Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Aztəminatlı ailələr birdəfəlik yardım ala bilərlər

25.02.11 - 16:37223 baxılıb

Musa Quliyev: "İnsanlara sonsuzluğa qədər yardım verib onları ələbaxımlı etmək olmaz"

Vüqar Bayramov: "Yoxsul ailələrə birdəfəlik yardımların göstərilməsi ilk baxışdan müsbət addımdır"


Azərbaycanda yoxsulluğun səviyyəsini aşağı salmaq istiqamətində bir sıra layihələr həyata keçirilir. Əhalinin həyat şəraitini yaxşılaşdırmaq üçün reallaşdırılan belə tədbirlərdən biri də ünvanlı sosial yardımların verilməsi idi. Lakin həmin yardımların verilməsində bir sıra problem yaşandı. Hətta 2008-ci ildə qanunvericiliyə edilən dəyişikliklər də ünvanlı sosial yardımın verilməsindəki neqativ halları aradan qaldırmağa kömək etmədi.


İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir

18.02.11 - 16:54169 baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibə vermişdir.

Müsahibədə dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın sürətli iqtisadi inkişafı, MDB məkanında əməkdaşlıq, Azərbaycanın həyata keçirdiyi xarici siyasət və digər məsələlərlə bağlı suallara cavab vermişdir. Həmin müsahibədən bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq.


Pensiyaların sığorta hissəsi artırıldı

18.02.11 - 15:08216 baxılıb


Gənclər Təşkilatları Milli Şurasının yaranmasının 15 illik yubileyi qeyd olundu

18.02.11 - 13:16188 baxılıb

Fevralın 17-də "Gülüstan" sarayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) yaranmasının 15 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir.

Mərasim dövlət himninin səsləndirilməsi ilə açıq elan edilmiş, şuranın tarixi və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.
ARGTMŞ-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov çıxış edərək bildirmişdir ki, qurumun 15 illik fəaliyyətinin Azərbaycan cəmiyyətində xüsusi rolu vardır. Bu gün şuranın həyata keçirdiyi layihələr, proqramlar əsasən gənclərə və cəmiyyətdə onları narahat edən məsələlərin həllinə yönəlmişdir.


Ünvanlı yardımların verilməsində nöqsanlar var

11.02.11 - 15:52244 baxılıb

Natiq Qasımov: “Şəffaflığın təmin olunması üçün sərt addımlar atılacaq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımların verilməsi mexanizmini daha da sadələşdirmək niyyətindədir. Nazirlik ünvanlı yardımların verilməsində bürokratik əngəllərin yaranmasına səbəb olan və vətəndaşların haqlı narazılığına şərait yaradan halları aradan qaldırmaq üçün yeni təkliflər hazırlayır.


“JEK"lər ləğv olunacaq

11.02.11 - 15:50238 baxılıb


Qeyri-bərabərlik aradan qaldırılır

04.02.11 - 17:17207 baxılıb

Dekabrın 1-də Konstitusiya Məhkəməsinin Plenumu "Əmək pensiyaları haqqında" qanunun 8.1 və 8.3-cü maddələrinin konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair qərar qəbul etmişdir.

Qərarda yazılır ki, Qanunun 8.1-ci maddəsinə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Qeyd olunan normanın məzmunundan göründüyü kimi, qanunverici həmin qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün üç şərt müəyyən etmişdir: beş və daha çox uşaq doğmaq, həmin uşaqları səkkiz yaşınadək tərbiyə etmək və azı 10 il sığorta stajının olması.


Mülk üstündə qohumlar da bir-birinin həyatına son qoyur

28.01.11 - 16:34277 baxılıb

Son illər Azərbaycanda mülkiyyət üstündə törədilən cinayətlərin sayı artmaqdadır.

Özü də bu cür cinayətlər çox vaxt bir-birinə yaxın insanlar tərəfindən törədilir. Mülk üstündə qardaş-qardaşın, oğul-atanın, ananın həyatına son qoyur. Maraqlıdır ki, son illər ölkə məhkəmələrində də mülki işlərin sayı artmaqdadır. Amma çox vaxt məhkəmə qərarlarından da narazı olan qohumlar sonda problemi silahla həll edir. Mülkiyyətlə bağlı problemlərin artması hansı səbəblərlə bağlıdır?


Ən son tariximizin gələcəyə bəxş etdiyi qəhrəmanlar

21.01.11 - 18:13211 baxılıb

Azərbaycan xalqı min illərlə ölçülən tarixini çiyinləri üstündə Allah dərgahına yola saldığı şəhidlərinin çiyinləri üstündə keçmişdir.

Xalqımız mənəvi, maddi dəyərlərimiz uğrunda qanını, canını halal edən oğul və qızlarının qəhrəmanlığı sayəsində yaşamaq haqqı qazanmışdır. Bu gün doğmalarının-valideynlərinin, övladlarının ürəyində dağa, gözlərində qurumaq bilməyən yaşa çevrilmiş 20 Yanvar şəhidləri ən son tariximizin gələcəyə bəxş etdiyi qəhrəmanlarımızdandırlar.


20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Prezident təqaüdü təsis edildi

21.01.11 - 18:12266 baxılıb


İcbari sığorta qanunla tənzimlənir

14.01.11 - 12:46533 baxılıb

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" (11 may 2010-cu il) qanunla bağlı redaksiyamıza xeyli sayda sorğu məktubu daxil olmuşdur.

"Ülfət"in hüquqşünası Azər Quliyevin məktublarda qoyulmuş suallar əsasında qanuna verdiyi şərhi oxucularımıza təqdim edirik.


2011-ci ilin iş vaxtı norması

10.01.11 - 13:222612 baxılıb

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2011-ci il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları bildirir:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2011-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" 3 dekabr 2010-cu il tarixli 230 nömrəli qərarına əsasən, 2011-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir.


Yeni il ərəfəsində bazar və yarmarkalardan quş əti ala bilərsiniz

29.12.10 - 12:45296 baxılıb

Yolçu Xanvəli: "Həmin yerlərdə satılan istər diri, istərsə də kəsilmiş quş əti baytar nəzarətindən keçirilir"

Ölkə ərazisində quş qripi xəstəliyinə yoluxmanın qarşısının alınması üçün bir sıra tədbirlər keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti profilaktik tədbirlər kimi bazarlarda, bazarətrafı ərazilərdə, yol kənarında diri ev və vəhşi quşların satışını qadağan edib. Amma həftə sonları təşkil olunan kənd təsərrüfatı yarmarkalarında həm kəsilmiş quş əti, həm də diri quş satılır. Həmçinin kənd təsərrüfatı yarmarkalarının keçirildiyi yerlərin yaxınlığında da quş əti satışı aparılır. Maraqlıdır, həmin ərazilərdə satılan quş ətinin sağlamlığına zəmanət verilirmi?


Miqrasiya siyasəti - nailiyyətlər, perspektivlər

13.12.10 - 12:33232 baxılıb

Dekabrın 7-də Bakıda keçirilən "Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsi: əldə olunan nailiyyətlər və inkişaf perspektivləri" mövzusunda seminar çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Gürcüstan Həmkarlar İttifaqları Birliyi (GHİB) arasında Anlaşma Memorandumu imzalanmışdır.
Tədbirdə Beynəlxalq Əmək Təşkilatının (BƏT), AHİK-in, GHİB-in, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Dövlət Miqrasiya Xidmətinin (DMX) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının (ASK) nümayəndələri iştirak etmişlər.
Seminar iştirakçılarını salamlayan AHİK sədri, Milli Məclisin deputatı S.Mehbalıyev bildirmişdir ki, bu tədbir BƏT-in "Rusiya Federasiyasında işçi miqrantların müdafiəsinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması (2010-2011)" layihəsi çərçivəsində təşkil edilmişdir.


MDB ölkələrində əməyin mühafizəsi

06.12.10 - 11:08241 baxılıb

Məlum olduğu kimi, noyabrın 23-də Bakıda Ümum Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdi.

İclas barədə informasiya və bəzi çıxışlar ötən sayımızda dərc olunmuşdu. Bu sayımızda Hİ fəalları üçün maraqlı olacağını nəzərə alaraq ÜHİK baş katibinin müavini Valeriy Yuryevin “Müstəqil Dövlətlər Birliyi iştirakçısı ölkələrində əməyin mühafizəsinin vəziyyəti barədə” çıxışını ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.


Leykemiyanın müalicəsi vaxtında aparılsa, uşaqların sağalma göstəricisi 90-92 faiz olar

26.11.10 - 16:35370 baxılıb

Mireldar Babayev:
"Leykemiyanın yaranmasında xarici amillərlə yanaşı, irsiyyətin də müəyyən rolu var"

Bu gün dünyada qan xərçənginə tutulmuş körpə uşaqların sayı durmadan artır. Dünyanın 110-dan çox ölkəsində hökumət və cəmiyyət qan xərçəngi ilə üz-üzə qalan uşaqlara yardım göstərir. Tibbi və maddi yardım alan uşaqların isə təxminən 95 faizi tam sağalır. Azərbaycanda bu xəstəliyə düçar olanların isə hələ də rəsmi statistikası aparılmır. Bu xəstəliyin ölkəmizdə nə dərəcədə müalicə olunması ilə bağlı birmənalı fikir yoxdur. Leykoz xəstəliyi ilə bağlı suallara Hematologiya və Transfiziologiya İnstitutunun uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru Mireldar Babayevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


Çörəyin qiyməti bahalaşıb

19.11.10 - 15:59349 baxılıb

Vahid Əhmədov: "Aidiyyəti dövlət qurumları istehlak bazarı üzərində nəzarət tədbirlərini gücləndirməlidirlər"

Dünəndən etibarən paytaxtda çörəyin qiyməti bahalaşıb. Artıq şəhərin bir çox məkanlarında yerləşən mağaza və dükanlarda 30 qəpiklik zavod çörəyi 40 qəpiyə satılır. Satıcılarla söhbətimiz zamanı məlum oldu ki, onlara hazırda çörək sexləri tərəfindən çörəyin biri 33 qəpikdən təklif olunur. Onlar da müəyyən qazanc əldə etmək üçün əvvəlki qiymətləri 40 qəpik səviyyəsinə qaldırıblar.


Özəlləşdirilmiş bağçalardan kommersiya məqsədləri üçün istifadə olunur

05.11.10 - 17:50452 baxılıb

Əmlak Məsələləri Dövlət Komitəsi 70 uşaq bağçası və körpələr evində monitorinq aparıb

Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması və fəaliyyətində öz profilinin saxlanılması ilə bağlı 70 uşaq bağçası və körpələr evində monitorinq aparıb. Monitorinqin nəticələri zamanı bir sıra uşaq bağçası və körpələr evində qanunamüvafiq işlərin görülməsi halları təsdiq olunsa da, neqativ hallara da rast gəlinib. Daha doğrusu, özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisələrinin bir çoxunda müqavilə şərtlərinə əməl olunmadığı, onların fəaliyyətində öz profilini saxlamadığı halları üzə çıxıb. Komitənin Dövlət Müəssisələri və Əmlakın İdarəedilməsi Şöbəsinin müdiri Elçin Rzayevin fikrincə, bununla bağlı araşdırmalar davam edir və qanunvericiliyin tələblərinin pozulması ilə bağlı müvafiq tədbirlər görüləcək.


Ünvanına çatmayan sosial yardımlar

22.10.10 - 14:21168 baxılıb

Elnur Kələntərli: "Sənəd verənlərin 85 faizindən çoxu ünvanlı sosial yardım alır"

Azərbaycanda yoxsulluğun səviyyəsini aşağı salmaq istiqamətində bir sıra layihələr həyata keçirilir. Əhalinin həyat şəraitini yaxşılaşdırmaq üçün reallaşdırılan belə tədbirlərdən biri də ünvanlı sosial yardımların verilməsi idi. Lakin bu gün həmin yardımlardan həqiqətən ehtiyacı olan şəxslərin yararlanmasını birmənalı deyə bilmərik. Ötən illərin təcrübəsi göstərdi ki, bu yardım bəzən kimlər üçünsə əsas gəlir mənbəyinə çevrilib. Ekspertlər hesab edirlər ki, hətta 2008-ci ildə qanunvericiliyə edilən dəyişikliklər də ünvanlı sosial yardımın verilməsindəki neqativ halları aradan qaldırmağa kömək etməyib. Belə ki, ünvanlı sosial yardımın verilmə müddətinin 6 aydan bir ilədək uzadılması və digər dəyişikliklər əslində heç nəyi dəyişməyib. Əgər əvvəllər ünvanlı sosial yardım üçün nəzərdə tutulan kartlar sosial müdafiə mərkəzlərinin əməkdaşları tərəfindən müxtəlif formada 3-4 ay saxlanılırdısa, hazırda bu müddət 5-6 aya qədər uzanır. Sadalanan və digər problemlərin aradan qaldırılması üçün nə kimi tədbirlər görüləcək?


Daha bir sıra təşkilatlarda əməkhaqları artırıldı

15.10.10 - 18:33418 baxılıb


< 1 2 3 4 5 6 7 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.