Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Aclığa qarşı birləşək"...

15.10.10 - 14:29325 baxılıb


Dövlətin pensiya fonduna da pul ödəməli, özəl pensiya fonduna da...

15.10.10 - 14:28329 baxılıb

Amma ikincisinə pul ödəməklə yüksək faizlə divident əldə etmək mümkündür

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, yaxın zamanlarda özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Artıq bununla bağlı müvafiq qanunvericilik sənədi üzərində iş gedir. Qanunvericilik bazası tam hazır olduqdan sonra Maliyyə Nazirliyi yeni fəaliyyət sahəsi olan qeyri-dövlət pensiya fondlarına lisenziya verəcək. S.Müslümov bildirib ki, sığorta sisteminin inkişafına dair dövlət proqramı çərçivəsində özəl pensiya fondlarının fəaliyyəti təmin ediləcək.


Məcburi köçkünlərin kommunal problemləri həllini tapacaq?

08.10.10 - 15:55353 baxılıb

Qəhrəman MƏMMƏDOV: "Məcburi köçkünlər onlar üçün ayrılmış normaya uyğun elektrik enerjisi və qaz işlətməyə öyrənməlidir"

Ötən payız mövsümlərində qaçqınların qaz və elektrik enerjisindən istifadəsi əlaqədar təşkilatlar arasında mübahisə yaranmasına səbəb olurdu. İstehsalçı qurumlar qaçqınların işlətdikləri qaz və elektrik enerjisi üçün haqqı tam ödəmədiklərini iddia edirdilər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə bu iddianı əsassız sayırdı. Hazırda ilk günlərini yaşadığımız payızda belə mübahisələrin ortaya çıxmaması üçün hansı işlər görülür?


Bakının içməli su problemi bu il həllini tapacaq

01.10.10 - 15:18218 baxılıb

Aqşin Rüstəmov: "Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtı fasiləsiz və keyfiyyətli su ilə təmin edəcək"

Rövşən Ağayev: "Problemin həlli yolu "Azərsu" ASC-də ciddi şəkildə islahatlar aparılmasıdır"

Bakı artıq neçə illərdir susuzluqdan əziyyət çəkir. Yay aylarında hökm sürən içməli su problemi bir yana, hətta elə qəsəbələr var ki, bu gün də içməli suyu maşınlarla almaq məcburiyyətindədir. Bakıətrafı kənd və qəsəbələrin sakinləri neçə illərdir Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini gözləyir.


Bir çox yanacaqdoldurma məntəqələri əhali üçün təhlükə yaradır

24.09.10 - 15:24310 baxılıb

Əməkdar memar Feyzulla Quliyev: "Əsas məsələ bu tip obyektlərdə təhlükəsizlik qaydalarına riayət edilməsidir"

Ötən həftə Lənkəran rayonunda yanacaqdoldurma məntəqələrindən birində baş verən partlayış yaxınlıqda yaşayan əhali üçün böyük təhlükə yaratdı. Yanğınla davam edən partlayış nəticəsində obyekt sahibi ilə yanaşı, dövlətə də ciddi ziyan dəyib. Yanacaqdoldurma məntəqəsinin yaşayış evlərinin yaxınlığında yerləşməsi əhalinin də ziyan çəkməsi ilə nəticələnib.


Tələbələr üçün yaşayış yeri məsələsi necə həll olunacaq?

17.09.10 - 17:51229 baxılıb

Bu il də tələbə adı qazanan şəxslərin bir çoxu yer problemi ilə üzləşib. Təhsil ocaqlarının böyük bir hissəsinin yataqxanaları hazırda məcburi köçkünlərin istifadəsində olduğundan onlar kirayə mənzil tutmaq məcburiyyətində qalıb. Amma mövsümlə əlaqədar paytaxtın kirayə mənzil bazarındakı bahalaşma tələbələr üçün heç də əlverişli deyil. Ali təhsil müəssisələrində söhbət apardığımız tələbələrin əksəriyyəti hazırda ən böyük problemlərinin yaşayış yeri ilə bağlı olduğunu bildirir.


Məktəblər dərs ilinə hazırdırmı?

07.09.10 - 16:27329 baxılıb

Təhsil müəssisələrinin bir çoxunda
istilik, su təminatı və digər kommunal xidmətlər həll edilməyib

Yeni tədris ilinin başlanmasına az bir müddət qalsa da, orta məktəblərin bir çoxu yenə də əvvəlki kimi təmirsiz və köhnə texniki görkəmlə fəaliyyətə başlayacaq. Təhsil Nazirliyinin İqtisadiyyat Şöbəsinin müdiri Şahrza Əliyev bildirib ki, 2010-2011-ci tədris ilində 200-ə yaxın məktəb tikilərək və yaxud əsaslı təmir edilərək istifadəyə veriləcək. Eyni zamanda bir çox məktəbin maddi-texniki bazası yaxşılaşdırılacaq. Şöbə müdiri tədris müəssisələrinin yeniləşməsi üçün bir sıra tədbirlərin görüldüyünü bildirsə də, məktəblərin təmir və bərpası ilə bağlı çoxlu problemlərin olmasını da etiraf edib. Xüsusilə də rayon yerlərindəki məktəblərin əksəriyyətinin təmirə ehtiyacı var. Qeyd edək ki, hazırda ölkəmizdə Təhsil Nazirliyinin tabeliyində olan 4525 ümumi məktəb fəaliyyət göstərir.


Gənclərə nümunə

07.09.10 - 16:19262 baxılıb

Ahıl çağında da yenilik həvəsi bitmir

Akif Muxtarov ömrü boyu axtarışda olan, yenilik həvəsi ilə yaşayan insanlardandır. Nə yaşadığı uzun illər, nə həyatın keşməkeşləri onu bu hisslərindən məhrum edib. Akif müəllim 1953-cü ildə Politexnik İnstitutunu bitirib təyinatla Avtonəqliyyat Nazirliyinin sərəncamına göndərilir.


Minimum əməkhaqqı və pensiya artırıldı

07.09.10 - 15:57310 baxılıb

Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı. Bu haqda Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı sərəncamda deyilir.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilir.
Ölkə başçısının digər sərəncamı ilə isə əmək pensiyalarının baza hissəsi artırılıb. Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilir.
Dövlət Sosial Müdafiə Fonduna tapşırılır ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasını təmin etsin.


Alverçilər istehsalçını bazara buraxmır

24.08.10 - 10:28416 baxılıb

Sabir Vəliyev: "Həmin adamlar məhsulu ucuz qiymətə alır və bazarda qat-qat baha qiymətə satır"

"İstehsaldan başlayaraq malın mağazalara daxil olmasınadək nəzarət sistemi bir qurumda cəmləşməlidir"

Paytaxtla bölgələrdə satılan kənd təsərrüfatı məhsullarının qiyməti bir-birindən 4-5 dəfə fərqlənir. Aparılan araşdırmalar göstərir ki, əsasən meyvə və tərəvəz istehlakçıya Bakıda maya dəyərindən qat-qat baha təklif olunur. Bunun da əsas səbəblərindən birinin həmin məhsulları paytaxta gətirən istehsalçıların müxtəlif maneələrlə qarşılaşması olduğu bildirilir.


Pulu olmayanlar Xəzər sahilindəki çimərliklərin əksərindən istifadə edə bilmir

24.08.10 - 10:26302 baxılıb

Müzəffər Baxışov: "Yalnız göstərilən xidmətlə bağlı bu və ya digər şəxslərdən pul tələb edilə bilər"

Bu il paytaxt sakinlərinin rastlaşdıqları problemlərə biri də əlavə olunub. Yay mövsümündə istirahət üçün ölkə xaricinə, o cümlədən respublikanın istirahət mərkəzlərinə gedə bilməyən əksər sakinlər çimərliklərə üz tuturdu. Amma bu il həmin ünvanlarda da paytaxt sakinlərinin yolları bağlanıb desək yanılmarıq. Əksər çimərliklərə giriş pullu olduğundan vətəndaşlar həmin yerlərdə istirahət edə bilməyib.


“Dəmir yolunun tarifləri sahənin rentabelli işləməsinə imkan vermir"

06.08.10 - 12:48327 baxılıb

Qonşu ölkələrdə olduğu kimi, elektoron biletlərin satışının tətbiqi vacibdir

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşımada qiymətlərin qaldırılmasına dair Tarif Şurasına (TŞ) rəsmi təklif göndərib. Nəzərə çatdıraq ki, QSC rəhbərliyi hələ ötən ildən dəmiryolunda qiymətlərin artırılması üçün TŞ-yə müraciət ünvanlayıb. Sadəcə o zaman əhaliyə satılan qazın və metrodan istifadə haqlarının bahalaşdırılması gündəmdə olduğundan "Azərbaycan Dəmir Yolları"nın müraciətinə müsbət cavab verilməyib.
Məlumat üçün bildirək ki, dəmiryolu ölkədə ən ucuz nəqliyyat vasitəsi hesab olunur. Belə ki, hazırda dəmiryolunda biletin orta qiyməti 3,5 manatdır (4,3 dollar). Avtomobil nəqliyyatında isə bir sərnişinin daşınması 8-10 manata başa gəlir.


Paytaxtda günvurma halları çoxalıb

23.07.10 - 14:03403 baxılıb

Həkimlər avqustun sonuna kimi səhhətində problemi olan insanları ehtiyatlı olmağa çağırır

İyul ayında şiddətli istilərin müşahidə olunması səhhətində problemləri olan insanların sağlamlığına öz mənfi təsirini göstərməkdədir. Xüsusilə də metereohəssas insanlar özlərini narahat hiss etməyə başlayırlar. Eyni zamanda qızmar günəş şüaları altında günorta saatlarında dayanan sağlam insanların da səhhətində müəyyən fəsadlar yaranır. İyul ayının 7-dən havanın temperaturunun daha da kəskinləşməsi isə insanlar arasında günvurma hallarının artmasına səbəb olub. İndiyədək təkcə paytaxtda 80-dən çox insan günvurma diaqnozu ilə həkimə müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, onların təxminən 20-sinin səhhətində ağırlaşma müşayiət edildiyinə görə, xəstəxanada yerləşdiriliblər.


Uşaqlar arasında intihar halları artır

23.07.10 - 14:02252 baxılıb


Temperatur 40 dərəcəni ötərsə...

09.07.10 - 17:46467 baxılıb

…İş dayandırıla bilərmi?

Yaxın günlərdə havanın temperaturunun 40 dərəcə selsini ötəcəyi xəbəri insanlar arasında əsl təşvişə səbəb olub. Yay mövsümü başlayandan bəri 42 nəfərin günvurma şikayəti ilə əlaqədar həkimə müraciət etməsi bu təşvişin əsassız olmadığından xəbər verir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyevin kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə, günvurma ilə bağlı müraciət edənlərin 12 nəfəri xəstəxanaya yerləşdirilib. R.Nağıyev günvurma hallarının ən çox gənclər və uşaqlar arasında baş verdiyini qeyd edib. Yaşlılar arasında isə bu mövsümdə günvurma halı müşahidə olunmayıb.


Uşaqların istirahəti diqqət mərkəzində

29.06.10 - 10:32434 baxılıb

Uşaqlar bizim gələcəyimizdir. Onların təhsili, sağlamlığı önəmli olduğundan dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanılır.

Yaxşı təhsil almaq üçün uşaqlar yaxşı da istirahət etməlidirlər. AHİK-in Maliyyə Şöbəsinin müdir müavini Elşən Süleymanov bildirdi ki, bu mövsüm 3 növbəli 4 yay istirahət düşərgəsi fəaliyyət göstərir.
Nabranda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 2, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının 1 düşərgəsi təşkil edilib.


Turistlərin darıxmağa vaxtı qalmayacaq

21.06.10 - 10:38373 baxılıb

Qışın qurtarmasını həsrətlə gözləyirdik. "Bircə yay gəlsəydi canımız qızardı", -deyirdik. Bu da yay. Günəşin istisindən başımızı evdən bayıra çıxarmağa qorxuruq. Hamımız meşə, dəniz həsrəti ilə dincəlməyə məkan axtarırıq. Xüsusilə paytaxt sakinləri üçün ən münasib istirahət zonası Nabran sayılır.

Nabranda da, digər turizm şirkətlərinin sahibkarları inciməsin, cibə ən uyğunu həmkarlar ittifaqlarının istirahət bazalarıdır.
Cibə uyğun deyəndə, bəziləri düşünə bilər ki, necə deyərlər, "ucuz ətin şorbası olmur". Yox, həmkarlar ittifaqları işçilərin təşkilatı olduğuna görə, yollayışları da üzvlərinə minimum qiymətlə satmağı missiya borcu bilir. Biz oxuculara təqdim etdiyimiz materialı reklam xatirinə yazmadıq. Sadəcə, həmkarlar ittifaqlarının Nabrandakı istirahət ocaqlarına getməyi planlaşdıran insanları onları orada nələr gözlədiyi barədə məlumatlandırmaq istədik.


Dövlət büdcəsi ilə bağlı dəyişikliklər iyunda müzakirə edilə bilər

09.06.10 - 12:23420 baxılıb

Milli Məclisin yaz sessiyası başa çatsa da, deputatlar iyun ayında növbədənkənar sessiya çağırıblar. Artıq sessiyada müzakirə ediləcək məsələlərdən biri məlumdur. Parlament çoxdandır gözlənilən Hərbi Doktrina layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.

İyunda keçirilməsi nəzərdə tutulan növbədənkənar sessiyada 2010-cu ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarıla bilər. Bununla bağlı suallarımızı Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadəyə ünvanladıq.


Meyvə qıtlığı gözlənilir

26.05.10 - 20:11561 baxılıb

Bu isə bazarlarda qiymət artımı ilə nəticələnə bilər

Bu il yağışların intensiv yağması bitkilərin çiçəklənmə və tozlanma dövrünə təsadüf etdiyindən mayalanma prosesinə ciddi təsir edib. Bu, bitkilərlə yanaşı, torpağa da böyük ziyan vurub. Suyun səviyyəsinin artması torpaqda suxur sularının qalxmasına səbəb olur. Nəticə etibarilə torpaqlarda şoranlılıq artır. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda 9 iqlim mövcud olduğundan hava şəraitinin bölgələrə təsiri müxtəlifdir. Çiçəklənmə-mayalanma dövrü başa çatan bölgələrdə meyvə bitkilərinə ciddi təsir olmayacaq. İntensiv yağışların çiçəklənmə-mayalanma dövrünə təsadüf etdiyi ərazilərdə isə meyvəçilikdə problem yaranacağı, məhsuldarlığın aşağı düşəcəyi proqnozlaşdırılır.


Kür şıltaqlığını davam etdirir

14.05.10 - 18:06322 baxılıb

İmişli və Saatlıda da vəziyyət təhlükəli həddə çatıb

Kür çayı şıltaqlığını davam etdirir. Çayın daşması nəticəsində 9 kənd artıq tamamilə boşaldılıb. 5 kənddən olan bəzi ailələr isə ehtiyat etdikləri üçün ərazini tərk ediblər. Son məlumatlara əsasən, artıq İmişli və Saatlı rayonlarının kəsişməsində yerləşən Sarısu gölü də məcrasından çıxıb. Gölün ətrafında yerləşən 5 kənddə təhlükəli vəziyyət yaranıb. Mil-Muğan kollektorunda suyun səviyyəsi artdığından Sarısu gölündəki su Saatlı və İmişli rayonu istiqamətində axmağa başlayıb.


< 1 2 3 4 5 6 7 8 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.