Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Kollektiv müqavilə və sazişlər

27.01.12 - 18:4925 baxılıb


“Eurovision" müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri, hazırda Bakıda səfərdə olan Sietse Bakkerin Azadlıq Radiosuna eksklüziv müsahibəsi

27.01.12 - 18:4425 baxılıb


Daha bir təhlükəli xəstəlik

27.01.12 - 18:2831 baxılıb

Artıq Azərbaycanda ev quşları arasında taun əleyhinə peyvənd aparılır

Son günlər taun xəstəliyinin yayılması barədə xəbərlər eşidilməkdədir. Respublikamızda bu xəstəliklərin ilkin əlamətləri belə müşahidə edilməsə də, onun əleyhinə profilaktik tədbirlər görülür. Artıq ev quşlarının peyvəndi aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, peyvəndləmə işləri ilin sonuna qədər davam edəcək. İl ərzində 11 xəstəlik üzrə heyvan və quşlarda peyvəndləmə işləri aparılacaq.


Həmkarlar “generalı"

27.01.12 - 18:0026 baxılıb


AHİK-in veb-saytı yeni dizaynda yayımlanır

13.01.12 - 17:5282 baxılıb

Üç dildə yayımlanan versiyada başqa saytlara keçid yaradılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının saytı yeniləndi. Ahik.org-un yeni versiyası köhnə variantdan fərqli olaraq 3 dildə - Azərbaycan, rus, ingilis dillərində yayımlanacaq. Bununla yanaşı, sayt daha müasir dizaynı və tutumu ilə əvvəlki variantdan fərqlənir. Saytda ana səhifə, rəhbərlik, üzv təşkilatlar, tabeçilikdə olan təşkilatlar, beynəlxalq əlaqələr, mətbuat və ictimaiyyətlə əlaqələr, haqqımızda, qalereya kimi şöbələr yaradılıb.


Yeni ildə yaxınlarımıza nə hədiyyə edək?

29.12.11 - 20:0361 baxılıb

Qərb ölkələrində hələ də açıqcalardan istifadə edirlər

Bir neçə illər öncə yeni il ərəfəsində vətəndaşlarımız yaxınlarına yeni il açıqcası göndərməklə onları təbrik edirdilər. Bir çox Qərb ölkəsində bu təbrik üsulu hələ də dəbdədir. Qərblilər Yeni İlqabağı poçt xidmətlərindən adi günlərdə olduğundan iki dəfə çox istifadə edirlər. Xaricdə yaşayan dostları, qohumları, yaxınları və tanışlarını təbrik etmək üçün açıqcalar, bağlamalar göndərirlər. Eyni zamanda internet mağazalar və kataloqlardan alış-veriş də poçt vasitəsilə həyata keçirilir.


Quş qripi qayıdır

23.12.11 - 19:4452 baxılıb


Səhhətində problem olan çağırışçı dövlət hesabına məcburi müalicə olunacaq

23.12.11 - 19:3744 baxılıb

Zahid Oruc: "Dövlət özünün kadr bankını tam sağlam insanlardan ibarət formalaşdırmaqda maraqlıdır"

Gənclərin həqiqi hərbi xidmətə aparılması məsələsində səhhətində müəyyən qədər problem olanlarla bağlı məsələ daim müzakirə olunur. Sonradan ordu sıralarında bu problem səbəbindən əsgərin ölüm halı qeydə alındıqda isə, ilk öncə, onun həqiqi hərbi xidmətə müalicə olunmadan aparıldığı vurğulanırdı. Artıq bu məsələ ilə bağlı konkret addımlar atılacaq. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsində bu məsələlərin həlli ilə bağlı konkret məqamlar yer alıb.


Yazılı xəbərdarlıq edilmədən abonentin işıq, qaz və suyu kəsilə bilməz

16.12.11 - 19:1265 baxılıb


“Əzizbəyov" yeni ildə sərnişinlərin ixtiyarına veriləcək

16.12.11 - 19:0678 baxılıb

Metronun "Əzizbəyov" stansiyası yeni ilə qədər istifadəyə veriləcək.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyevadan aldığımız məlumata əsasən, təmir-yenidənqurma işlərinin yeni ilə kimi yekunlaşdırılması məqsədi ilə işçilər gücləndirilmiş rejimdə çalışırlar: "Əvvəlki giriş-çıxış meydançasının binasının vestibülü avtomobil yolundan bir qədər uzaqlaşdırılıb. Giriş-çıxışın üzəri xüsusi metal konstruksiya ilə ucaldılacaq. Zirvəsi 18 metr hündürlükdə olan konstruksiyanın skeletinin metal hissəsi tamamilə yığılıb. Bir neçə günədək istiqamətləndiricilərin, şüşə örtüyün, arakəsmələrin quraşdırılması işləri də başa çatacaq. Artıq mərmər örtüyün qoyulması və izolyasiya işləri də yekunlaşdırılmaq üzrədir.


Nikahdan əvvəl tibbi müayinə məcburiyyətə çevriləcək...?

09.12.11 - 17:3250 baxılıb

Hadı Rəcəbli: "Əgər nikaha girənlər pulla arayış alarsa, Cinayət Məcəlləsində məsuliyyət qoyulacaq"

Bu il Azərbaycanda 155 min doğuş qeydə alınıb. Gələn il 196 min doğuş proqnozlaşdırılır. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, gələn il təxminən 54 min ölü gözlənilir: "Ümumilikdə gələn il Azərbaycanda təxminən 140 min artım olacağı proqnozlaşdırılır. 1992-ci ildən indiyə qədər Azərbaycanda əhali iki dəfə artıb. Biz istəyirik ki, həyata keçirdiyimiz sosial layihələrlə bu tendensiyaya təkan verək. Amma təəssüflə onu da qeyd etməliyəm ki, bu gün nikaha girənlərin 13 faizinin övladı olmur".


XIX əsrdə Sankt-Peterburqda azərbaycanlılar

25.11.11 - 17:0397 baxılıb


XIX əsrdə Sankt-Peterburqda azərbaycanlılar

18.11.11 - 13:1498 baxılıb


Qlobal krizis Azərbaycan üçün tutarlı imkanlar yaradıb

18.11.11 - 13:11122 baxılıb

"Güman edirəm ki, iş adamlarımız qlobal maliyyə böhranına bir imkan kimi baxacaqlar"

Avro dollara nisbətən dəyərini itirməkdə davam edir. Avronun məzənnəsindəki kəskin azalmaları avrozonada müşahidə edilən böhranın dərinləşməsi ilə əlaqələndirirlər. Proqnozlara inansaq, Avropa Birliyi yaxın gələcəkdə bu problemlərin öhdəsindən gələ bilməyəcək. Odur ki, beynəlxalq maliyyə qurumları AB-nin dağıla biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Vəziyyət investorları narahat etməyə başlamışdır. Onlar aktivlərini digər daha davamlı valyutalara, o cümlədən ABŞ dollarına keçirməyə tələsirlər. Dünya ölkələri böhranın fəsadlarından bu qədər narahat olduğu halda, ekspetlərimiz Azərbaycanla bağlı optimist fikirlər yürüdürlər.


Qurban bayramında “Azərbaycan Dəmir Yolları" gücləndirilmiş rejimdə işləyəcək

03.11.11 - 19:35116 baxılıb


Bayram ərəfəsində...

03.11.11 - 19:3390 baxılıb

ətin bahalaşmasına qarşı daha bir tədbir

İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri Qurban bayramının yaxınlaşması ilə əlaqədar indidən bir sıra tədbirlərə başlayıblar. Söhbət bayram günlərində qiymətlərin bahalaşmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərdən gedir. Adətən bayram günlərində əsas ərzaq və ət məhsullarının süni şəkildə bahalaşması baş verdiyindən vətəndaşların narazılıqları artır və bir çox istehlakçıların baha qiymət fonunda bayramı qeyd etməyə imkanı olmur.


İctimai bəlaya çevrilən paytaxt nəqliyyatı

28.10.11 - 17:16116 baxılıb

Sahibkar üçün pul sərnişinlərin həyatından önəmlidir

Ötən hər həftə paytaxtda avtobusların törətdikləri yol qəzaları ilə daha çox yadda qalır. Baş verən qəzaların əksəriyyətində ictimai nəqliyyatın günahı az olmayıb. Araşdırmalar göstərir ki, əlaqədar qurumların mikroavtobusların orta və iritutumlu avtobuslarla əvəzlənməsindən sonra bu problemin həllini tapacağı ilə bağlı vədləri özünü doğrultmadı. Hətta bir müddət Nəqliyyat Nazirliyi tərəfindən avtobusların dayanacaqlardan kənar ərazidə sərnişin götürməsinə qarşı keçirdiyi reydlər, tətbiq etdiyi cərimələr də vəziyyəti dəyişmədi. Bu gün avtobusların özləri ilə yanaşı onların yol verdikləri qayda pozuntuları da böyüyüb.


“Bu, mənim peşəmdir"

14.10.11 - 20:42100 baxılıb

Oktyabrın 11-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində "Bu, mənim peşəmdir" başlığı altında təşkil edilən foto, təsviri və tətbiqi sənət müsabiqəsinin ikinci mərhələsi keçirilmişdir.
AHİK-in İcraiyyə Komitəsinin 11 iyul tarixli qərarına əsasən, təşkil olunmuş müsabiqənin məqsədi peşələrin nüfuzunu yüksəltmək, sosial, əmək münasibətlərinin müxtəlif aspektlərinə ictimaiyyətin və səlahiyyətli orqanların nəzərini cəlb etməkdir.


Bu qış da paytaxtdakı bütün binaları istiliklə təchiz etmək mümkün olmayacaq

08.10.11 - 18:44126 baxılıb

Rafiq Əliyev: "Mövsüm ərəfəsində əlavə 156 binada aşağı paylama istilik sistemləri tam yenilənib"

Qışda üzləşdiyimiz problemlərdən ən başlıcası mənzillərin istilik təchizatı ilə bağlıdır. Bu problemin yaranmaması istiqamətində hansı işlərin görüldüyünü öyrənmək üçün "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətləri Şöbəsinin rəisi Rafiq Əliyevə müraciət etdik.


Biliklər artırılır

30.09.11 - 18:06142 baxılıb

Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə "Azərbaycanda miqrasiya sahəsində biliklərin artırılması" mövzusunda baş tutan növbəti seminara "Xidmət-İş" Hİ Federasiyasının bir qrup üzvü dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə Federasiyanın vitse-prezidenti Sadət Tahirova açdı.


1 2 3 4 5 ... 13 14 15 16 17 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.