Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Nazir onu da deyib ki, bu üsulun birdən-birə kütləvi tətbiqi mümkün deyil. O, tədricən həyata keçiriləcək. Nazirin bu açıqlamasından sonra "Məktəblərdə gündəlik qiymətləndirmə sistemi tətbiq etmək nə dərəcədə düzgündür?" sualı çox aktuallaşıb. Bir çox valideyn hesab edir ki, orta məktəblərdə gündəlik qiymətləndirmə mütləq olmalıdır. Çünki valideyn övladının hansı qiyməti aldığını bilməlidir ki, nəzarəti itirməsin. Əksər müəllimlər də bu fikirlə razıdır. Psixoloq Asəf Kərimov hesab edir ki, gündəlik qiymətləndirmənin ləğv edilməsi şagirdlərdə həvəsin azalması ilə nəticələnə bilər. Bundan başqa, valideynlə məktəb arasında əlaqə itər: "Azərbaycan mühiti elədir ki, valideyn uşağın uğurlarını qiymətlə bağlayır. Qiymət şagirdlər arasında rəqabət vasitəsidir. Gündəlik qiymətləndirmə yoxdursa, rəqabət də aradan götürülər". Azad Müəlllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də hazırda valideynlərin, şagirdlərin və müəllimlərin bu qiymətləndirmə üsuluna hazır olmadıqlarını təsdiq edir: "Lakin nazirin söylədiklərindən belə qənaətə gəldim ki, bu proses kampaniya xarakterli olmayacaq. Hazırlıq işləri görüldükdən sonra prosesə start veriləcək. Gündəlik qiymətləndirilməyə tədricən keçiləcək. Bu sistemin valideynlərin övladlarının qiymətlərinə nəzarət baxımından pərakəndəlik yaradacağına görə də narahat olmağa dəyməz. Tezliklə onlar buna da alışacaqlar. Sovet təhsil sistemində çox hallara öyrəşmişdik. Artıq XXI əsrdir. Ətrafımıza baxaq, qonşu ölkələrdə və Avropa məktəblərində qiymətləndirmə bu şəkildədir. Nəticələr müsbətdir. Bir halda ki, Avropa standartlarına meyilliyik, deməli, təhsil sistemində də bu tətbiq edilməlidir". M.Mürşüdlü bildirdi ki, nəinki qonşu Türkiyədə, hətta Bakıdakı türk liseylərində də gündəlik qiymətləndirmə üsulu mövcud deyil. Lakin bu o demək deyil ki, valideynlər övladlarının aldıqları qiymətləri bilmirlər. Bu sistemə əsasən, ayda bir dəfə bütün fənlər üzrə yazılı imtahanlar keçirilir. Həmçinin şifahi sorğular aparılır. Bu sorğular gündəlik dərs prosesində şagirdin fəaliyyətinə verilən qiymətdir. Yəni şagird ənənəvi olaraq lövhə qarşısında dərs danışıb qiymət almır. Şifahi sorğular bütün ay ərzində dərs prosesində, seminarlarda, müzakirələrdə, digər praktik işlərdə şagirdin fəaliyyətinə verilən qiymətdir. Bununla yanaşı, hər bir fənn müəlliminin qeyd dəftərçəsi var. Qeyd dəftərçəsi məktəb rəhbərliyi tərəfindən təsdiq edilir. Müəllim bu dəftərdə şagirdlərin gündəlik sorğularda cavablarını və sairəni ümumiləşdirərək biliyini 100 bal sistemi ilə qiymətləndirir. İllik qiymət də buna əsasən aparılır. Amma məsələ ondadır ki, dəftərçədə qiymətlər qələmlə deyil, karandaşla qeyd olunur. Birlik sədri dedi ki, şagirdə biliyini nümayiş etdirməyə imkan verilməlidir: “Məsələn, qiymətləndirilmədə 60 bal hazırkı sistemlə kafi, 80-85 bal yaxşı yerində olacaq. Bu sistem həmçinin qiymətləndirmədəki bir sıra nöqsanları aradan qaldıracaq. Belə ki, ən yaxşı oxuyan şagird hansısa problem ucbatından bir dəfə "iki" alır. Bu da onun rüblük qiymətinə təsir edir. Bu qiymət yalnız fənn müəlliminin və ya məktəb direktorunun jurnala qanunsuz müdaxiləsindən sonra düzəldilə bilər. Bu cür neqativ halları yeni üsul aradan qaldıracaq". M.Mürşüdlü gündəlik qiymətləndirmə sisteminin ləğvini irəliyə atılmış addım sayır. Yeni sistem növbəti tədris ilində pilot layihə olaraq tətbiq ediləcək. Gülər KƏrimli.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.