Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Nazirlər Kabineti yanvarın 25-də 14 nömrəli qərar qəbul etmişdir. Qərarda yazılır ki,
Monitorinqlər nəticəsində 156 iaşə obyektinin fəaliyyəti dayandırılıb
Azərbaycanda xidmət sektoru sürətlə inkişaf edən sahələrdəndur. Xüsusilə son illərdə iaşə sektorunda canlanma hiss olunur. Lakin xidmətin səviyyəsi hər yerdə arzuolunan səviyyədə deyil. Bir çox hallarda restoran və kafelərdə vətəndaşlara verilən yeməklər keyfiyyətsiz ərzaqdan hazırlanır. Dəbdəbəli restoranların sayı günbəgün artır. Formaca Avropa standartlarına uyğunlaşdırılan həmin xidmət obyektlərində keyfiyyət çox aşağıdır. Avropa ölkələrinin əksəriyyətində təqdim edilən yeməyin tərkibi barədə müştəri məlumat imkanına malikdir. Bizdə isə hələlik bu mümkün deyil.
Uşaq evlərində böyüyənlərin cəmiyyətə inteqrasiyası problemə çevrilir
Uşaq evlərində valideyn himayəsindən məhrum olan uşaqların 18 yaşı tamam olduqdan sonra cəmiyyətə inteqrasiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirilsə də, bu sahədə hələ də boşluqlar qalmaqdadır. Belə ki, internatda olan gənc 18 yaşı tamam olduqdan sonra öz həyatını və gələcəyini yalnız təkbaşına tənzimləmək məcburiyyətində qalır.
Musa Quliyev: "Əmanətlərin qaytarılmamasında problem dövlətin vəsaitinin olmamasında deyil"
Əhalinin sovet dövründən banklarda qalan əmanətlərinin qaytarılması barədə bir neçə ildir müzakirələr aparılsa da, real nəticələr yoxdur. Bu ilin dövlət büdcəsində də əhalinin əmanətlərinin qaytarılması üçün vəsait nəzərdə tutulmayıb. Bununla bağlı Milli Məclisdə yaradılan komissiya əmanətlərin qaytarılması prinsipləri üzərində işləri davam etdirir. Neftin qiymətinin 100 dollardan artıq olacağına diqqət çəkən ekspertlər bu ilin yayında büdcəyə edilən dəyişikliklər zamanı əmanətlərin qaytarılması üçün vəsait ayrılmasını mümkün sayırlar. Qeyd edək ki, artıq Ukraynada da əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılmasına başlanılıb. Həmin əmanətlərin bir hissəsi kommunal xidmətlərin ödənilməsi ilə silinir. Əmanətlərin qalan hissəsi isə indeksləşdirilərək əhaliyə qaytarılır.
Səhiyyə nazirinin əmrinə tabe olmayan tibb işçilərinə qarşı tədbirlər görüləcək
Fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Bu məqsədlə Səhiyyə naziri Oqtay Şirəliyev bir müddət əvvəl əmr imzalayıb və bu əmrin icrası üçün nazirliyin bütün strukturlarına göstərişlər verilib.
AHİK-in II qurultayından keçən beş il ərzində bu qədər həmkarlar ittifaqı kadrı və fəalı Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunmuş kurslarda təhsil almışdır
Bu barədə açıqlama verən Akademiyanın şöbə müdiri Raziyə Maniyeva dedi ki, görülmüş məqsədyönlü tədbirlər nəticəsində məşğələlərə cəlb edilən dinləyicilərin sayı ildən-ilə artmışdır. Əgər 2003-cü ildə on, beş, üç və iki (treninq) günlük kurslara 281 nəfər cəlb olunmuşdusa, 2007-ci ildə bu rəqəm 450-yə çatdırılmışdır. Azad və ictimai əsaslarla fəaliyyət göstərən komitə sədrlərinin sayı da ilbəil artaraq 80-dən 188 nəfərə yüksəlmişdir.
Söhbətə çəkdiyim Tükəz xalanın (ad şərtidir) acı xatirələri məni də kövrəltmişdi. - Nə deyim, ay oğul, ərimi cavan yaşlarımda itirdim. Min bir əziyyətə qatlaşıb iki qız, bir oğul böyüdüb ev-eşik sahibi etdim. Dedim, mən də bəxtəvər günə çıxaram. Deyir, sən saydığını say, gör fələk nə sayır. Ancaq nə biləydim ki, bu ahıl çağımda son pənah yerim qocalar evi olacaqmış...
İlk növbədə bu əlamətdar gündə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, hörmətli cənab Səttar Mehbalıyev başda olmaqla, bütün həmkarlarımı təbrik edir və qurultaya işində uğurlar arzulayıram.
Azərbaycan Həmkarlar İttifaqlarıı Konfederasiyasının ikinci qurultayında tövsiyə olunmuş çoxsaylı təkliflərin, demək olar ki, əksəriyyəti həllini tapmışdır. AHİK-in məqsədyönlü fəaliyyəti, dövlət orqanları qarşısında qaldırılan məsələlərin həllinə nəzarət göstərməsi, bir sıra qanun və qərarların qəbul edilməsində yaxından iştirakı işləyən əhalinin əmək, sosial və iqtisadi problemlərinin həllində mühüm rol oynamışdır. III qurultayın da müəyyənləşdirəcəyi vəzifələrin uğurla həyata keçiriləcəyi bizdə şübhə doğurmur.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının XVI konfransı "İttifaqın 5 illik fəaliyyətinin "Əsas istiqamətləri" proqram sənədini qəbul etmişdir. AHİK-in II qurultayının Əsas İstiqamətləri Konsepsiyasına əsaslanan bu sənəddə ittifaqın təşkilati quruluşunun təkmilləşdirilməsinə, ittifaqdaxili intizamın möhkəmləndirilməsinə, təşkilati işin gücləndirilməsinə, gələcək perspektivləri nəzərdə tutan bir çox tədbirlərin həyata keçirilməsinə, gender bərabərliyinin, işləyən qadınların və gənclərin problemlərinin həllinə böyük önəm verilmişdir.
Konfederasiyanın gender bərabərliyi siyasəti özünü doğruldur Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 31 may 2006-cı il tarixli qərarı ilə AHİK-in nəzdində Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz yaradıldı. Mərkəz yaradıldığı gündən fəal işə başlamış və bir sıra tədbirlər keçirmişdir.
Dövlət Neft Şirkəti mavi yanacağın tam emal edilməməsi fikri ilə razılaşmır
Qış fəsli başlanandan respublikamızda dəm qazından boğularaq dünyasını dəyişənlərin sayı artıb. Dəm qazının yaranması səbəbləri sırasında respublikada emal edilən qazın tam təmizlənməməsi və standartlara uyğun olmayan qaz sobalarından istifadə göstərilir. Azərbaycanda emal edilən qazın tam təmizlənməsi üçün Qaz Emalı Zavodunda yeni avadanlıqların quraşdırılması nəzərdə tutulmuşdu.
Vahid Əhmədov: " Hər bir ölkədə miqrantlar üçün norma müəyyənləşdirilməlidir"
Son illər Azərbaycana gələn əcnəbilərin sayı əsaslı şəkildə artıb. Rəsmi statistik məlumatlara görə, 70 ölkədən 4500-ə yaxın miqrant ölkəmizdə fərdi qeydiyyata salınıb. Qeyri-rəsmi məlumatlarda isə, bu göstəricinin dəfələrlə artıq olduğu bildirilir. Bu gedişlə yaxın 2-3 il ərzində Azərbaycanın əmək bazarında miqrantların ciddi problem yaradacağı şübhəsizdir. Dövlət başçısı İlham Əliyev də 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə bu məsələni xüsusi qeyd etdi. Gələcəkdə hansısa problem yaranmamasından ötrü aidiyyəti dövlət qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verdi.
BU SAHƏDƏ HƏMKARLAR İTTİFAQLARININ SİYASƏTİ HAZIRLANACAQ
İl ərzində 4 milyon insan alverin qurbanına çevrilir. Hesablamalara görə, insan alverindən bir ildə 7 milyard ABŞ dolları gəlir əldə olunur ki, bu da narkotik və silah alverindən sonra dünyada üçüncü böyük cinayət biznesidir.
Daha çox qadınlar insan alverinin qurbanlarına çevrilirlər. Çünki bir çox cəmiyyətdə qadınlar və qızların həyatına kişilərin və oğlanların həyatlarından daha az dəyər verirlər. Bundan əlavə, yetim uşaqların sayının artması (vətəndaş müharibələri və QİÇS) nəticəsində xüsusilə azyaşlıların başçılıq etdiyi ailələrin də insan alverinin toruna asanlıqla düşmək ehtimalını artırır.
2008-ci il dünya iqtisadiyyatı üçün yaxşı nəticələr vəd etmir. Bu il 2007-ci ildə başlayan qlobal iqtisadi problemlərin bir qədər də gərginləşməsi ilə müşayiət olunacaq. Dünyanın aparıcı dövlətlərinin üzləşdiyi mənfi tendensiyaların daha da kəskinləşəcəyini proqnozlaşdıran ekspertlər buna əsasən neft və qaz bazarındakı gərginliklərin təsir göstərəcəyini güman edirlər.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.