Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məsələyə münasibət bildirən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevin qənaətinə görə Azərbaycan dövləti belə hallara ciddi reaksiya verməlidir: "Bu gün Rusiyada 3 milyondan artıq azərbaycanlı yaşayır. Əhalisi elə bu qədər olan Bakı şəhərində də hər gün bir neçə qətl hadisəsi baş verir. Buna görə də azərbaycanlıların da hansısa bir cinayət törətməsi, yaxud cinayətin qurbanı olması təəccüblü deyil. Amma nəzərə alsaq ki, son vaxtlar Rusiyada millətçilik meyilləri artmaqdadır və milli azlıqlara qarşı törədilən cinayətlər artır, artıq bu, dözülməz haldır. Qətlə yetirilən soydaşlarımızın bir hissəsi Rusiya vətəndaşıdır. Bununla belə, Azərbaycan dövləti hər bir azərbaycanlını himayə etməlidir. Bir müddət əvvəl İçərişəhərdə bir nəfər Amerika vətəndaşı qətlə yetirilmişdi. Amerika dövləti Azərbaycan hüquq-mühafizə orqanları ilə bərabər bu işin tədqiqatını aparırdı. Bu baxımdan Azərbaycan da soydaşlarımıza qarşı baş verən hər bir hadisəyə Rusiyadakı səfirliyimiz vasitəsilə münasibət bildirməlidir. Soydaşlarımızın qətlə yetirilməsi barədə məlumatı yalnız kütləvi informasiya vasitələrilə izləməklə kifayətlənmək olmaz. Hər bir cinayət faktı araşdırılmalı və günahkarların cəzalandırılması üçün tədbirlər görülməlidir". Ə.Əliyevin sözlərinə görə, azərbaycanlılara qarşı törədilən cinayətlərin bir çoxunun səbəblərinin açılmaması narahatlıq yaradır: "Bəzi cinayətlərin isə millətçilər tərəfindən törədildiyi bildlirilir. Bu hallar Azərbaycan dövlətini ciddi düşündürməlidir. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsində də göstərilib ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq Azərbaycan dövləti öz vətəndaşlarını himayə etməyə borcludur. Ona görə də Azərbaycan dövləti bu cür hadisələrə ciddi reaksiya verməlidir".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.