, internatda olan gənc 18 yaşı tamam olduqdan sonra öz həyatını və gələcəyini yalnız təkbaşına tənzimləmək məcburiyyətində qalır.


Banklarda qalan əmanətlər bu il qaytarıla bilər

05.02.08 - 15:51536 baxılıb

Musa Quliyev:
"Əmanətlərin qaytarılmamasında problem dövlətin vəsaitinin
olmamasında deyil"

Əhalinin sovet dövründən banklarda qalan əmanətlərinin qaytarılması barədə bir neçə ildir müzakirələr aparılsa da, real nəticələr yoxdur. Bu ilin dövlət büdcəsində də əhalinin əmanətlərinin qaytarılması üçün vəsait nəzərdə tutulmayıb. Bununla bağlı Milli Məclisdə yaradılan komissiya əmanətlərin qaytarılması prinsipləri üzərində işləri davam etdirir. Neftin qiymətinin 100 dollardan artıq olacağına diqqət çəkən ekspertlər bu ilin yayında büdcəyə edilən dəyişikliklər zamanı əmanətlərin qaytarılması üçün vəsait ayrılmasını mümkün sayırlar. Qeyd edək ki, artıq Ukraynada da əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılmasına başlanılıb. Həmin əmanətlərin bir hissəsi kommunal xidmətlərin ödənilməsi ilə silinir. Əmanətlərin qalan hissəsi isə indeksləşdirilərək əhaliyə qaytarılır.


İlin sonuna qədər orta pensiya 23 faiz artacaq

05.02.08 - 15:49516 baxılıb

Minimum pensiyanın da artırılması nəzərdə tutulur


Dövlət büdcəsindən maliyyələşən müalicə müəssisələrində pullu tibbi xidmət ləğv edildi

05.02.08 - 15:48626 baxılıb

Səhiyyə nazirinin əmrinə tabe olmayan tibb işçilərinə qarşı tədbirlər görüləcək

Fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Bu məqsədlə Səhiyyə naziri Oqtay Şirəliyev bir müddət əvvəl əmr imzalayıb və bu əmrin icrası üçün nazirliyin bütün strukturlarına göstərişlər verilib.


1662 nəfər bilik qazanmışdır

05.02.08 - 15:43596 baxılıb

AHİK-in II qurultayından keçən beş il ərzində bu qədər həmkarlar ittifaqı kadrı və fəalı Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunmuş kurslarda təhsil almışdır

Bu barədə açıqlama verən Akademiyanın şöbə müdiri Raziyə Maniyeva dedi ki, görülmüş məqsədyönlü tədbirlər nəticəsində məşğələlərə cəlb edilən dinləyicilərin sayı ildən-ilə artmışdır. Əgər 2003-cü ildə on, beş, üç və iki (treninq) günlük kurslara 281 nəfər cəlb olunmuşdusa, 2007-ci ildə bu rəqəm 450-yə çatdırılmışdır. Azad və ictimai əsaslarla fəaliyyət göstərən komitə sədrlərinin sayı da ilbəil artaraq 80-dən 188 nəfərə yüksəlmişdir.


Pənah yerlərini qocalar evində tapsalar da...

05.02.08 - 15:42579 baxılıb

Qayğıdan kənarda qalmırlar

Söhbətə çəkdiyim Tükəz xalanın (ad şərtidir) acı xatirələri məni də kövrəltmişdi. - Nə deyim, ay oğul, ərimi cavan yaşlarımda itirdim. Min bir əziyyətə qatlaşıb iki qız, bir oğul böyüdüb ev-eşik sahibi etdim. Dedim, mən də bəxtəvər günə çıxaram. Deyir, sən saydığını say, gör fələk nə sayır. Ancaq nə biləydim ki, bu ahıl çağımda son pənah yerim qocalar evi olacaqmış...


Sosial məsələlər diqqət mərkəzində olacaq

05.02.08 - 15:39571 baxılıb

İlk növbədə bu əlamətdar gündə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, hörmətli cənab Səttar Mehbalıyev başda olmaqla, bütün həmkarlarımı təbrik edir və qurultaya işində uğurlar arzulayıram.


Fərdi mühafizə vasitələri istehsal edən müəssisəyə ehtiyac vardır

05.02.08 - 15:381017 baxılıb

Buna işləyən bütün müəssisələrdə tələbat duyulur


< 1 2 3 4 5 ... 15 16 17 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.