Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İşsiz qalan fiziki şəxslərin statistikasını aparmaq çətinləşib

16.11.09 - 12:2185 baxılıb

Hüquqi şəxslər üzrə isə uçotun aparılması normaldır

"2009-cu ildə Azərbaycanda inflyasiyanın qeydə alınacağı proqnozlaşdırılır. Amma inflyasiya göstəricisi yüksək olmayacaq. Proqnozlara görə, bu il Azərbaycanda illik inflyasiyanın 2 faizdən çox olmayacağı gözlənilir". Bu barədə KİV-ə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib. Komitə sədrinin sözlərinə görə, oktyabr ayında Azərbaycanda 0,4 faiz inflyasiya müşahidə olunub. 10 ayın göstəricilərinə görə isə illik inflyasiya 1,2 faizdir. Komitə sədri bildirdi ki, gələn il də Azərbaycanda inflyasiya birrəqəmli - təxminən 4-5 faiz olacaq.


Ünvanlı yardımlar təkmilləşəcək

09.11.09 - 11:2576 baxılıb

Hazırda Azərbaycanda 152 min 500 ailə, təxminən 700 min nəfərə yaxın ailə üzvü ünvanlı dövlət sosial yardımı alır. Yardım təyin olunan ailələrin 90 faizi bir neçə nəfərdən ibarətdir. Onların da təxminən 50 faizi uşaqlardır. Ünvanlı sosial yardım ödənilən ailələrin 45 faizi üç və daha çox uşağı olan ailələrdir. Bu gün ölkədə hər bir ailəyə düşən ünvanlı yardımın məbləği 107 manatdır.
Ünvanlı sosial yardım alan ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini narahat etməyə başlayıb. Qurumun yoxsulluq problemləri və əhaliyə sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, dövlət tərəfindən aztəminatlı ailələrə verilən pul yardımının həm mənfi, həm də müsbət tərəfləri var.


Kommunal xidmətlərə görə ödənişlərin müddəti bir ay uzadıldı

02.11.09 - 18:04146 baxılıb

Milli Məclis vətəndaşların hüquqlarını
qorumaq üçün bir sıra yeniliklər etdi

Milli Məclisin vətəndaşların gündəlik həyatı ilə birbaşa bağlı olan 3 qanuna əlavə və dəyişikliklər etməsi əhali arasında müzakirəyə səbəb olub. Sözügedən dəyişikliklər vətəndaşların işıq, qaz və su ilə təminatının tənzimlənməsində tətbiq ediləcək yeniliklərlə bağlıdır. "Elektroenergetika haqqında" qanuna əlavədə qeyd olunur ki, təchizatçı müəssisə vətəndaşa elektrik enerjisinin verilməsini onun yazılı müraciəti olduqda və ya işlədilmiş enerjinin sayğacla müəyyənləşən haqqının qəbz təqdim ediləndən bir aya qədər ödənilmədiyi hallarda kəsilə bilər.


Parlament həftəsi

02.11.09 - 18:03108 baxılıb

...Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun illik məlumatı dinlənildi
…"Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə"


Yaş həddi artırıldı

02.11.09 - 18:00131 baxılıb

Kişilər 63, qadınlar isə 60 yaşında təqaüdə çıxacaqlar

Milli Məclisdə «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklər səs çoxluğu ilə qəbul edildi.104 deputat dəyişikliyin lehinə səs verdi. Dəyişiklikliyə görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir.


Uşaq müavinətləri: Bizdə necədir, MDB ölkələrində necə?

26.10.09 - 14:0961 baxılıb

"Azərbaycanda gənc ailələrə yalnız valideynləri kömək edir. Dövlət isə gənc ailələrə yardımdan kənarda qalır". Bu fikrin müəllifi millət vəkili Elmira Axundovanın sözlərinə görə, gənc ailələrin sosial müdafiəsini gücləndirmək üçün müvafiq qanun qəbul edilməlidir. Konkret desək, Milli Məclisdə "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi qəbul edilməlidir.
Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Elmira Axundova xarici ölkələrdə gənc ailələrin və hamilə qadınların sosial müdafiəsinin Azərbaycanla müqayisədə daha yüksək səviyyədə olduğunu qeyd etdi: "Dövlət bu statusda olan insanlara yardım məqsədi ilə müvafiq addımlar atmalıdır. Bu addımlar isə qanunla tənzimlənməlidir".


“Azərbaycanda etibarlı sosial müdafiə sistemi yaradılıb"

19.10.09 - 12:28147 baxılıb

Müsahibimiz millət vəkili,
Milli Məclisin sosial siyasət
komitəsinin sədri Hadı Rəcəblidir


Hadı Rəcəbli:
"Pensiyaların hesablanmasında
pərakəndəlik aradan qalxıb"


Həmişə yanımızdadırlar

12.10.09 - 11:0695 baxılıb


Əsas hədəf sosial müdafiə olmalıdır

12.10.09 - 11:0477 baxılıb


Kölgədə qalan insanlar

12.10.09 - 10:5874 baxılıb

Layiqli əmək norma yox, məqsəd olmalıdır

Məlum olduğu kimi, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə «Azərbaycanda qeyri-formal iqtisadiyyata qarşı mübarizə» mövzusunda layihə həyata keçirilir.
2008-2009-cu illəri əhatə edən bu layihə çərçivəsində növbəti tədbir Qax rayonunda yerləşən «Şəfa» pansionatında təşkil olunmuşdu. Tədbirə bölgədə yerləşən 6 rayonun həmkarlar ittifaqlarının 60 nəfərə qədər sədr və fəalı dəvət edilmişdi. Tədbiri giriş sözü ilə layihənin rəhbəri, AHİK sədrinin müavini Aqil Dadaşov açdı. O, Azərbaycan iqtisadiyyatının durumu, qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün dövlətimizin və hökumətimizin həyata keçirdiyi tədbirlər barədə qısa məlumat verdi.


Kanalizasiya şəbəkələri bərbad vəziyyətdədir

28.09.09 - 11:35126 baxılıb

Respublikadakı kanalizasiya sisteminin yeniləşməsinə 2 milyard manat tələb olunur

Son bir həftədə iqlim normasından artıq yağışların yağması bölgələrdə sel və daşqınlara səbəb olub. Məlum olduğu kimi, Hacıqabul, Bərdə, Qusar, Xaçmaz, Neftçala, Salyan və digər rayonlarda yüzlərlə ev su altında qalıb. Həmin rayonlarda təbii fəlakətin baş verməsində yağmurlu hava şəraiti rol oynasa da, əsas səbəb bu ərazilərdə kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olmasıdır. Qeyd olunan rayonlarda və eləcə də 40-a yaxın digər rayonda kanalizasiya xətlərinin işləməməsi kəskin yağışlar zamanı daşqın və sellərin baş verməsinə gətirib çıxarır. Eyni zamanda Bakı şəhərinin bir neçə yaşayış sahəsi sellərin qurbanına çevrilir.


Köhnə maşınların yeni problemi

23.09.09 - 12:4795 baxılıb

Namiq Həsənov: "Hazırda əsasən istismar müddəti bitən və sərnişin daşınması üçün yararsız olan taksilərin yığışdırılması nəzərdə tutulur"

Son günlər Nəqliyyat Nazirliyi paytaxtda taksi kimi fəaliyyət göstərən maşınlara qadağalar tətbiq edib. Köhnə avtomobillərin yığışdırılması isə yüzlərlə şəxsin narazılığına səbəb olub. Maraqlıdır ki, hazırda təkcə Bakı şəhərində minlərlə insan bu yolla ailəsini dolandırır. Birdən-birə həmin taksilərin fəaliyyətinə qadağa qoyulması birmənalı qarşılanmır.


Paytaxtda kirayə mənzil bazarında qiymətlər bahalaşıb

14.09.09 - 10:12131 baxılıb

Son günlər paytaxtın kirayə mənzil bazarında qiymətlər bahalaşıb. Kirayə mənzil axtaranların sayının artması qiymətlərə öz təsirini göstərib. Kirayə mənzillərin bahalaşması isə paytaxta bu aylarda daha çox tələbənin və iş adamlarının gəlişi ilə əlaqələndirilir.
Bu prosesin oktyabrın əvvəlinədək davam edəcəyi gözlənilir. Paytaxtın daşınmaz əmlak bazarındakı son vəziyyətə aydınlıq gətirən NBA şirkətinin rəhbəri Nüsrət İbrahimov kirayə mənzillərin qiymətində bahalaşmanın avqustun ikinci yarısından başladığını bildirdi: "Avqust, sentyabr ayları kirayə mənzil bazarı üçün aktiv ay hesab edilir. Əvvəlki aylarda kirayə mənzil bazarında 120-130 əməliyyat aparılırdısa, indi bu rəqəm 280-ə çatıb.


Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu reallaşdırdığı ilk müsabiqənin nəticələrini açıqladı

07.09.09 - 10:57123 baxılıb


Böhran miqrantların da gəlirlərindən yan keçmədi

07.09.09 - 10:4884 baxılıb


Toy və yas mərasimlərinin keçirildiyi məkanlara nazirlik nəzarət edəcək..?

07.09.09 - 10:4678 baxılıb

Hadı Rəcəbli: "Şadlıq evlərinə lisenziyaların verilməsinin korrupsiyaya yol açacağı haqda iddialar əsassızdır"

"Mərasimlər haqqında" qanunun qəbulu ilə bağlı cəmiyyətdə birmənalı mövqe yoxdur. Bəziləri toy və yas mərasimləri ilə bağlı qanunun qəbulunun zəruriliyini önə çəksələr də, digərləri bu yöndə hansısa qanunvericilik aktının olmasının kəskin şəkildə əleyhinə çıxır.


Layiqli əməyi necə təmin etməli?

07.09.09 - 10:44108 baxılıb

İmişli rayonunda keçirilən seminarda bu sualın cavabı araşdırıldı

«Xidmət-İş» Həmkarlar İttifaqı Federasiyasının son illər təşkil etdiyi «Layiqli əmək dövlət proqramında» mövzusunda silsilə seminarlar respublikamızın regionlarında çalışan işçilər, eləcə də işəgötürənlər və məmurlar tərəfindən maraqla qarşılanır. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, bizim sahənin kontingenti əsasən ticarət, ictimai iaşə, quşçuluq... müəssisələrində fəaliyyət göstərənlərdir.


Respublikamızda 179 504 ailə ünvanlı sosial yardım alır

24.08.09 - 11:32115 baxılıb

NATİQ QASIMOV: "Ünvanlı sosial yardımın verilməsində neqativ hallara yol verən 16 nəfər işdən azad edilib"


Respublikamızda 3 ildən artıqdır aztəminatlı ailələrə ünvanlı sosial yardım verilir. Bu müddətdə ünvanlı sosial yardımın verilməsi prosedurları xeyli sadələşdirilsə də, müəyyən problemlər qalmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq Problemləri və Ünvanlı Sosial Yardım Siyasəti Şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, hazırda ölkəmizdə 179 504 ailə ünvanlı sosial yardım alır: "Həmin şəxslərin ailə üzvlərinin sayı 817 355 nəfərdir. Ölkədə hər ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 98,19 manat, hər ailə üzvünə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği isə 21,56 manatdır".


Həyat sığortası 400 faiz artıb

24.08.09 - 11:08117 baxılıb

Bu isə insanlarda sığortaya inamın qayıtmasını təsdiqləyir

Rəqabət mühiti formalaşmış bazarın gerçək simasını əks etdirir. Azad bazar şəraitində dövlətin ən əsas vəzifəsi ədalətli oyun qaydalarının müəyyən edilməsi və bu qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin Layihələr və Tədqiqatlar Şöbəsinin "Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti və ölkə iqtisadiyyatına təsiri" ilə bağlı hesabatı ölkəmizdə bu sahədəki vəziyyətə işıq salır.


Gələn ildən həkimlər ucqar rayonlara göndəriləcək

17.08.09 - 10:3189 baxılıb

Səhiyyə Nazirliyi həmin tibbi kadrlara ikiqat maaş vəd edir

Ucqar kənd yerlərində təhsilin səviyyəsi ilə yanaşı, səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə gələn ildən etibarən həkimlərin də bölgələrdəki səhiyyə müəssisələrinə cəlb olunması nəzərdə tutulur. Bir neçə il əvvəl ucqar rayonlarda müəllim çatışmazlığını nəzərə alan hökumət rayon mərkəzlərindən 20 km aralıda tədrisə cəlb edilən müəllimlərə əlavə maaş və güzəştlər vəd etməklə, demək olar ki, bu problemi həll etmiş oldu.


< 1 2 3 4 5 6 ... 11 12 13 14 15 >

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.