Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

SMS, yəni S - səni, M - millət, S - sev(m)ir(?!)

26.12.08 - 17:47618 baxılıb

Amma sonradan məlum oldu ki, millətin, xalqın sevgisini bəri başdan, avans formasında almaq istəyənlərə kömək göstərənlərin çoxu ya onların qohum-əqrabası, yerliləridir, ya da hər həftə ekranda görünən yeni oxuyanın (məhz oxuyan, müğənni yox!) hazır reklamından öz şadlıq evinin, restoranının gələcək reklamı üçün istifadə etmək istəyən iş adamlarıdır, vəssalam. Bununla belə, həmin sms yarışmasından daha çox faydalanan isə layihəyə sponsor sifəti ilə qoşulan mobil rabitə operatoru ilə müsabiqənin yayımlandığı televiziya kanalıdır.
SMS göndərmək fikrində olmayan, işdən yorğun gəlib özünə başqa məşğuliyyət tapmadığından ekran qarşısında əyləşən tamaşaçının da qazancı odur ki, həmin müsabiqədə münsiflik edən dağdan ağır sənətkarların professional fikrinin sms-in hökmü önündə acizliyinə şahid olmaqla gününü başa vurur.
Cavanlar, sənətə təzə qədəm qoyanlar bir yana, tanınmışlar, professional sənətkarlar, xüsusən də şou-biznes adamları yarışmaya çıxanda sms yarışması daha da şiddətlənir, qalmaqal vüsəti alır. Əgər oxucu "Maşın-şou", "Qızıl mikrofon" kimi tele-şoulara da tamaşa edibsə, hansısa məşhur müğənninin bəyənmədiyi, yola getmədiyi həmkarını yarışdan uzaqlaşdırmaq naminə onun rəqibinə bolluca sms yollaması barədə şayiələri eşitmiş olarlar. Əslində buna yalınz şayiə demək də düzgün olmaz - çünki maqazin-proqramlarında bu barədə açıqlamalar da verilmişdi.
Təbii ki, sənət adamlarının özlərinin də sms-li yarışmalara münasibəti eyni deyil. Belə ki, uduzanlar deyirlər ki, sms-in çoxluğu sənət göstəricisi deyil, udanlar isə öz rəqiblərinin qarşısında kimi üstüörtülü, kimi də açıq-aşkar deyir ki, sms elə xalq məhəbbətinin göstəricisi sayılmalıdr. Əgər sənə sms göndərirlərsə, deməli, Səni Millət Sevir! Bunun bariz nümunəsi son aylar "ANS" kanalı ilə yayımlanan "Toylar kralı" yarışında daha aydın göründü. Göründü demək bəlkə də tam düzgün deyil, çünki yarış hələ başa çatmayıb. Amma digər yarışlardan fərqli olaraq, "Toylar kralı" başqa bir məqamı da üzə çıxardı. Əsl sənət meyarlarından qat-qat uzaq olan oxuyanların əməlli-başlı "sosial bazası" varmış. Digər tərəfdən, belə müsabiqə tamam başqa bir məqamı - cəmiyyətdəki zövq və imkan balansını müəyyən etməyə imkan verir. Belə çıxır ki, Azərbaycan teleməkanında yayımlanan bu sayaq yarışmalara həvəs göstərən təbəqənin təxminən yarıdan çoxunun zövq səviyyəsi maddi imkanlarından qat-qat aşağıdır. Əgər belə olmasaydı, sənət meyarı tərəzisi bu qədər pərsəng vurmazdı. Üstəlik, televiziyadan "xalqın istəyi" kimi təqdim edilən bu zövq göstəricisi geniş tamaşaçı auditoriyasına da tamam fərqli zövq meyarı təlqin edir. Ən təhlükəlisi də budur!
Oxucuda elə bir təəssürat yarana bilər ki, bizim çağdaş musiqimizdə ürəkaçan heç nə yoxdur. Amma elə deyil. Sadəcə, musiqi zövqü prioritetlərində bir qədər xaos var. Onun da səbəbini elə özümüzdə axtarmalıyıq. Çünki hər bir sahədə tələb təklifdən yaranır. Əgər biz yalnız ayaqlar (yəni rəqs etmək) üçün musiqi istəyiriksə, bizə məhz elə bu musiqini "sırıyacaqlar". Nə qədər ki, sənət adamını öz yerlimiz, qohumumuz olduğuna görə bəyəniriksə, filankəs çox cavandır, filankəs yaşlıdır düşünüb sənət zövqümüzü sənətə dəxli olmayan məqamlara kökləyiriksə, belə də olacaq. Əgər toy məclisində səsi cibindən (yəni diskindən) çıxan müğənniyə mədəni surətdə qapını göstərib haqqını kəsmiriksə, televiziya kanalına, qəzet redaksiyasına öz etirazımızı bildirmiriksə, onda kimi günahkar bilməliyik?
Gülcahan MİRMƏMMƏD.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.